"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi""Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm".

Sonxeber.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvəl Həkimləri tənqid edərək açıqlama vermişdi. O bildirib ki, onlara yanlış müalicə yazıblar.

Dadaşova həmin açıqlamasından sonra təzyiqlər gördüyünü bildirib:

"Naxələf insanlarla hökumət mübarizə aparır. Hamının vicdanı olmalıdır. Hökumət harınlamış insanların öhdəsindən gəlir. Başqa bir dostumuzun da bədənini yüklədilər dərmanla, dünyasını dəyişdi. Çox dərman yazan həkimləri həyatınızdan çıxarın. Mənə dərman reklam etmək lazım deyil. Sadəcə, sevən insanların əziyyət çəkməməsini istədim. Mənə qulaq asanlar musiqi sevənlərdir. Musiqidən uzaq olanların səhifəmdə nə işi var.

Covid xəstəliyinin 7-8-ci günü ağır olur. Əvvəl adi qrip olanda xəstəxanaya qaçırdım. Amma indi bəzi həkimlərə görə inamımız itdi. Yaxşılar da var. Özlərini çoxbilmiş aparan bilməyənlərlə yanaşı yaxşılar da az deyil. Çalışın sizə başqa dərmanlar vurub, başqa orqanlarınız sıradan çıxmasın. Allah bizi apteklərə xeyir verməyə çalışan həkimlərdən uzaq etsin. Hamımız yaşamalıyıq, amma bu haramçılıqdır.

Həkim məsələsini ona görə deyirəm ki, bu xəstəliyi bir-iki dərman içərək, yataraq, zoğal içərək sağalda bilərsiz. heç kimi təhqir etmək fikrində deyiləm. Hər insanın qazanacağı çörəkpulu var. Amma başqasının ölümü ilə qazanmaq olmaz.

Dünya çox çətinləşib, ömür qısalıb. Çalışın yaxınlarınızı qoruyun".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 9230   Tarix: 09 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısı - Video

Xəbər verdiyimiz kimi, müğənni Talıb Tale ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, 43 yaşlı ifaçı bir neçə gün əvvəl İbrahim Tatlısəsin Bakıda keçirilən konsertinə nişanlısı Bahar ilə birlikdə qatılıb. Sözügedən görüntülər "Xəzər axşamı" verilişində yayımlanıb. Müğənni müsahibəsind

13 may
.

"Avroviziya"dakı münsiflərimiz onlar olub

"Avroviziya 2024"ün Azərbaycan seçimlərində münsif kürsüsündə əyləşən sənət adamlarının adları bəlli olub. Axşam.az xəbər verir ki, seçim turunda münsif kimi Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, "Avroviziya 2011" qalibi Nigar Camal, rejissor Emil Quliyev, aparıcı Könül Arifqızı

12 may
.

Xalq artistindən Şuşada canlı ifa - VİDEO

Xalq artisti Tünzalə Ağayeva "Xarı bülbül" festivalında iştirak edir. xəbər verir ki, pop ulduz Şuşanın gəzməli-görməli guşələrindən video paylaşıb. Ağayeva görüntülərdə Xalq şairi Səməd Vurğunun "Şuşa haqqında ballada" və şair Rəsul Rzanın "Şuşam mənim" şeirini sintez edərə

13 may
.

Vasif Məhərrəmli plastik əməliyyatdan sonra

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra verilişə qonaq olub. Müğənni "Elgizlə izlə" verilişinə gəlib. V.Məhərrəmli aparıcı Elgiz Əkbərin "Üzünüz çox mübarək. Yaraşıqlı görünürsünüz. Özünüz etiraf etdiniz ki, üzünüzə əl gəzdirmisiniz, ona görə deyirəm. Müğənniyə lazımdır"

16 may
.

Sədaqət Ulduzun əkiz övladı olub

Müğənni Sədaqət Ulduzun əkiz övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, bu barədə ifaçının anası, aşıq Ulduz Sönməz "7 Tamam" verilişində telefon bağlantısı zamanı deyib. O, əkizlərin oğlan olduğunu bildirib. Müğənni bir ay əvvəl dünyaya gələn körpələrinə Rəhim və Rəsul adını verib. Qey

17 may
.

"Avroviziya"nın finalına start verildi - CANLI

İsveçin Malmö şəhərində "Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb. -ın məlumatına görə, finalda 26 ölkə mübarizə aparacaq. Qalib televiziya tamaşaçıları və peşəkar münsiflər heyətinin birgə səsverməsi nəticəsində müəyyən ediləcək. Qeyd edək ki, səsvermənin nəticələrin

11 may
.

"Həmin məqamlara görə, o pullardan imtina edirəm"

"Rol aldığım bütün filmlərə yenidən baxanda nəsə görürəm. 10 dəfə başmışamsa, onunda da elədir. Burası belə, orası o cür ola bilərdi deyə düşünürəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Qara-qırmızı" layihəsində qonaq olarkən deyib. O, canlandırdığ

13 may
.

Aygün Kazımova Şuşada "Turan marşı" oxudu - FOTO/VİDEO

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalına mayın 13-də Laçın şəhərində yekun vurulub. xəbər verir ki, bağlanış mərasimində Xalq artisti Aygün Kazımova da səhnəyə çıxıb. Ölkənin əsas ulduzu festival üçün xüsusi olara

14 may
.

Rəqsanənin həbsdə olan mülkləri ilə bağlı məhkəmə qərar verdi

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulması barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hakim Elşən Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərar

16 may