Qadının əl-qolunu bağladı, saatlarla təcavüz etdi, sonra.... - Azərbaycanda DƏHŞƏT

Qadının əl-qolunu bağladı, saatlarla təcavüz etdi, sonra.... - Azərbaycanda DƏHŞƏTAbşeron rayonunda zorlamada təqsirli bilinən Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Kənan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Kənan Qasımov 23 may 2017-ci il tarixdə, axşam saat 22 radələrində əmisi oğlu Sahibin tanışı Samirə Babayevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) təklifi ilə pivə içmək məqsədilə sonuncunun ofisiant işlədiyi "555" adlı kafeyə gəlib.

Kafedə içki məclisi

Kafedə bir neçə bakal pivə içdikdən sonra Kənan Samirəni yaşadığı evə dəvət edib. Sonra o, yaxınlıqda yerləşən mağazadan araq və ərzaq məhsulları alıb.

Onlar birlikdə saat 00:00 radələrində Kənanın yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində olan nömrəsiz fərdi yaşayış evinə gəliblər.

Yarıçılpaq gördü, cinsi əlaqədə olmaq istədi

Evə gəldikdən onlar birlikdə araq içib, sərxoş olduğu üçün döşəmə üzərində olan döşəyin üzərində yatıb. Bir qədər sonra yuxudan oyanan Kənan Samirənin yarıçılpaq halda görüb və onunla cinsi əlaqədə olmaq qərarına gəlib. Bu barədə Kənan Samirəyə təklif edib.

Amma Samirə onun bu təklifi ilə razılaşmayıb. Bu zaman Kənan Samirəni yatağa itələyib. Həmin vaxt otağa daxil olan Sahib ona mane olmaq istəyib.

Əl-qolunu bağladı, şillə-təpiklə vurdu

Lakin Kənan Sahibi təhqir edib və otaqdan qovub. Bu səbəbdən Sahib otaqdan çıxıb. Həmin vaxt Kənan ona fəal müqavimət göstərən Samirənin bədəninin müxtəlif nahiyələrinə şillə, təpik zərbələri vurub.

Daha sonra Kənan otaqda olan iplə Samirənin əl-qollarını bağlayıb, onun müqavimətini qırmaq məqsədilə yenidən yumruq və şillə zərbələri vurub.

Bir saata üç dəfə intim əlaqə

Daha sonra Kənan saat 02-dən 03 radələrinə kimi Samirə ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub. Kənan bir saat ərzində qısa fasilələrlə üç dəfə intim əlaqəyə girib, zorakılıq göstərib.

İstintaq orqanı tərəfindən Kənan Qasımovun barəsində Cinayət Məcəlləsinin 149.2.5-ci (təkrar zorlama) maddəsi ilə ittiham elan edilib.

7 il cəza

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Bu hökmdən narazı qalan Kənan Qasımov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, zərərçəkmişlə zorla cinsi əlaqədə olmayıb, ona qarşı zorakılıq göstərməyib. O, zərərçəkmişlə könüllü intima əlaqədə olduğunu deyib.

Kənan Qasımovun işinə ədalətli baxılmasını istəyib. Onun şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan iclasda araşdırılıb.

Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdıran zaman Kənan Qasımovun ittihamında dəyişiklik edib.

Apelyasiya instansiyası məhkəməsi Kənan Qasımovun Samirə Babayevaya zor tətbiq etməklə, o cümlədən əl-qolunu iplə bağlayaraq onun müqavimətini qırdıqdan sonra saat 02-dən – 03-dək qısa fasilələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmasını təkrarçılıq əlamətini yaratmayan əməl kimi qiymətləndirib.

Cəza 5 ilə endirildi

Bu səbəbdən Kənan Qasımovun barəsində olan Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsindən (təkrar zorlamadan) 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsinə tövsif edilib. Kənan Qasımovun cəzası 5 ilə qədər endirilib.

Bu qərardan narazı qalan Kənan Qasımov kasasiya şikayəti verib. O, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işinə yenidən apelyasiya instansiyasında ədalətli baxılmasını istəyib.

Kənan Qasımovun kasasiya qaydasında verdiyi şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti onun kasasiya şikayətini təmin etməyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2196   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT

Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya

22 avqust 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı

Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm

29 avqust 2021