"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçuVətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır.

Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliyə çağırılıb, 2021-ci iyulunda ehtiyata buraxılıb və Vətən müharibəsinə əsgər kimi qatılıb: "Füzuli, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm.

"Cəsur döyüşçü" və Füzuli, Qubadlı və Şuşa şəhərlərinin azad olunmasına görə medalları ilə təltif edilmişəm. Noyabrın 1-də Şuşada Daşaltı kəndində yaralanmışam. Mənə sağ aşıq baldır oynağında iç və diş topuqların qapalı yerdəyişən sınığı diaqnozu qoyulub. Ayaq barmaqlarım işləmir, dizimdə kontraktura var. İki dəfə Buzovna rayonu Reablitasiya Mərkəzində müalicə almışam.

Müdafiə Nazirliyi 65 B maddəsinə əsasən sənədlərimə hərbiyə yararsız, müharibə dövründə məhdud yararlı kimi qiymətləndirib. Noyabrdan bəri işsizəm. Yaralanmağıma görə hələ də mənə əlillik dərəcəsi təyin edilmir. Pensiya ala bilmirəm. Əlimdə əsa ilə gəzirəm. Heç kim məni işlə təmin etmir.
"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçuAvqustun 18-də Gəncə şəhəri 2 saylı poliklinikadan sənədlərimi nazirliyə göndərmişəm. 25 iş gündür ki, mənə nazirlik tərəfindən cavab gəlməyib. Yaralanıb gələndən sonra heç kim gəlib qapımı döyməyib. Anam yataq xəstəsidir, bu halımla ona da qulluq edirəm".

T. Rzayev sözügedən sənədlərin surətlərini redaksiyamıza da təqdim edib.

"Qafqazinfo" T. Rzayevin müraciəti ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanova müraciət edib. O bildirib ki, 25.02.2021-ci il tarixində Gəncə şəhər sakini, Rzayev Talıb Bəxtiyar oğlunun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli TSEK-i tərəfindən əlillik vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə əyani müayinəsi həyata keçirilib: "Qazinin obyektiv müayinəsi zamanı mövcud vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub. Lakin Talıb Rzayevin hazırkı vəziyyəti və müraciəti nəzərə alınaraq o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yenidən qısa müddət ərzində əyani müayinəyə cəlb ediləcək. Bundan sonra qazinin əlillik vəziyyəti ilə bağlı müvafiq qərar veriləcək".
"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 967   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO

Kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə əlavə ekspertiza rəyi açıqlanıb. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirlən Əfsanə Qalabəylini

14 may
.

Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq

Şair Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib, sabah əməliyyat olunacaq. Bu barədə APA-ya şair özü məlumat verib. Onun sözlərinə görə, bir neçə gün öncə yenidən müayinə edilib:. "Buna qədər belə hesab edilirdi ki, əməliyyat risklidir. Kimyəvi terapiya müalicəsi daha məqsədəuyğun hesab edilmişdi

14 may
.

Qeyri-sabit, yağıntılı hava şəraiti bu tarixədək davam edəcək

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir. xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur

14 may
.

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintisinə icazə verilən 1 mərtəbəli fərdi yaşayış evinin Reyesterdə qeydiyyata alınma tarixini səhv yazıb. xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyəti vətəndaşa Abşeron rayonun Digah qəsəbəsi ərazisində 1 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icaz

14 may
.

Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb

Aparılmış təhlillər əsasında Xankəndi şəhərinin nəqliyyat planının layihəsi hazırlanıb. "Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmı

14 may
.

400 min manata məscid tikdirdiyi deyilən Əməkdar artist: "Məni dilə-dişə saldılar"

Əməkdar artist Yusif Mustafayev 400 min manata tikdirdiyi deyilən məscidlə bağlı yaranan məsələyə aydınlıq gətirib. Müğənni "Qaynarinfo"ya açıqlamasında bildirib ki, bu məsələ ətrafında deyilənlərin heç bir əsası yoxdur:. "Heç olmasa 2 milyon yazardılar. 3-4 ildir ki, orada iş gedir. Müğənn

14 may
.

Sevgilisi onu hoteldən atmışdı - Ayrılmaq istəmədiyini dedi

Ötən ilin fevralında Bakıda yerləşən hoteldə qeyri-rəsmi münasibətdə yaşadığı qadını pəncərədən atan 1995-ci il təvəllüdlü Şükür Qənbərova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, sevgilisi Aysel Həsənovanı (şərti) Nəsimi rayonu ərazisindəki "Af Hotel"in 6-cı mərtəbəsindən atan şəx

14 may
.

Tələbəni öldürən həmyaşıdına hökm oxundu

İdman Akademiyasının tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Fateh Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, F.Məmmədov qəsdən adam öldürməkdə təqsirl

14 may
.

Sabah yenə yağış yağacaq

Mayın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gec

14 may