"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloqİstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

"İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərindən asılıdır".

Bu sözləri Sonxeber.az-a açıqlama verən Dərya Tədris və Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Gülnar Orucova deyib.

O bildirib ki, insanlara ən yaxşı şeyləri vermək onları mənəvi cəhətdən inkişaf etdirmək demək deyil:

"Bətində olan körpəni ana necə hiss edirsə, körpə də onu elə hiss edir. Ona görə də uşaq olmağa hazırlaşan dövrdə həmişə müəyyən musiqilərin dinlənilməsini, kitabların oxunulmasını, kədərlənməməyi və.s. məsləhət görürlər. Bunlar edildiyi zaman dünyaya gələn uşaq da həmin vərdişlərə alışıq olur.

Bəzən ana telefonla çox oynadığı zaman görürük ki, 3 aylıq uşaq da telefonu valideynlərindən də çox sevir.

Bəzi valideynlər elə bilirlər ki, uşaq universitetə hazırlaşırsa, bütün gün dərs oxumalıdır. Belə olmaz: 3 saatdan çox oxunan dərs səmərəli olmur. Valideynlərin uşaqlara "mən müəllimə pul verirəm, səni hazırlaşdırıram, sən oxumalısan" kimi sözləri deməsi düzgün deyil. Valideyn düşünməlidir ki, həmin uşağa mənəvi rahatlıq, mənəvi inkişaf lazımdır.

Bu gün biz övladlarımıza bahalı telefon alaraq, restoranlara apararaq, onları inkişaf etdirmiş olduğumuzu düşünürük. Lakin bu, heç də belə deyil. Düzür, çox gəzən çox bilər, amma uşaqlarımızı da gəzdirdiyimiz yerlərə diqqət etməliyik.

İnsanları mənəvi cəhətdən inkişaf etdirmək istəyiriksə, uşaqlarımızı inkişaf etdirməliyik. Uşaqları muzey, teatr, qoruqlara, tarixi yerlərə aparmalıyıq. İnsanın mənəviyyatı bəzən onun adət-ənənələrinə dayanır. Övladlarımızı tərbiyə etmək üçün keçmişə dönməliyik. Çünki insanın mənəvi inkişafı onun kökünə dayanır. İnsanlara ən yaxşı maddi şeyləri vermək onları mənəvi cəhətdən inkişaf etdirmək demək deyil.

Bu gün xidmət səviyyələri "sıfır" olan 700-800 manatlıq bağçalar var. Burada uşaqlara "Montessori təlimi"ndən başqa heç nə öyrətmirlər. Bu təlimin əsasında isə odur ki, uşaq özü nələrisə kəşf edir. Halbuki uşaqların normal inkişafı varsa, bu şeyləri evdə də edə bilər. Ona görə də, bu gün vacib olan uşaqların əlindən planşeti, telefonu alıb, televizora müəyyən bir hədd qoyaraq faydalı alışqanlıqlar yaratmaqdır. Uşaqları mənəvi cəhətdən inkişaf etdirmək istəyən valideynlər öz köklərini, dəyərlərini yaxşı bilməlidir. Bunlar çox önəmlidir. Uşaqlar bütün gün dərs oxumaq məcburiyyətində deyillər. Müəyyən vaxtlar ayrılmalıdır ki, uşaq həmin vaxtlarda dərs oxusun, qalan zaman isə istirahət etməlidir".

Material Azərbaycan Respublikası

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - PsixoloqAytəkin Cəlali


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1171   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo"nun məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi Abel Məhərrəmov

13 may
.

Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO

Kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə əlavə ekspertiza rəyi açıqlanıb. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirlən Əfsanə Qalabəylini

14 may
.

Azərbaycanda həkim vəfat etdi - FOTO

Sumqayıt səhiyyəsinə ağır itki üz verib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunub ki, tanınmış həkim Riayət Hacıyev ötən gün uzunsürən xəstəlikdən sonra 68 yaşında dünyasını dəyişib. Riayət Hacıyev uzun illər 1 nömrəli Şəhər Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsind

14 may
.

"Trendyol Azərbaycan" daşıma qiymətlərini qaldırdı - Açıqlama

Türkiyənin nəhəng onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artdığını qeyd edirlər

14 may
.

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA

Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini, müalicələrin xeyrinin olmadığını qeyd edirlər. Bununla yanaşı bəzi məktəblərdə qulaqdibi xəstəliyi də yayılıb. Bəzi uşaqlarda qulaqdan boyuna qədər şişkinlik yaranıb. Bə

13 may
.

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Yemək bizi xoşbəxt edən əsas vasitələrdəndir. Bu, elmi cəhətdən də sübut olunub. Yaxşı bəs düzgün və qədərində yeməyi bacarırıq? Yoxsa israfa yol veririk? Xüsusən də restoranlarda yeyə biləcəyimizdən daha çox sifariş edəndə bu hal baş verə bilir. Bəzi restoranlarda müştəri qabağından qalan, əl toxunulmamı

14 may
.

Sabah bu ərazilərdə qaz kəsiləcək

Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu, "Buzovna 101" QPM-dən qidalanan "Yuxarı Şağan" xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və 3 tənzimləyicinin hündürlüyə qaldırılması məqsədi ilə 14.05.2024-c

13 may
.

Qabyuyan işlədiyi deyilən şəhid anası ilə bağlı - Rəsmi açıqlama

Vətən müharibəsi şəhidi Coşqun Orucovun anası Fərqanə Bağırovanın qabyuyan kimi çalışması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan informasiyada ananın Bakıdakı çay evlərindən birində işlədiyi bildirilir. Şəhid C.Orucovun anasının saat 12:00-00:00-də

14 may
.

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının adı dəyişdirilir

"Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar verilib. "Qafqazinfo" xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbayca

14 may