Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu.

Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvənd olunub-olunmaması sualı maraq doğurur. Axşam.az bununla bağlı bəzi məşhur müğənnilər və onların yaxınları arasında sorğu keçirib.

Xalq artisti Aygün Kazımovanın köməkçisi Ruslan Ağayev Axşam.az-a bildirib ki, müğənni vaksin olunmayıb. O, vaksin vurdurmağa hazırlaşdığı ərəfədə koronavirusa yoluxub. Hazırda xəstəlikdən sağalan Xalq artistinin vaksin üçün bir müddət gözləməsi lazımdır.

Xalq artisti Brilliant Dadaşova da bugünlərdə koronavirusa yoluxduğunu açıqlayıb. Müğənni peyvənd olunub-olunmaması haqda sualımızı isə cavabsız qoyub.

Əməkdar artist Könul Kərimova birinci dozanı vurdurduqdan sonra virusa yoluxduğunu deyib:

"Bakıda yox idim. Qayıdanda isə vaksinin ilk dozasını vurdurdum. Qısa vaxt keçdikdən sonra məclislərdən birində çox ağır formada yoluxdum. Artıq bir ay keçib, hələ də özümə gəlməmişəm. Evdəkilər də küçəyə çıxmağa qoymurlar. Həkimə yoxlanışa getdim, dedilər ki, səndə antitel yaranmayıb. Müalicələrim davam edir. Bir müddət sonra yenə antitelin yaranıb-yaranmadığını yoxlamağa gedəcəm. Hər kəsin orqanizmi fərqlidir. Hamı xəstəliyi bir cür keçirir".

Virusa yoluxduqdan sonra vəziyyəti ağırlaşan və xəstəxanaya yerləşdirilən Səyyad Əlizadənin kürəkəni Razim Qarayev deyib ki, müğənni birinci dozanı vurdurub.

Sentyabrın 14-də müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Yaqub Zurufçunun həyat yoldaşı Aynurə Zurufçu Axşam.az-a açıqlamasında deyib ki, ifaçı peyvənd olunub:

"Yaqub bəy mart və apreldə hər iki dozanı vurdurmuşdu".

İyulda 74 yaşında xəstəlikdən dünyasını dəyişən Xalq artisti Səməd Səmədova isə peyvəndin yalnız birinci dozası vurulubmuş. Bu haqda saytımıza onun yaxını, "Qismət" qrupunun solisti Tural Məmmədov məlumat verib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan və ad günü) keçirilməsinə icazə verilib. Amma bu zaman toy edəcək və məclisə qatılacaq şəxslər bəzi qaydalara əməl etməlidirlər. Bunlardan biri də peyvənd olunmaqdır. Belə ki, toya gedən şəxsin vaksin pasportu olmalıdır. Daxili İşlər Nazirliyinin (DIN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Axşam.az-ın sorğusunu cavablandırarkən həmçinin bildirmişdi ki, Covid-19 pasportu olmayan müğənninin toy aparmasına icazə yoxdur.

Ümumiyyətlə isə həm rəsmi orqanların, həm tibb mütəxəssislərinin yaydığı məlumatlarda qeyd olunur ki, peyvəndlər son dərəcədə təhlükəsizdir. Nadir hallarda əks təsirləri müşahidə oluna bilər. Covid-19 peyvəndi həm bizi, həm də başqalarını xəstəliklərdən qoruya və bir çox insanın həyatını xilas edə bilər. Peyvəndlər xəstəliklərin qarşısını almaq və ya daha yüngül gedişatına şərait yaradır. Peyvəndlərin verdiyi immunitetin faydaları və Covid-19 infeksiyasının ciddi riskləri qiymətləndirildikdə, qısa müddətdə peyvənd olunmaq ən düzgün qərardır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 5368   Tarix: 16 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

21 il sonra Avroviziya səhnəsinə çıxan Sertab Erener Bakıya gələcək - FOTO

21 ildən sonra Avroviziya səhnəsində fırtına qoparan məşhur müğənni Sertab Erener Bakını qonağı olacaq. xəbər verir ki, sənətçi payız aylarında paytaxtda sevənləri qarşısında çıxış edəcək. İfaçı illərdir hit olan və sevilən kompozisiyaları ilə azərbaycanlı fanatlarına unudulmaz gecə yaşadacaq. Xatırlada

11 may
.

EFİRDƏ GƏRGİN ANLAR: "Balaəli kimdir ki?…" - VİDEO

Müğənni Mətanət Əsədova qalmaqallı açıqlaması ilə diqqət çəkib. Sənətçini qonaq olduğu "YouTube"da yayımlanan "Mirinin dibçəyi" verilişində aparıcının verdiyi sual özündən çıxarıb. Söhbət əsnasında meyxanaçı Balaəli Maştağalının adının çəkilməsi müğənninin xoşuna gəlməyib. Mətanə

12 may
.

Xalq artistindən Şuşada canlı ifa - VİDEO

Xalq artisti Tünzalə Ağayeva "Xarı bülbül" festivalında iştirak edir. xəbər verir ki, pop ulduz Şuşanın gəzməli-görməli guşələrindən video paylaşıb. Ağayeva görüntülərdə Xalq şairi Səməd Vurğunun "Şuşa haqqında ballada" və şair Rəsul Rzanın "Şuşam mənim" şeirini sintez edərə

13 may
.

Ağakərimin ürəkdağlayan görüntüləri yayıldı - VİDEO

Ağır xəstəlikdən əziyyət çəkən ustad meyxanaçı Ağakərimin görüntüləri yayılıb. -ın əldə etdiyi kadrlardan da aydın görünür ki, illərdir yataq xəstəsi olan meyxana ustadının səhhəti heç də ürəkaçan vəziyyətdə deyil. Həmin kadrları təqdim edirik:

10 may
.

İbrahim Tatlıses sabah Bakıya gəlir

Türkiyəli məşhur müğənni İbrahim Tatlıses sabah Bakıya gəlir. -ın əldə etdiyi məlumata görə, tanınmış müğənni Bakı restoranlarının birində sevənlərinin qarşısında konsert proqramı ilə çıxış edəcək. Müğənni sevilən ifalarını səsləndirəcək

10 may
.

İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO

Türk sənət musiqisinin imperatoru İbrahim Tatlıses paytaxtdakı restoranlardan birində səhnə alıb. xəbər verir ki, "Xəzər axşamı" proqramına müsahibə verən müğənni Azərbaycanı və azərbaycanlıları çox sevdiyini bildirib. İfaçı əlil arabasında çəkilən görüntülərini isə birmənalı qarşılamadığın

14 may
.

Nəvai borca görə axtarışa verildi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov (Navai) axtarışa verilib. Axşam.az xəbər verir ki, buna səbəb Nəvainin "Scar Trading" MMC şirkətinin 2 milyon rubldan (təxminən 37 min manat) çox borcu olmasıdır. Bu haqda "Shot" teleqram kanalı məlumat yayıb. Bəkirov iki i

11 may
.

Əri "Toppuş bacı"nın saçını şüşə qabda saxlayır – FOTO

"İlk görüşümüz bulvarda oldu. Əlbəttə ki, çox həyəcanlı idim. Metrodan çox istifadə edən biri deyildim, stansiyaları tam olaraq tanımırdım. Gecə saat 10-da görüşəcəkdik. Amma mən metroda azıb qaldım, heç cürə çıxa bilmirdim. Saata baxdım ki, artıq 11-ə qalıb. Amma hələ də metroda idim. Birtəhə

12 may
.

Mətanət İsgəndərliyə ağır itki

Əməkdar artist Mətanət İsgəndərliyə ağır itki üz verib. "d.maqazin"ə istinadən xəbər verir ki, müğənninin qardaşı dünyasını dəyişib. Mərhum bu gün vəfat edib. Qeyd edək ki, sənətçi qardaşının uzun müddətdir dializ xəstəsi olduğunu açıqlamışdı

16 may