Emin erməniəsilli müğənnini Bakıya gətirməsindən danışdı

Emin erməniəsilli müğənnini Bakıya gətirməsindən danışdı"Pulum tam olmadığı üçün yox, vəziyyət çətin idi. Amma vəziyyət ağır idi. Biznesin bir hissəsi pandemiya dövründə bağlandı: fitnes mərkəzləri, restoranlar. Heç kimi işdən çıxartmadım, komandanı saxlamağa çalışdım. Maaşları vermək üçün avtomobillərimi satdım".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov "Persona" layihəsində qonaq olduğu zaman deyib. Müğənni pandemiya dövründə işçilərin maaşını ödəmək üçün avtomobillərini satdığını deyib.

Emin "jara" festivalına erməniəslli müğənninin gəlməsindən danışıb. İfaçı "Jara" festivalı qalmaqalsız ötüşmədi. Rusiyada yaşayan erməniəsilli müğənniləri (müğənni Zara nəzərdə tutulur - red.) Bakıya dəvət etdiniz. Məsələn Azərbaycan Respublikasının icazəsi olmadan Ermənistanda konsert verən Soso Paliaşvilini gətirdiniz. Bu, Azərbaycandakı işinizə və yaradıcılığınıza necə təsir etdi" sualına belə reaksiya verib:

"Heç bir təsiri olmadı. Birincisi, Qarabağda çıxış etmiş müğənnilərin siyahısına gəldikdə hamısı anlamışdılar ki, onları aldadıblar. Bura gəlməzdən əvvəl bir sıra etaplardan keçdilər. Bunlarla da bura gəlişləri legallaşdı. Yəni, bu, mənim şəxsi qərarım deyildi. Qərar müxtəlif mərhələlərdə, müxtəli instansiyalar tərəfindən reallaşdırılmışdı. Üstəlik, o müğənnilərin hamısı Azərbaycanı çox sevirlər. Onalr bu səhnəyə ən xoş arzularla, xoş sözlərlə çıxırdılar. Tamaşaçılar da onları hərarətlə qarşılayırdı. Ona görə də deyə bilmərəm ki, biz ölkə olaraq və mən şəxsən haradasa nəsə itirdik.
Aydındır ki, həmin mərhələdə məlum münaqişənin formalaşdırdığı neqativ var idi. Lakin mənə elə gəlir ki, ölkə artıq uğurla o səhifəni çevirir".

"Gələcəkdə erməni milliyətindən olan insanları Azərbaycana dəvət etmək istəyərdiniz" sualına isə Ağalarov "Bilmirəm, ölkəmizin mövqeyi necə olacaq. Başa düşdüyüm qədər idmançılar münaqişənin qaynar zamanı da bura gəlirdilər. Hətta ölkənin birinci şəxsi erməni idmançısının boynuna medal taxmışdı. Gözəl və doğru addım idi. Çünki idmanda qalib mənşəyindən, milliyətindən asılı olmayaraq qalibdir. Fikrimcə, musiqidə də elədir. Əgər mən başa düşsəm ki, ölkəmizə istənilən mənşəli müğənnilər gələ bilərlər, bu istiqamətdə ölkəmlə sinxron işləyəcəyəm. Ölkəmiz onların gəlişindən imtina etsə, biz də edəcəyik" cavabını verib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1048   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi

"Vəfa həyatının son dörd ayını xəstəxanada keçirdi. Son günlərində də onun yanında oldum. Hətta onun haqqında veriliş hazırlamaq niyyətində idim. Bir gün "hamıya veriliş hazırladın, bir məndən başqa" dedi. "Sənə yaxşı bir veriliş hazırlayacam, o verilişdə oynamaq istədiyin rollar

20 may
.

Hacıqabulda nişanlı qız özünü ASDI

Hacıqabulda intihar baş verib. APA xəbər verir ki, hadisə rayonunun Abdulabad kəndində qeydə alınıb. Kənd sakini, 2006-cı il təvəllüdlü Jalə Zəfər qızı Əliyevanın asılmış meyiti aşkar edilib. Onun nişanlı olduğu qeyd edilir. Faktla bağlı Hacıqabul Rayon Prokuroluğunda cinayət işi açılıb, araşdırma aparılı

20 may
.

Zaur Baxşəliyev: "Əlil arabasında gətirib cibinə milyon qoyurlar"

Aparıcı Zaur Baxşəliyev növbəti açıqlaması ilə diqqət çəkib. Bizim.Media xəbər verir ki, Zaur aparıcısı olduğu "Zaurla Günaydın" verilişində ölkəmizə gələn türkiyəli müğənnilərə qoyulan hörmət, eyni zamanda onlara ödənilən yüksək qonorardan söz açıb. "Azərbaycandakı müğənnilərə nə olub

20 may
.

Qəzada həlak olan İran rəsmilərinin ADLARI və FOTOLARI

İran prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdə olan sərnişinlərin siyahısı açıqlanıb. Bu barədə İRNA agentliyi məlumat yayıb. Bildirilib ki, qəza zamanı helikopterin göyərtəsində prezidentdən başqa Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi, İmam Cümə Təbrizi, xarici işlər naziri Hüseyn Əmi

20 may
.

Yevlaxda keçmiş məhkum özündən 20 yaş kiçik arvadını amansızlıqla qətlə yetirdi

Yevlax şəhərində törədilmiş qətlin təfərrüatı məlum olub. "Report"un məlumatına görə, Yevlax şəhər, Elçin Ağayev küçəsində yerləşən fərdi evlərin birində 1984-cü il təvəllüdlü Ləman Yolçu qızı Şükürovaya 10-dan çox bıçaq xəsarəti yetirilib, qadın hadisə yerində vəfat edib. Hadisəni törətməkd

20 may
.

Bakının ortasında "ermənikənd" necə qondarıldı?.. -Səbəb yenə...

Erməni bankir: "Mənim cəzamın azaldılması barədə heç bir xahişim yoxdur. Sizdən yalnız onu xahiş edirəm ki, məhkəmənin qətnaməsində qeyd edəsiniz ki, o, ixtiyarında olan dövlət vəsaitini bilə-bilə erməni qardaşlarına paylamışdır. Yazın ki, millətimin yolunda hər hansı cəzanı çəkmək mənə xoşdur

20 may
.

Dəhşətli yanğın ilə bağlı AĞLASIĞMAZ DETAL: Alovları genişləndirmək üçün benzin TÖKÜLÜB - FOTO

Almanıyanın Düsseldorf şəhərində binada dəhşətli yanğın baş verib və hadisə iləbağlı səfşətli detallar məlum olub. xarici mənbəyə istinadən xəbər verir ki, sözügedən dəhşətli hadisə 3 nəfərin ölümünə, 6 nəfərin isə yaralanmasına səbəb olub. Prokurorluqdan verilən açıqlamada bir məqam isə xüsusi diqqə

18 may
.

"Arxayındır ki, nömrəni tapa bilməyəcəklər"- Nömrələrə müdaxilə "DƏB" halını alıb - VİDEO

Avtomobilin dövlət qeydiyyatı nişanına müxtəlif üsullarla boya və hansısa yapışdırıc vasitələr ilə dəyişirlər. Məsələn nömrədəki "o" hərfini, "u" edirlər yaxud rəqəmlər ilə dəyişdirirlər. Sonra isə necə gəldi sürürlər. Qaydanı pozduqda isə cərimə onlara deyil, səhvi olmayan başq

20 may
.

Məktəbli oğlanlara çılpaq şəkillərini göndərdi, güllələndi - Şəmkirdə baş verən hadisənin TƏFƏRRÜATI

Şəmkir rayonunda 1990-cı il təvəllüdlü Səfər qısqanclıq zəminində həyat yoldaşı Fidanı (adlar şərti verilib - red.) öldürməyə cəhd edib. xəbər verir ki, o, 199-cu il təvəllüdü Fidanın "WhatsApp" mesajlaşma proqramı ilə müxtəlif kişilərlə sevgi məzmunlu qarşılıqlı yazışma və telefon danışıqlarında

21 may