Dünyanın qorxunc ada həbsxanaları...

Dünyanın qorxunc ada həbsxanaları...ABŞ-ın Quantanamosu, Türkiyənin İmralısı, Hindistanın Dieqo Qarsiası, Norveçin cənnət türməsi və Bakının Nargini haqda gizlinlər...
Danimarkanın paytaxtı Kopenhagenin Baltik dənizinin aşağı adalarında sanki həyat dayanıb. Lindholm adası sahildən 2 kilometr aralıda yerləşir.

"Yeni Müsavat" xəbər verir ki, yerli sakinlər buranı "Quantanamo körfəzi" adlandırırlar. Adada 100-dən artıq cinayətkarı saxlamaq nəzərdə tutulub.

Lakin hökumətin bu planı narazılıqla qarşılanıb. Sakinlərin fikrincə, bu bir fəlakətdir və dünyada Danimarkanın nüfuzuna xələl gətirəcək.

1920-ci illərdə elmi laboratoriyaya çevrilən Lindholm adasına girişə məhdudiyyət qoyulub. Hazırda heyvanlarda ölümcül xəstələri araşdıran mərkəz burada fəaliyyətdədir.

Lakin hökumət 100 milyon dollar xərcləyərək, qarşıdan gələn üç ildə bu adanı açıq həbsxanaya çevirməyi planlaşdırır. Ada ağır cinayətlər törətmiş, öz ölkələrinə deportasiya edilə bilməyən xarici cinayətkarlar üçün ev olacaq.

Onlar mütləq adada gecələməlidirlər, günorta isə bərəyə minərək Kelvehle limanına getmələrinə icazə veriləcək.

Adaya yaxın qəsəbədə yaşayan sakinlər indidən qorxmağa başlayıblar. Onlar sual edirlər ki, insanlar məhbuslarla eyni bərədə geri qayıdarkən necə davranacaqlar.

"Bu, bizim sevimli qəsəbəmizə mənfi təsir göstərəcək", - deyə sakinlərdən biri "Amerikanın Səsi" radiosuna danışır.

İnsan haqları təşkilatları da belə həbsləri insan hüquqlarına zidd hesab edir. Danimarkanın miqrasiya naziri planı təsdiqləyib.

Quantanamo ile ilgili görsel sonucu

Lakin bu, ilk belə ada həbsxanası deyil. Elə dünyanın ən ağır cinayətlər törətmiş, terrorçuluğa görə həbs edilmiş məhkumlarını Quantanamo həbsxanasında saxlayırlar.

Kuba ərazisində yerləşən və ABŞ-ın nəzarətində olan bu həbsxana Quantanamo körfəzi ərazisində yerləşir, adanın cənub-şərqindədir.

Kuba hökuməti ABŞ-ın Quantanamodakı fəaliyyətini qanunsuz hesab edir. Amma 1903-cü ildə iki ölkə arasında müqavilə bağlanıb və Amerika bura əbədi nəzarət etmək imkanı əldə edib.

Körfəzdə Əfqanıstan, İraq və dünyanın bir sıra başqa ölkələrindən olan hərbi əsirlər də saxlanır.

Sahəsi 115 kvadrat kilometr olan adada 2700 ABŞ hərbçisi var. 2010-cu ildən Quantanamo bağlanmalıdır, lakin icra edilməyib.

Digər bir ada həbsxanası Türkiyədədir. Kürdlərin silahlı terror birləşməsi olan PKK-nın lideri Abdulla Öcalan hazırda Mərmərə dənizinin İmralı adasındakı həbsxanadadır.

Quantanamo ile ilgili görsel sonucu

İmralını 700 nəfərlik jandarma qüvvəsi mühafizə edir. Adanı dənizin cənub sahilindən 13 kilometrlik, qərb sahilindən isə 20 kilometrlik boğaz ayırır. İstanbulla arasında məsafə 65 km-dir.

Alkatraz San Fransisko körfəzində yerləşən adadır. Ada ərazi cəhətdən Kaliforniya ştatına aid edilir. Alkatraz adasını məşhur edən sözsüz burada yerləşən həbsxanadır.

Bura xüsusi təhlükəli cinayətkarlar, həmçinin digər həbsxanalardan qaçmağa cəhd edənlər üçün istifadə edilib. Hazırda fəaliyyətini dayandırıb və bura muzey kimi istifadə olunur.

İmralı ile ilgili görsel sonucu

Hindistanın 1 600 km cənubunda olan Dieqo Qarsia adası böyük bir həbsxanaya çevrilib. Ada Quantanamo həbsxanasının oxşarıdır.

ABŞ və İngiltərənin inkişaf etmiş sorğu texnikasından burada da istifadə edildiyi deyilir. Adada yüzlərlə məhbusun istintaqa cəlb edildiyi, hətta bəzilərinin tamamilə yoxa çıxdığı bildirilir.

Dünyada elə həbsxanalar var ki, öz rahatlığı ilə dünyanın bir sıra hotellərini geridə qoyurlar.

Məsələn, Norveçdə, adada yerləşən "Bastoy" həbsxanası... Həbsxanada qətllərdə, təcavüz və yaxud narkoticarətdə təqsirləndirilən yüzlərlə cinayətkar məhkumluq həyatı yaşayır.

Lakin onların burada yaşadığı həyatı "məhkumluq həyatı" adlandırmağa adamın dili gəlmir. Burada heç bir məhdudiyyət və yaxud elektrik cərəyanına qoşulmuş məftillər yoxdur.

Məhkumların özləri isə rahat kiçik kotteclərdə yaşayırlar. Onlar burada kənd təsərrüfatı ilə məşğul olur, məhsul yığır, heyvan saxlayır və bəzən də meşə qırmağa cəlb olunurlar.

Quantanamo ile ilgili görsel sonucu

Bundan əlavə, əla çimərlik, balıq tutmaq üçün yer, tennis kortları, sauna və hətta at sürmək üçün ərazilər də onların xidmətindədir.

Norveçin digər həbsxanası olan Bastada isə məhkumlar adada saxlanırlar. Onlar tennis oynayır, xizək sürür, balıq tuturlar.

Azərbaycanda da vaxtilə ada həbsxanası olub. 1914-cü ilin dekabrından başlayaraq Qafqaz cəbhəsində Rusiya ilə döyüşən türk ordusunun əsir alınan əsgər və zabitləri olduqca ağır şəraitdə yaşamaq uğrunda mübarizə aparmalı oldular.

Əsir alınanları Rusiyanın müxtəlif həbs düşərgələrinə aparmaqla yanaşı, mülki türk vətəndaşlarını Bakının müsəlman əhalisinin gözü qarşısında nümayişkaranə şəkildə Xəzər dənizindəki Nargin adası (indiki Böyük Zirə) adasına daşıyırdılar.

Nargində tək hərbi əsirlər deyil, Şərqi Anadolunun rus işğalına məruz qalmış Qars, Ərzurum, Ərdəhan bölgələrində yaşayan mülki əhali də yerləşdirildi.

Onların arasında qocalar, qadın və uşaqlar da vardı. Hərbi düşərgədə almanlardan, avstriyalılardan, bolqarlardan olan çeşidli millətlərin nümayəndələri ilə yanaşı, 10 minə yaxın türk vətəndaşı da öz talelərini yaşayırdı.

Çar Rusiyasının devrilməsi, müvəqqəti hökumətin qurulması və hakimiyyət boşluğunun yaranmasından sonra həbsxana daha dəhşətli vəziyyətə düşüb.

1917-ci il fevralın 25-də düşərgənin türk və alman əsirləri Rus Qafqaz Ordusu komandanı Oçilidzeyə məktub göndərərək həbsxanada vəziyyətin dözülməz olduğunu bildirərək tədbir görülməsini xahiş ediblər, heç bir müsbət nəticəsi olmayıb.

Həbs düşərgəsində əsirlərin vəziyyətinin dözülməz olduğu haqda ilk dəfə rəsmi şəkildə Nəriman Nərimanov "Hümmət" qəzetində "Göz yaşı tökdürən Cəzirə" məqaləsi ilə çıxış edib. Son illərdə isə hökumət Nargin adasında turizm layihələri həyata keçirməyi planlaşdırmışdı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2438   Tarix: 24 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı

16 sentyabr 2021
.

Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ

Mardinin Bahçebaşı və Çatalözü kəndləri koronavirusa yoluxma halları artdığı üçün karantinə alınıb. DHA-ya istinadən xəbər verir ki, Rayon Gigiyena Şurasının aldığı qərarı ilə Bahçebaşı və Çatalözü koronavirusa yoluxma hallarının artmasına görə 14 gün karantində olacaq. Karantinə alınan ərazilərin girişin

16 sentyabr 2021
.

Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO

Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək

16 sentyabr 2021
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18 sentyabr 2021
.

Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı

İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində

15 sentyabr 2021
.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021
.

Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var

Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Trend-ə istinadən bildirir ki, bu barədə Niderland polisi bildirib. Qeyd olunur ki, hücum edən şəxs özü yaralı vəziyyətdə saxlanılıb. Polis hücumun qarşısını almaq üçün atəş açmalı olub. Hadisəni

17 sentyabr 2021
.

Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi

Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə

17 sentyabr 2021
.

Yəməndə fövqəladə vəziyyət elan edildi

Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl

16 sentyabr 2021