Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTOAzərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.

Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib.

Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Burada, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.

Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb.

Bu il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı ev-muzeyini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən muzeydə aparılan təmir-bərpa və yenidənqurma işləri artıq başa çatıb.

Bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır.

Şuşa şəhərinin işğalı zamanı ev yararsız hala salınıb, yükdaşıyıcı divarlarında çatlar əmələ gəlib və divarlar çöküb. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.

Bülbülün ev-muzeyinə məxsus həyətyanı sahə ilkin görkəmi saxlanılmaqla bərpa olunub.

Hazırda binada Bülbülün muzey ekspozisiyası qurulub. Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb.

Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.
Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTOŞuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTOŞuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTOŞuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTOŞuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTOŞuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTOŞuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTOŞuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2861   Tarix: 29 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17 sentyabr 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021
.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa

10 iyul 2021
.

69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR

Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib

28 iyun 2021
.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021