Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVABBəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova açıqlama verib.

O bildirib ki, bəzi xəbər portallarında ekologiya və təbii sərvətlər nazirinin xidməti avtomobilinin Sumqayıt istiqamətindən keçəndə yolların bağlanması barədə doğru olmayan xəbər paylaşılıb:

"Halbuki elə dərc olunan məlumatda da Daxili İşlər Nazirliyinin sözçüsü təkzib verərək belə halların baş vermədiyini və iddiaların tamamilə yanlış olduğunu bildirib.

Təəccüblüdür ki, olmayan hadisəni xəbərə çevirib, sonra elə həmin yazıda da rəsmi təkzibini vermək, diqqət çəkmək üçün şou xarakterli başlıq qoymaq, belə cəfəng, həqiqətə söykənməyən informasiyanı tirajlamaq cəmiyyətə və mediaya görəsən nə qazandırır? Belə xəbər, belə jurnalistika olurmu?

Məlumatın özündə nazirin adı olmadığı halda başlıqda necə bu adı hallandırmaq olar? Bu məlumatlar tamamilə uydurmadır, kimlərinsə açıq-açığına qarayaxma kampaniyasıdır".

"Bu cür absurd fikirlərin cəmiyyətə təqdim olunması qeyri-ciddi yanaşma və problemi səhv istiqamətə yönəltməkdən başqa bir şey deyil. Bu cür yalan məlumatları yayanlara deyəcək söz tapmıram", - deyə o qeyd edib./BAKU.WS


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1681   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

400 min manata məscid tikdirdiyi deyilən Əməkdar artist: "Məni dilə-dişə saldılar"

Əməkdar artist Yusif Mustafayev 400 min manata tikdirdiyi deyilən məscidlə bağlı yaranan məsələyə aydınlıq gətirib. Müğənni "Qaynarinfo"ya açıqlamasında bildirib ki, bu məsələ ətrafında deyilənlərin heç bir əsası yoxdur:. "Heç olmasa 2 milyon yazardılar. 3-4 ildir ki, orada iş gedir. Müğənn

14 may
.

Yağıntılı və soyuq hava BU TARİXƏDƏK davam edəcək - Faktiki hava

Mayın 14-ü saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur, şimşək çaxır, arabir yağış yağır. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qa

14 may
.

"COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyadakı nüfuzundan xəbər verir" - DEPUTAT

"Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyasına – COP29-a kimi mötəbər beynəlxalq tədbirə evsahibliyi etməsi qürurvericidir". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, Azərbaycanın COP29 üçün hazırlıq işlərin

14 may
.

Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb - FOTO

Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb. xəbər verir ki, bu barədə apa-ya Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən məlumat verilib. Məlumata görə, Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evində yaşayan Sənəm Həsənova ŞPİ-nin 3-cü PB-ə müraciət edərək bildiri

13 may
.

Səbail icra hakimiyyətinin şöbə müdiri parkda obyekt tikdirir – FOTO

Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov İlham Elxan oğlu Qafur Məmmədov adına parkdakı yaşıllıqları "qaralayıb". Bu barədə -a daxil olan məlumata görə, atası Elxan Məmmədovun icra başçısının sürücüsü işləməsindən istifad

14 may
.

Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ

"Yaxın günlərdə Xocalı şəhərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur". Bunu "Report"un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəye

13 may
.

Tələbəni öldürən həmyaşıdına hökm oxundu

İdman Akademiyasının tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Fateh Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, F.Məmmədov qəsdən adam öldürməkdə təqsirl

14 may
.

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo"nun məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi Abel Məhərrəmov

13 may
.

"CineMastercard"da "Cadı" filminin Qala gecəsi - FOTOLAR

"Dəniz Mall" TM-də yerləşən "CineMastercard" premium kinoteatrında "Cadı" Türk trillerinin Qala gecəsi keçirilib. Film məşhur türk yazıçısı Hüseyin Rahmi Gürpınarın eyniadlı əsəri əsasında çəkilib. Tədbirdə filmin rejissoru Erman Bostan, operator Şafak Ildız və baş rollar

13 may