Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUALEvlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?

Gözünüz Lent.az-da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdim edirik:

1. Sevgilinizi həm fiziki, həm də emosional olaraq cazibədar görürsünüzmü?

Evlənmək qərarı heç vaxt yalnız xarici görünüşə əsaslanmamalıdır. Fiziki görünüş ilk növbədə vacib olsa da, əlaqəni uzun müddət davam etdirmək üçün emosional olaraq da bir-birinizə uyğunlaşmalısınız.

2. Ömrünüzün qalan hissəsini onunla keçirməyə hazırsınızmı?

Bu qərarı vermək asan deyil. Ömürlük öhdəliyə hazır olduğunuzdan əmin olmalısınız. Birlikdə dəyişməyə, böyüməyə və yaşlanmağa hazırsınızmı?

3. Problemlərinizi həll edə bilərsinizmi?

Unutmayın ki, evləndikdən sonra məsuliyyətləriniz artacaq və daha çox mübahisələr, hətta davalarınız olacaq. Aranızdakı fikir ayrılıqlarını razılaşma yolu ilə həll etməli və lazım gəldikdə qurban verməkdən çəkinməməlisiniz.

4. Sadiq və etibarlı olacaqsınız?

Bu sual əslində ömrünüzün qalan hissəsini eyni adama həsr etmək istəyinizə bağlıdır. Əgər evlənəcəyiniz adama sadiq qala bilmirsinizsə, niyə evlənmək istəyirsiniz ki?

5. Eyni inancları bölüşürsünüzmü?

Eyni inancın paylaşılması ən uğurlu evliliklərin ayrılmaz hissəsidir. Bu, cütlüyün tamamilə fərqli şəkildə bir-birinə bağlanmasına imkan verir. Birlikdə inkişaf etməyə və bir-birlərinə kömək etməyə daha çox meyllidirlər.

6. Onun axtardığı adam olduğunuza inanırsınızmı?

Gələcək həyat yoldaşınızın standartlarına cavab vermirsinizsə, qərarınızı yenidən nəzərdən keçirmək lazımdır. Unutmayın, evlilik asan deyil, buna görə də sizi olduğunuz kimi qəbul edən və evləndikdən sonra dəyişməyinizi gözləməyən biri ilə birlikdə olmalısınız. Eyni şey onun üçün də keçərlidir.

7. Oxşar həyatı, ailəni, evlilik tərzini və məqsədlərini bölüşürsənmi?

Səyahətdən nifrət etdiyiniz halda, bundan ən çox zövq alan biri ilə evlənməyi düşünün. Sizcə xoşbəxt evliliyə sahib ola bilərsinizmi? Karyera planlarınızdan, quracağınız ailə nizamından və ya uzun müddətdə həyatdan gözləntilərinizdən xəbərdarsınızmı? Bəs onun? Şübhəsiz ki, bəzi fərqlər olacaq, amma bu fərqlər sizi zənginləşdirməlidir.

8. Hər ikiniz uşaq sahibi olmaq istəyirsinizmi?

Uşaq sahibi olmaq, evlənməzdən əvvəl mütləq sevgilinizlə danışmalı olduğunuz bir şeydir. Bir tərəfin uşaq istəməsi və digərinin istəməməsi evlilik kimi böyük bir qərara ən çox təsir edəcək amillərdən biridir.

9. Onun ehtiyaclarını öz ehtiyaclarınızdan üstün tuta bilərsinizmi?

Xüsusilə ilk illərdə evlilikdə hər şey qarşılıqlı olur. Tərəflər ehtiyac və istəklərinə uyğun olaraq birgə qərarlar qəbul etməlidir. Özünüzü buna hazır hiss edirsinizmi? Evlilik komanda işidir. Bunu əsla unutmayın.

10. Onunla fəxr edirsinizmi?

Sevgiliniz müvəffəqiyyət əldə etdikdə, yaxud hər hansı məqsədinə doğru irəlilədikdə, onunla qürur duymalısınız. Ondan danışanda bu qürur üzünüzə və sözlərinizə təsir edirmi?

11. Onun ailəsini qəbul etməyə hazırsınızmı?

Yalnız sevgilinizlə deyil, ailəsi ilə də evlənirsiniz. Bir çox ad günü, toy, bayram və s. birlikdə olacaqsınız. Bəzən hətta maddi cəhətdən onlara dəstək olmaq lazım ola bilər. Bunu həqiqətən etmək istəyirsən, yoxsa bu sənin üçün işgəncədir?

12. Maliyyə məsələlərindən danışa bilərsinizmi?

Maddi problemlər boşanmanın ən çox yayılmış səbəblərindən biridir. Bu səbəbdən evlənməzdən əvvəl mövzu ilə bağlı danışmağı unutmayın.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2447   Tarix: 15 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib

30 ildən çox düşmən əsarətində qalan torpaqlarımızda indi həyat yenidən canlanır. AZƏRTAC xəbər verir ki, bir vaxtlar 18 may tariximizə qara hərflərlə, yəni Laçının işğal günü kimi yazılmışdısa, artıq o günlər geridə qalıb. İndi mayın 18-də laçınlılar toylu-büsatlı günlərini doğma yurdlarında qeyd edirlər

19 may
.

Pomidorları soyuq su ilə sulamaq olarmı? – Bağbanlar bilməlidir

Bəzi bağbanlar pomidorlarını soyuq su ilə sulayırlar və sonra az məhsula isə təəccüblənirlər. xəbər verir ki, məsələ ilə bağlı aqronom Anastasiya Kovrizhnux danışıb. Onun sözlərinə görə, heç bir halda pomidorları suvarmaq üçün soyuq sudan istifadə edilməməlidir. Pomidor və digər tərəvəz bitkilərini suvarma

19 may
.

Mətbəxdə ən lazımsız 4 ləvazimat

Mütəxəssislər mətbəxdə ən lazımsız şeyləri açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, bu ləvazimatlar faydalı deyil. Ədviyyat şkafı. Çox vaxt görürük ki, bir çox ədviyyatlar toza çevrilir və dadını itirir. Təravətini itirmiş istənilən ədviyyatdan qurtulmağı və onları az miqdarda almağı məsləhə

12 may
.

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Son günlər sosial şəbəkələrdə zəhərli tarantulların satışı həyata keçirilir. Bəzi insanlar tərəfindən hobbi olaraq saxlanılan bu hörümçəklərin sancması ciddi ölüm riski yaradır. Ancaq buna baxmayaraq, yenə də bu həşəratlar maraqla qarşılanır, onları alıb evdə saxlayanlar və satışını həyata keçirənlə

19 may
.

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu ilə bağlı proqnoz təqdim ediblər. Tədqiqat "The Lancet" elmi jurnalında dərc olunub. Hesablamalara görə, 2022-2050-ci illər arasınd

18 may
.

Hamı bu toydan DANIŞIR - Qızıllar çamadanlarda daşındı

Türkiyənin Şanlıurfa şəhərində baş tutan aşirət toyunda gəlinə kilolarla qızıl verilib. IHA-ya istinadən xəbər verir ki, İzol aşirətindən olan iş adamı Mehmet Aydınlık və bankir Ayşegül Altuner evlənib. Məlumata görə, AK Partiya və CHP siyasətçilərini bir araya gətirən möhtəşəm toy gecə saatlarına qədə

18 may
.

Avrora Qrup "Açıq qapı" elan edir

"Avrora Qrup" müxtəlif vəzifələr üzrə işçi qəbuluna start verib. Şirkət yeni formalaşan və hazırda aktiv olan mütəxəssis və fəhlə katiqoriyaları üzrə 50-dən çox işçinin işə götürülməsini planlaşdırıb. Vakansiyalarımız:. * Maliyyə analitiki. * Proqram dəstək üzrə mütəxəssis. * It biznes analitik

18 may
.

Günəşdəki partlayışlar okeanların dərinliklərinə çatıb

Mayın 10-11-də Günəşdə baş verən güclü partlayışlar nəticəsində yaranan güclü geomaqnit qasırğası Yerin dəniz dərinliklərinə çatıb. Bu barədə Viktoriya Universitetində "Ocean Networks Canada" (ONC) layihəsinin kanadalı tədqiqatçıları məlumat veriblər. Kanadanın qərb və şərq sahillərində yerləşə

18 may
.

"Apple" şirkətini məcburiyyət qarşısında qoyan reklam çarxı - VİDEO

"Apple" şirkəti bu həftə yeni ultra nazik "iPad Pro" ilə birlikdə "Crush" reklamını təqdim edib. Ancaq video çıxdığı iki gündə çoxlu tənqidə məruz qalıb. "Apple" buna cavab olaraq videonun yersiz olduğunu etiraf edib və üzrxahlıq edib. "Crush" reklamınd

12 may