​"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı

​"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdıRəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi.

Sonxeber.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib.

Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?

Xanımı Mədəniyyət Nazirliyindən ona bircə kərə də zəng gəlmədiyini bildirib.

Gülü kimdənsə nəsə ummadığını qeyd edib:

"Hər gün gedib məzarı başında dururam 3-4 saat onunla oluram, sonra qayıdıb evə gəlirəm. Mən heç kimdən nəsə ummuram. İndi hamı öz hayındadır, hamı öz iş-gücü ilə maraqlanır. Rəmiş dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən heç kəs zəng vurmayıb. Oturmuşam öz damımın altında, hərdən bir-iki dostu zəng edir, halımı-əhvalımı soruşur. Amma evə nə gələn var, nə gedən. Heç kimdən də incimirəm. Allah hamısına can sağlığı versin. Prezidentimizə, Mehriban Əliyevaya can sağlığı arzulayıram, Allah onları ölkəmizdən əksik etməsin. Məhz onların sayəsində Rəmiş 2 ay artıq yaşadı, onu xəstəxanaya yerləşdirdilər, bütün müalicə xərclərini ödədilər. İndiyə qədər nə lazımdırsa onlar etdi, kifayət qədər dəstək oldular. Hətta Rəmiş dünyasını dəyişəndən sonra qəbirstanlıqda yer də verdilər, qayğımızı çəkdilər. Ona görə indi heç kəsdən umu-küsüm yoxdur, nə lazım idisə, Prezidentimiz etdi.

Şükür Qarabağ geri alınıb, başları ora qarışıb. Rayonlarımız abadlaşdırılır ki, yurd-yuvalarından ayrı düşənlər qısa zamanda geri qayıtsınlar. Bunları bilə-bilə necə kimdənsə küsüb-inciyə bilərəm? Tək canımdır, 264 manat təqaüd alıram, onunla özümü dolandıra bilirəm. Bilirəm ki, növbəti təqaüdə qədər nəyi necə xərcləmək lazımdır. Hər şeyi planlı edirəm ki, heç kəsə ehtiyacım olmasın".

O, Rəmişin vəfatından sonra sənətçinin mirası ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirib:

"Adam gərək Allahla danışsın, Rəmişin vəfatından sonra ailəsi ilə "miras davamız" olmayıb. Bu haqda danışılanlar dedi-qodudur. Onun ailəsindən bir insan belə mənə "gözün üstə qaşın var" deməyib. Rəmişin ilk həyat yoldaşından iki qız övladı var. Nə qızları, nə digər qohumlarından kimsə miras davası salmayıb. Heç biri də məni incitmir. Onlar Rəmişin vəfatından sonra mirası barədə söhbətləri ağıllarına belə gətirmirlər, gərək sözün düzünü danışasan, mənimlə heç kəsin işi yoxdur, hərə öz evinə qaxılıb. Bu söhbətləri kim yayır bilmirəm, ancaq düz iş görmür. Rəmişin guya nəyi var idi ki, bir evi var, onu da Prezidentimiz bağışlayıb. Həm də qohumları elə adam deyillər ki, gəlib mənimlə ev davası etsinlər. Şükür Allaha, hamısının hər şeyi var".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 5836   Tarix: 08 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Həmin məqamlara görə, o pullardan imtina edirəm"

"Rol aldığım bütün filmlərə yenidən baxanda nəsə görürəm. 10 dəfə başmışamsa, onunda da elədir. Burası belə, orası o cür ola bilərdi deyə düşünürəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Qara-qırmızı" layihəsində qonaq olarkən deyib. O, canlandırdığ

13 may
.

"Kızılcık şerbeti"nin Fatihi Azərbaycan türkü imiş

Türkiyənin ən populyar seriallarından biri olan "Kızılcık şerbeti"nin baş rol oyunçularından biri olan, Fatih Ünal obrazını canlandıran Doğukan Güngör azərbaycanlı imiş. xəbər verir ki, bu barədə onun özü "Ali ile aramızda" proqramında danışıb. 27 yaşlı aktyor verilişdə atasının azərbaycanlı

12 may
.

Tünzalənin saçını şüşədə saxlayır

"İlk görüşümüz bulvarda oldu. Əlbəttə ki, çox həyəcanlı idim. Metrodan çox istifadə edən biri deyildim, stansiyaları tam olaraq tanımırdım. Gecə saat 10-da görüşəcəkdik. Amma mən metroda azıb qaldım, heç cürə çıxa bilmirdim. Saata baxdım ki, artıq 11-ə qalıb. Amma hələ də metroda idim. Birtəhə

10 may
.

"Avroviziya"dakı münsiflərimiz onlar olub

"Avroviziya 2024"ün Azərbaycan seçimlərində münsif kürsüsündə əyləşən sənət adamlarının adları bəlli olub. Axşam.az xəbər verir ki, seçim turunda münsif kimi Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, "Avroviziya 2011" qalibi Nigar Camal, rejissor Emil Quliyev, aparıcı Könül Arifqızı

12 may
.

Xanım fanatı azərbaycanlı müğənniyə "Porsche" bağışladı - VİDEO

Məşhur müğənni Əbdül Xalidə bahalı avtomobil hədiyyə olunub. xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "Gül kimi şou" proqramına qonaq olarkən bildirib. Əbdül Xalid bir müddət əvvəl aığı avtoqəza keçirdiyini qeyd edib. Bu səbəbdən xanım fanatlarından biri ona "Porsche" markal

17 may
.

Azərbaycan 12 xalı bu ölkəyə verdi

"Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin hazırda davam edən finalında ölkələr səsvermənin nəticələrini açıqlayıblar. Axşam.az-ın məlumatına görə, Azərbaycandan olan səsverməni "Avroviziya 2009" təmsilçimiz Aysel Adıgözəlzadə (Teymurzadə) təqdim edib. Azərbaycan 12 xalı İsveçrəy

12 may
.

Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO

Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib. xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində paylaşım edib. Rəsulov xəstəxanadan görüntüsünü izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:. "Dostlar, son iki gündə telefonlara cavab verə bilmirəm, üzrlü hesab edin. Sırf səhhətiml

13 may
.

Rəqsanənin həbsdə olan mülkləri ilə bağlı məhkəmə qərar verdi

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulması barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hakim Elşən Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərar

16 may
.

İbrahim Tatlısəs Bakıda Güneldən danışdı - Video

Türkiyəli ifaçı İbrahim Tatlısəs ötən gün Bakıda konsert verib. Axşam.az-ın məlumatına görə, onu dinləməyə gedənlər arasında müğənni Günel Zeynalovada yer alıb. Günel səhnəyə çıxaraq Tatlısəslə birlikdə mahnılar oxuyub. İ.Tatlısəs Günel haqda danışaraq "Onu buradan aparanda 12 yaşında idi. O vax

12 may