Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİBSentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdlü Sabir Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi 1981-ci il təvəllüdlü Yaşar Yusifovun sol döş qəfəsi nahiyəsinə xəsarət yetirərək qəsdən öldürməsinə, sonuncunun qardaşı Müşvik Zeynalovun isə sol kürək nahiyəsinə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sabir Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

10:36
Ağstafa rayonunda qətl hadisəsi olub.

"Report"un məlumatına görə, rayonun Köçəsgər kəndində yerləşən kafelərin birində düşən mübahisə zəminində Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1740   Tarix: 13 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi, 200-ci il təvəllüdlü Mehdi Quluzadə həbs edilib. -ın əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Mehdi bir neçə gün əvvə

29 aprel
.

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyev maddi ziyanla bağlı məhkəməyə ərizə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi Nərimanov Rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə araşdırılacaq. Qey

2 may
.

Kuryerlik edən tələbəni öldürdülər

Türkiyədə kuryerlik edən tələbə qətlə yetirilib. yerli mediaya istinadla bildirir ki, hadisə Balıkesir şəhərinin Karesi qəsəbəsində baş verib. Kuryerlik edərək xərclərini ödəyən universitet tələbəsi 20 yaşlı Emre A. sifarişləri təslim etmək üçün yola düşüb və naməlum səbəblə müştəri 17 yaşlı E.Ö.-nü

11 may
.

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - VİDEO

"Könül Ağayeva təhsil aldığı müddət ərazində dərslərdə müntəzəm iştirak edib". Bu sözləri Baku TV-yə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının direktoru Xudayar Sultanlı deyib. O bildirib ki, Könül fevral ayının 16-dan sonra universitetlə əlaqəni tamamil

16 may
.

Lənkəranda tükürpərdən CİNAYƏT: Qadını öldürüb öz həyətində basdırıblarmış - FOTO

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb. APA-nın məlumatına görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağıyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti tapılıb. Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafiz

14 may
.

Mövlam Şixəliyev haqda son qərar verildi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev barəsindəki 12 il həbs cəzası qərarından verilmiş kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkum Şixəliyevin vəkili Ceyhun Yusifov çıxış edib. Vəki

8 may
.

Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. "Qaynarinfo"nun məlumatına görə, general xidmət rəisi işlədiyi müddətd

26 aprel
.

"Nədir, mən də Nazim Gədəbəyskiyəm?"

Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Bəydəmirli haqda seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırılıb. Bəydəmirli özü də vəkilinin vəsatətin

14 may
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

2 may