Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur.

Musavat.com İdris Məhərrəmovun törətdiyi dəhşətli cinayət əməlinin şok təfərrüatlarını əldə edib.

İstintaqla müəyyən edilib ki, İdris Məhərrəmov gəlini Banı Məhərrəmovanı başqa şəxslərlə münasibəti olmasına görə öldürüb.

Belə ki, İdris Məhərrəmovun oğlu ölkə xaricində olub. O, gəlininə sərbəst həyat tərzi sürməsinə görə bir neçə dəfə xəbərdarlıq edib və aralarında mübahisələr olub.

Sonuncu belə mübahisədə İdris Məhərrəmov gəlinini qətlə yetirib. İstintaq orqanı İdris Məhərrəmovun gəlinini necə öldürməsini müəyyən edib.

İ.Məhərrəmov Banı Məhərrəmova ilə aralarında yaranmış eyni məzmunlu növbəti mübahisədə onu öldürmək qərarına gəlib. Bunun üçün uyğun zaman seçib. Arvadının evdə olmamasından və azyaşlı nəvələrinin digər otaqda başlarının telefonla oynamağa qarışmasından istifadə edib.

"Gəlini Banı Məhərrəmovanın fiziki cəhətdən ondan qüvvətli olmasını düşünüb sonuncuya gücünün çatmayacağını ehtimal edib. Buna görə də çəkic götürərək Banı Məhərrəmovanın yataq otağına gedib. Arxa tərəfdən yaxınlaşıb, baş nahiyəsindən iki zərbə vurub.

Yerə yıxılan Banı İdris Məhərrəmova, "ata neyləmişəm ki, məni vurdun?",- deyərək aman diləyib. Amma İdris Məhərrəmov buna əhəmiyyət verməyib.

O, Banı Məhərrəmovanı sürüyərək zirzəminin qarşısına gətirib. Burada isə ona 12 bıçaq zərbəsi vuraraq öldüyündən əmin olub",- deyə istintaq materiallarında göstərilir. İ.Məhərrəmovun amansız rəftarı bununla da bitməyib.

O, Banı Məhərrəmovanın öldüyündən əmin olduqdan sonra balta ilə əvvəlcə meyitin baş nahiyəsini, dişlər və dillə birlikdə alt çənə sümüyünü, qulaq seyvanlarını, döş qəfəsi və qarının yuxarı 1/3-i olmaqla gövdəsini, dərialtı piy qatı ilə birlikdə qarın nahiyəsinin dərisini, bazu, said, əl və əl barmaqları ilə birlikdə sağ və sol yuxarı ətraflarını, çanaq sümüklərinin az bir hissəsi ilə birlikdə sağ və sol aşağı ətrafın budlarını, ayaq və ayaq barmaqları ilə birlikdə sağ və sol aşağı ətrafın baldırını, daxili orqanlarını, göz almalarını kəsib yerindən çıxarmaqla, meyiti hissələrə ayırıb. Qarın və üz nahiyəsinin dərisini soyub, daha sonra isə həmin hissələri bir neçə torbalara yığıb öz maşını ilə aparıb, Nəsimi rayonunda yol kənarındakı məişət tullantıları konteynerlərinə atıb.

İ.Məhərrəmovun meyit üzərində bu cür xüsusi amansızlıq göstərməsi, üz dərisini soymasında məqsədi meyitin kimə məxsus olmasını gizlətmək olub.

İstintaq zamanı dindirilən İ.Məhərrəmov mərhumla aralarındakı son dialoq haqda da ifadə verib. O deyib ki, ilk iki zərbədən sonra Banı ona "ata, nə etmişəm ki, məni vurdun?" deyib. İ.Məhərrəmov isə ona cavabında deyib ki, ailəmizi dağıtmısan, məni biabır etmisən. Ona görə də vurdum. Banı təkrar olaraq "ay ata, mən nə etmişəm ki, məni vurdun?",- deyə İ.Məhərrəmovdan soruşub.

O isə cavabında,"bundan artıq nə edəcəksən? Sənə görə oğlum evdən çıxıb getdi, arvadım çıxıb getdi, qızlarım bizə gəlmir. Yadına gəlirmi, sənə demişdim ki, sən bu formada kimin evində olsan, səni boğub öldürərlər. Sən də demişdin ki, ona dux lazımdır. Bala, indi duxum yerinə gəldi",- deyərək Banıya çoxsaylı zərbələr endirib, qətlə yetirib.

Cinayət işi materiallarından aydın olur ki, İ.Məhərrəmov meyiti torbalara yığaraq saat 20 radələrində zibil qutularına atıb.

Meyitin parçaları ətrafda olan insanlar tərəfindən müəyyən edilib və bu barədə polisə məlumat verilib.

Polis əməkdaşları əraziyə baxış keçirdikdən sonra nəzarət kameralarına da baxıblar. Müəyyən edilib ki, İ.Məhərrəmov şəxsi avtomobili ilə əraziyə gələrək meyitin parçalarını zibil qutusuna atıb.

İ.Məhərrəmov saxlanılıb və məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Bildirək ki, İ.Məhərrəmovu törətdiyi əmələ görə 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. O, əməlini səmimi şəkildə etiraf edib və peşman olmadığını bildirib.

Qeyd edək ki, bu il yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi"nə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 7513   Tarix: 11 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ögey atasını öldürmüşdü, cəza verilmədi

Ögey atasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Elgün Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müttəhimin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması sübut olunub. Prokuro

8 may
.

Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi, 200-ci il təvəllüdlü Mehdi Quluzadə həbs edilib. -ın əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Mehdi bir neçə gün əvvə

29 aprel
.

Azərbaycanda qazi həmyaşıdını bıçaqladı

Masazırda bıçaqlanma hadisəsi baş verib. -a istinadən xəbər verir ki, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Orxan İmanov həmyaşıdı Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb. Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib. Orxan Hüseynli saxlanılıb, hazırda araşdırma aparılır. Qeyd edək ki

2 may
.

Adam öldürən şəxsin ömürlük cəzası dəyişdirildi

Bakıda kütləvi dava zamanı iki nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkillərini

17 may
.

Bakıda kişi nənəsini və arvadını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi olub. -ın məlumatına görə, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib. E. Əliyev yaşadıqları evdə aralarında yaranan mübahisə zamanı nənəsi L. Tatilovanı və arvadı E. Məmmədovanı bıçaqlayıb. Faktla bağlı cinayət işi başlanıb, E. Əliyev şübhəli şəxs qismində saxlanılı

18 may
.

Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO

"Ölümü"nü səhnələşdirən dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsə qarş

25 aprel
.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

27 aprel
.

Azərbaycanda məktəblinin mübahisədən sonra ölməsi ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + VİDEO

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb. Bu barədə "Qafqazinfo"ya İdarədən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığ

7 may
.

Mikayıl İsmayılovun oğluna qarşı ağır ittiham - "Qızını qəbul etmir"

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə keçmiş sevgilisini məhkəməyə verib. xəbər verir ki, bu barədə -a Fidan İsmayılzadə adlı həmin qadın danışıb. O bildirib ki, Orxan Mikayıl oğlu İsmayılzadə ona qarşı Xətai Rayon Məhkəməsinə şərəf-ləyaqət və işgüzar nüfuza zərə

17 may