Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür.

Sonxeber.az Kulis.az-a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir.

1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədən sonrakı aclıq illərində qapı-qapı düşüb konsert verir, pul yığıb ailələrini dolandırırmışlar. Camaat danışırmış ki, iki qaraçı uşağı var, yaman qəşəng çalıb oxuyurlar.

3. Qardaşı Qabillə tar kursuna gedirlər, Qabil tarda istedadsız olur, heç nə çala bilmir, notu hiss eləmir. Habil isə hər şeyi dəqiqliklə öyrənir. Bir gün atası onları yoxlayır. Qardaşı tarı sinəsinə basıb səhv, ağlına gələni çalır, amma uzun-uzadı çalır, Habil isə öyrəndiyi bir-iki notu ifa edir. Bunu görən atası Habilin boynunun ardından bir şapalaq vurub deyir: "Səndən bir şey çıxmaz, gör qardaşın necə gözəl çalır?!"

4. Günlərin birində Habil Əliyev Qəbələnin Qəmərban kəndinə toya gedir. Toyda gələcək həyat yoldaşı Şərqiyyə xanımla tanış olur. Şərqiyyə xanım o vaxtı 9-cu sinifdə oxuyurmuş. Onlar 1954-cü ilin avqust ayında ailə qururlar. Çoxları Habili məktəb şagirdi ilə ailə qurduğu üçün hədələyir. Bu evlilikdən onların dörd övladı olur.

5. Bir gün Habilə deyirlər, get kaman ustası Nefton Qriqoryanın yanına, o, sənə kamançada axtardığın səsi tapmaqda kömək edəcək. Nefton Qriqoryan Habili başa düşür, ancaq ona kömək etmir. Habil hərləyib-fırlayıb bir gün onu içirdir. Nefton deyir ki, kamançanın çanağına içəridən xrustal qırıqları yapışdırsan, sən deyən səsi verər. Ancaq o dövrdə xrustal qab tapmaq müşkül məsələ idi. Xəbər Əlibaba Məmmədova çatır. O, evə gəlib həyat yoldaşının cehizlik qabını qəsdən salıb sındırır, sonra isə şüşə qırıqlarını yığıb Habilə verir. Üstündən bir müddət keçəndən sonra küçədə təsadüfən rastlaşırlar. Habil kamançanın futlyarını çıxarıb kəmanəni necə çəkirsə, Əlibaba Məmmədov dəhşətə gəlir.

6. İranda qastrol səfərində olanda konsert vaxtı Habil kamançanı necə ifa edirsə, İran muğamının Tanrısı hesab olunan Şajaryan Habil Əliyevin qarşısında ikiqat olub təzim edir.

7. Çox qısqanc kişi olub. Ölən gününə qədər həyat yoldaşını hamıya qısqanıb. Hətta ömrünün son günlərində, ən ağır vaxtlarında belə bu xasiyyətinə görə evinə Babək Niftəliyev və Ehtiram Hüseynovdan başqa heç bir musiqiçi gəlməyib.

8. Ömrünün son günlərində səsi batır, çətin danışır. Bir gün televizorda hansısa kanalda onun yaradıcılıq gecəsi keçirilir. Öz ifasında "Zabul segah"ı verirlər. Habil Əliyev öz çalğısına baxır və gözündən yaş axır. Daha sonra həyat yoldaşına tərəf çevrilib pıçıltıyla deyir: "Şərqiyyə, belə çalğı bir də heç vaxt olmayacaq".

9. Ermənilər Habilin kamançada tapdığı səsi itirdirlər. O, müsahibələrinin birində bu haqda deyir: "Mənim kamançama erməni ustaları xəyanət elədi. Birinə etibar elədim, kamanı verdim ki, üzünün dərisini dəyişdirib gətirsin. İçini açıb, çanağını yonmuşdu. Soruşanda dedilər, səsi yaxşı çıxsın deyə belə eləmişik. Amma mən çala bilməyim deyə qəsdən eləmişdilər. Ondan sonra bir az kamandan uzaqlaşdım. Rəhmətlik Əhsən müəllimlə (Əhsən Dadaşov – red.) Hindistanda bir yerdə idik. Möhkəm ağladım. O dedi, darıxma, gedib birini də düzəltdirərsən. Dedim, ağac da çoxdur, kamança da çoxdur, amma mən o səsi itirdim. O, mənim ürəyimin səsi idi. Kaman istidən partlamışdı. Oranın istisi dəhşət olur. Avtobusla 300 km-lik yol gedirdik. SSRİ zamanı idi. Azərbaycandan gedən sənətkarlara qayğı göstərən kim idi? Hamısı ruslar idi. Bir qab buz qoymuşdular ki, dəhşətli istiyə dözə bilək. Konserti birtəhər yola verdim. Amma özüm kimi çalmadım".

10. Habil Əliyevə qədər Bakıda ən məşhur müğənniləri erməni kamança ifaçıları müşayiət edirdi. O, gələndən sonra vəziyyət dəyişdi. Habil kamançanı ermənilərin əlindən aldı! Qarabağ münaqişəsi başlayandan sonra ermənilərin kamança alətini özününküləşdirmək təşəbbüsü daha geniş vüsət aldı. Bu hadisələri həssaslıqla izləyən Habil Əliyev çox müdrik bir söz söyləmişdi: "Məndən yaxşı çalsınlar, kamança olsun onların!" Bu isə mümkün deyildi! Habillə düşmənçiliklərinin kökündə də elə bu fakt dayanırdı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2835   Tarix: 08 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa

10 iyul 2021
.

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə

25 avqust 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021
.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021
.

Flora Kərimova təltif edilməsindən danışdı: "Ali Baş Komandan mənə əsgər kimi baxdı..." - VİDEO

"Qəflətən oldu. Mənə zəng etdilər, təbrik etdilər, and içdim ki, xəbərim yoxdur". -ın məlumatına görə, bu sözləri APA TV-yə açıqlamasında Xalq artisti Flora Kərimova Prezident İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı deyib. "Nə etmişəmsə millətim üçü

31 iyul 2021
.

"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB

Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız

11 iyul 2021