Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTOŞirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib.

Sonxeber.az xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazova məxsus "VAZ 21063" markalı, 10-BK-753 dövlət nömrə nişanlı avtomobili oğurlayıb.

Avtomobildən öz məqsədi üçün istifadə etdikdən sonra onu Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsinin çöllük ərazisində yandıraraq yararsız hala salıb. Şirvan polis şöbəsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində S.Qasımzadə saxlanılıb və üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. S.Qasımzadənin cinayət əməli nəticəsində avtomobilin sahibinə 5653 manat maddi ziyan dəyib.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 185.2.4, 186.2.2 və 231.1 maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır./APA/
Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTOŞirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTOŞirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTOŞirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTOŞirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTOŞirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1592   Tarix: 22 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Tarqovı"da turistə hücum edən gənclərə AĞIR CƏZA

Bakının Səbail rayonu ərazisində - "Tarqovı" adlanan məhəllədə Pakistan vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Şahin Cavadov və Asif Bağışova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, hər iki gənc Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib

2 may
.

Azərbaycanda qazi həmyaşıdını bıçaqladı

Masazırda bıçaqlanma hadisəsi baş verib. -a istinadən xəbər verir ki, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Orxan İmanov həmyaşıdı Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb. Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib. Orxan Hüseynli saxlanılıb, hazırda araşdırma aparılır. Qeyd edək ki

2 may
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26 aprel
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel
.

Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü

Hindistanda bir kişi qisas məqsədi ilə bir yaş yarımlıq qızı qaçıraraq vəhşicəsinə qətlə yetirib. Qatil sevgilisinin qızın atası ilə onu aldatdığından şübhələnib. xarici mediaya istinadən xəbər verir ki, ana qızı özü ilə yatızdırsa da, ayılanda uşağı tapmayıb. Ertəsi gün körpənin meyiti çoxsaylı xəsarətlərl

20 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi, 200-ci il təvəllüdlü Mehdi Quluzadə həbs edilib. -ın əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Mehdi bir neçə gün əvvə

29 aprel
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19 aprel
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel