"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMASonxeber.az-ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub.

Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:

"Gecə 12-yə işləmiş isə yenə kəsirlər, gecə də su gəlmir. Nizami Rayon Sukanal İdarəsi telefonlara cavab vermir. "Azərsu"nun qaynar xəttindən isə deyilir ki, su ehtiyat anbarlarından verildiyinə görə azaldılıb.

Bakıda bizə su ancaq ehtiyat anbarından verilir? 2 il öncə su çənimizi gəlib yığışdırdılar ki, şəhərin gözəlliyini pozur. Amma belə gözəl şəhərdəki binanın evlərinin ayaqyolusu səhərdən axşama kimi susuz qalır, iyrənclik olur. Körpə uşaqlıyam, necə yaşayaq? Biz 9-cu mərtəbədə yaşayırıq, suyun təzyiqi o qədər aşağı verilir ki, veriləndə də "pyatiminutka" açmır, isti su olmur, paltaryuyan maşın suyu götürə bilmir".

Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.

Anar bəy problemi araşdırdıqdan sonra bildirdi ki, payıza doğru bu məsələ öz həllini tapacaq:

"Hazırda bu binanın qrafiki belədir: səhər 06:00-dan 12:00-a qədər nasoslarla su təzyiqlə vurulur. Daha sonra 12:00-dan axşam saat 18:00-a kimi su artıq öz axımı rejimində verilir. Axşam 18:00-dan, gecə 00:00-a kimi isə yenidən nasoslarla suyun vurulması təmin olunur. Gecə 00:00-dan isə yenidən öz axımı ilə verilir.

Amma payız rejiminə keçilməsi ilə əlaqədar artıq anbarlarda kifayət qədər su ehtiyatı yaranacaq, həmin ərazidəki gündüz və gecə saatlarındakı təzyiq məsələsi öz həllini tapacaq.

Yay aylarında biz anbar ehtiyatlarını toplayıb insanların daimi su tapması məqsədi ilə gündüz və gecə saatlarında bəzi ərazilərdə anbarlardan suyun verilişini azaldırıq və yaxud da tam kəsirik ki, anbar ehtiyatlarımız toplansın. Bu, ən çox iyun, iyul, avqust aylarında baş verir. Yayda tələbat kəskin artır, bu il isə, bildiyiniz kimi, çox isti keçdi. Amma artıq payıza doğru məsələ öz həllini tapacaq".

Aysel Səfərzadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1571   Tarix: 18 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saatlıq minimum əməkhaqqı NARAHATLIĞI: Azərbaycanda ehtiyac meyarı 400 manata QALDIRILIR? - AÇIQLAMA

Minimum əmək haqqı qanunla işçilərə verilə bilən ən aşağı maaşdır. Minimum əməkhaqqı alan şəxslər üçün bu məbləğin artırılması hər zaman maraq yaradır. Bu məbləğ qanunla müəyyən olunduğu üçün işəgötürənlər işçilərinə bu məbləğdən az maaş verə bilməzlər. Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimu

13 may
.

İcra hakimiyyəti məhkəməyə verildi - Vətəndaş narazılığı

Sumqayıt Şəhər İcra Hakimiyyəti məhkəməlik olub. xəbər verir ki, Şirinova Yaqut Xansuvar qızı icra orqanı ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edib. Hakim Vəfa Əzizovanın icraatında olan məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələ

13 may
.

Qarabağ Universitetinə qəbul planı təsdiqlənib, təhsil ödənişsiz olacaq

Qarabağ Universitetinə qəbul planı təsdiqlənib. report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir xatırladıb ki, sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur: "Universitetdə infrastrukturla bağlı işlər dava

13 may
.

II və III qrupu seçən abituriyentlərin DİQQƏTİNƏ: Bu ixtisaslara qəbul olmaq daha asandır

Abituriyentlərin üz-üzə qaldığı məsələlərdən biri də hansı ixtisas qrupunu seçsələr, daha rahat ali məktəbə qəbul oluna biləcəkləri ilə bağlıdır. Bəzən abituriyent ali məktəbə daha asan qəbul oluna biləcəkləri ixtisas qrupuna üz tuturlar. Bəs görəsən, II və II ixtisas qrupu üzrə abituriyentlərin dah

13 may
.

Murad Muradov VƏFAT ETDİ

Mayın 6-dan Quba Rayon Mərkəzi Xəstəxanasında insultdan müalicə alan və komada olan 38 yaşlı yazar Murad Muradov bu gün səhər 04:40 radələrində tibb müəssisəsində vəfat edib. Məlumatı Bizim.Media-ya TƏBİB-in Quba Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Əlyar Sərvərov təsdiqləyib. Qeyd edək ki, məclislərd

13 may
.

Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Miçotakis bazar ertəsi Ankara və Afinanın qarşıdakı dövrdə izləyəcəyi "yol xəritəsi"ni müəyyənləşdirəcək, ticarət dövriyyəsinin artım perspektivlərini, Qəzzadakı vəziyyəti müzakirə edəcəklər. "Report"un məlumatın

12 may
.

Sabah bu ərazilərdə qaz kəsiləcək

Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu, "Buzovna 101" QPM-dən qidalanan "Yuxarı Şağan" xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və 3 tənzimləyicinin hündürlüyə qaldırılması məqsədi ilə 14.05.2024-c

13 may
.

İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Təhminə Həsənovaya hökm oxunub. "Unikal"ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, təqsirləndirilən şəxs cəzasın

13 may
.

Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi

Goranboy Rayon Məhkəməsinin hakimi Tural Mehman oğlu Ələkbərov vəzifəsindən azad edilib. xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında"

13 may