Musabəyovdan rüsvayçı AÇIQLAMA: "Deputatın lazım görülməyən bir məsələni aktuallaşdırması və gündəmə gətirməsi yersizdir" - ŞƏRH

Musabəyovdan rüsvayçı AÇIQLAMA: "Deputatın lazım görülməyən bir məsələni aktuallaşdırması və gündəmə gətirməsi yersizdir" - ŞƏRHXəbər verdiyimiz kimi, İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, deputat Rasim Musabəyovun dediyi fikir doğru deyil. Çünki burada Başkəndin hər hansı mübadiləsindən söhbət getmir. Digər tərəfdən Başkənd Azərbaycanın öz tarixi torpağıdır. SSRİ dövründə digər otlaq və əkin sahələri adı altında Ermənistana bağışlanan digər ərazilərimiz kimi, Başkənddə onlara verilib və sonradan erməni anklavına çevrilib. Burada sadəcə Kərki və Qazaxın 3 kəndi var ki, onlar anklav olan ərazilərdir:

"Onların qaytarılmasına qarşı Ermənistan Başkəndi istəyir. İndiki halda bu məsələ akryal deyil. Çünki bu anklavların qaytarılması üçün dəhlizlərin verilməsi lazımdır. Burada həmin dəhlizlərin təhlükəsizliyinin təmin edilməsi problemi var. Əgər dəhlizlər verilərsə, təhlükəsizliyin təminatı üçün üçüncü tərəflərin prosesdə iştirakı vacibdir. Bunu Azərbaycan və Ermənistan tərəfi istəmir. O cümlədən Qazax və Tavuş sərhədlərinin demarkasiyası göstərdi ki, erməni əhalisi buna etiraz edirlər. İndiki halda anklavlar məsələsi sonrakı dövrün müzakirə ediləcəyi məsələdir. Hətta sülh sazişi bağlandıqdan sonra sərhədlərin delimitasiyası məsələsi müzakirə edilə bilər. Bu uzunmüddətli prosesdir. Amma bununla belə Başkəndin Ermənistana veriləcəyini düşünmürəm. Ərazinin strateji əhəmiyyəti yüksəkdir. Başkəndi verilməsi hərbi baxımdan təhlükəsizlikdə ciddi problem yaradır. Bütün hallarda Azərbaycan qalıb tərəfdir və Ermənistana belə bir güzəşti etməyəcək. Azərbaycan eyni zamanda Kərkinin və Qazaxın 3 kəndinin geri qaytarılması ilə bağlı danışıqlardan imtina etməyəcək. Onların qaytarılmasının isə bir çox yolları var".

Asif Nərimanlının sözlərinə görə, sonrakı dövrdə əvəzinə buna qarşılıq olaraq Ermənistana iqtisadi dəstək və regional layihələrin qoşulması təklif edilə bilər:

"Yəni bu yollar tükənməyib. Amma bunun yolu ərazi mübadiləsi deyil. Əslində Almatı bəyannaməsinə baxdıqda Başkəndin verilməsi aktuallaşır. Amma bu məsələdə SSRİ dağılandan sonra mövcud olan xətlər üzrə müəyyənləşmə prinsipi əsas götürülməyəcək. Çox güman ki, Azərbaycan SSRİ dövründə ki, keçmiş xəritələri gündəmə gətirə bilər və Başkənd məsələsini arxa plana keçirəcək. Deputatların fikirlərindən görünür ki, onlar məsələnin mahiyyətini anlamırlar. Qanunvericilik orqanlarında təmsil olunan və həm də siyasətdə bilinən bir adamın, bu cür çıxış etməyi ən azından milli maraqlara uyğun gəlmir. Mövcud şəraitdə vəziyyətin doğru analiz edilmədiyi də aydın görünür. Ən azından indiki məqamda bu məsələni gündəmə gətirmək belə sual altındadır. Çünki Qazaxın 4 kəndi qaytarılıb. Digər 4 kəndin qaytarılması məsələsi sonrakı dövrün prosesidir və razılaşmada belə qeyd olunur. Daha mürəkkəb mövzuların olduğu halda və lazım görülməyən bir məsələnin aktuallaşdırılması, gündəmə gətirilməsi yersiz və bunu etməkləridə açığı bir qədər şübhə doğurur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1922   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın..."-Hərbi ekspert

"1990-cı lin 20 Yanvar qətliamından sonrakı günlər yadıma düşür; faciədən bir neçə gün sonra rus əsgərləri danışırdılar ki, bizə öncədən Bakıda rusların kütləvi şəkildə qətlə yetirildiyini demişdilər, ona görə də biz şəhərə daxil olan kimi qarşımıza çıxan hər kəsə atəş açırdıq. Ukraynaya qarşı d

20 may
.

Mustafa Ceceli azərbaycanlı jurnalistdən üzr istədi - VİDEO

Türkiyəli müğənni Mustafa Ceceli Xəzər TV-nin müxbirindən üzr istəyib. Bu barədə "Xəzər axşamı" verilişində məlumat verilib. Qeyd olunub ki, ötən il sözügedən jurnalistlə ifaçı arasında yanlış anlaşılmadan dolayı problem yaşanmışdı. Onlar bir il sonra yenidən bir araya gəliblər və Ceceli bunlar

18 may
.

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları bildirildi

İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopterin qalıqları tapılıb, ancaq qəzadan sağ çıxan olmayıb. Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivand deyib. "Qəzaya uğramış helikopter qalıqlarının tapıldığı yerdə sağ qalmış sərnişin olmayıb"

20 may
.

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları rəsmən TƏSDİQLƏNDİ

İranda prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin cəsədlərinin tanınması prosesinə başlanılıb. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Öz növbəsində İranın vitse-prezidenti Möhsün Mənsuri prezident İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzasınd

20 may
.

Qəzada həlak olan İran rəsmilərinin ADLARI və FOTOLARI

İran prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdə olan sərnişinlərin siyahısı açıqlanıb. Bu barədə İRNA agentliyi məlumat yayıb. Bildirilib ki, qəza zamanı helikopterin göyərtəsində prezidentdən başqa Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi, İmam Cümə Təbrizi, xarici işlər naziri Hüseyn Əmi

20 may
.

"Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib"

"Ermənilər hansısa bir musiqimizi ifa edəndə biz başlayırıq buna etiraz etməyə, cavab verməyə. Biz bir şeyi birdəfəlik başa düşüb anlamalıyıq ki, erməni bunu edib, edir və edəcək də. Tək musiqimizə yox, mətbəximizə də, torpağımıza da bu millət hər zaman təcavüz edib. Əvvəla ondan başlamaq lazımdı

20 may
.

İran hökuməti İbrahim Rəisinin ölümü ilə əlaqədar təcili iclas keçirir

İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın ölüm xəbəri rəsmən elan olunandan dərhal sonra İran hökuməti təcili iclas keçirir. Bu barədə İranın rəsmi IRNA agentliyi məlumat yayıb. Məlumat üçün əlavə edək ki, artıq İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərini

20 may
.

Faiq Ağayev kimdir? - 3 dəfə ölüb dirilən, oğlunu hamıdan gizlədən Xalq artisti

"Bioqrafiya" rubrikasında Xalq artisti, estrada müğənnisi Faiq Ağayev barədə məlumat verir. - Faiq Ağayev harada anadan olub, neçə yaşı var?. Faiq Balağa oğlu Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. - Faiq Ağayev harada təhsil alıb?. Ailəsi onun həkim olmasını istəyib. Bu sahədə təhsi

17 may
.

Polis mayoru qəfil vəfat etdi

Lerik rayonunda polis zabiti qəfil vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Ruslan Əsədullayev dünən xidmətdə olmadığı vaxt dünyasını dəyişib. Onun ürək xəstəliyi səbəbindən halının qəfil pisləşdiy

20 may