Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib.

"Nəzərə almaq lazımdır ki, telefonların zərərləri hələ tam öyrənilməyib. Telefon və qacetləri nə qucaqlayıb, nə də yastığın altına qoyub yatmaq olar. Başınızdan bir metr, ən azı yarım metr uzaq saxlamaq daha yaxşıdır. Bu, ən təhlükəsiz məsafədir", - ekspert "Sputnik" radiosuna müsahibəsində qeyd edib.

Yastrebçev cihazı başdan uzaq məsafədə tutmaq üçün simsiz qulaqcıq istifadə etməyi məsləhət görüb. Ekoloq əlavə edib ki, qulaqcıq da insanı şüalandırır, amma təsiri telefonla müqayisədə zəifdir.

O, kardiostimulyatoru olan insanlara telefonu çox yaxın tutmamağı tövsiyə edir, əks halda qacet elektromaqnit müdaxiləsi yaratmağa başlayacaq. Ekspert xəbərdarlıq edib ki, şəbəkə zəifləməyə başlayanda smartfondan gələn radiasiya artır:

"Rabitə baza stansiyası uzaqda olarsa, məsələn, bir kənddə, bağçada, telefon baza stansiyası ilə əlaqə qurmaq üçün çox enerji sərf edir və o zaman radiasiya artır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1178   Tarix: 18 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ

"Bu gün məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatımız var". -a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, bu gün ölkə üzrə təhsil müəssisələrinin ru

15 may
.

Sumqayıtda Uşaq İncəsənət məktəbində 188 min manatlıq mənimsəmə - Cinayət işi başlandı

Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğu məlmat yayıb. Məlumata görə, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbində yol verilə

15 may
.

Azərbaycanda yüksəkvəzifəli şəxs işdən azad edildi

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov vəzifəsindən azad edilib. "Qafqazinfo"nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb. Məlumata görə, hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, V.Hüseyno

14 may
.

Azərbaycanda tələbə qız vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının tələbəsi Könül Ramin qızı Ağayeva vəfat edib. xəbər verir ki, bu barədə ADPU məlumat yayıb. Qeyd olunub ki, o, universitetin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası"nın 4-cü tədris ilinin tələbəsi olub

15 may
.

"Unibank" borcu olanları təhqir edir

"Unibank"ın əməkdaşları banka kredit borcu və ya gecikməsi olan şəxslərlə hədə-qorxu dilində danışır. Bu problemlə bank müştərisi olan İlkin İsmayılov üzləşib. xəbər verir ki, banka olan borcunu bir neçə aydın döəyə bilməyən və bu barədə də bankı məlumatlandıran İ.İsmayılova bankın Fərid adl

15 may
.

Azyaşlı bacı-qardaş dəm qazından zəhərləndi, biri öldü

Ağcabədi rayonunun Boyat kəndində dəm qazından zəhərlənən iki azyaşlıdan biri ölüb, digərinin vəziyyəti ağırdır. report-a istinadən xəbər verir ki, Boyat kənd sakinləri Emil Emin oğlu Hümbətov və Filiz Emin qızı Hümbətova dəm qazından zəhərləniblər. Məlumata əsasən, zəhərlənmə nəticəsində E.Hümbəto

15 may
.

"Aparıcıların IQ-sü yoxdur"

Əməkdar artist Bəhram Bağırzadə aparıcılarla bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Künc-bucaq" yutub layihəsində deyib. O, aparıcıları savadsız adlandırıb: . "Aparıcılar məni qane etmir. Aytən Səfərova danışdı, tənqid etdi. Deyir ki, aparıcıların günah

15 may
.

İsi Mustafayev bədbəxt hadisə barədə məlumat verməməkdə ittiham olunur

"Azərpoçt" MMC-nin İdarə Heyətinin sədr vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev cərimələnib. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti İsi Mustafayevə İnzibati Xətalar Məcəlləsinin 55.1-ci maddəsi ilə cərimə yazıb

15 may
.

Azərbaycanlı gənc Rusiyada qəzada həlak oldu - ANBAAN VİDEO

Azərbaycanlı gənc Rusiyada yol-nəqliyyat hadisəsində ölüb. -ın məlumatına görə, Zaqatalanın Yuxarı Tala kənd sakini, 27 yaşlı Kənan Bəhram oğlu Mehdiyev Rusiyada qəzaya düşüb. Nəticədə, aldığı xəsarətdən hadisə yerində həlak olub. Mərhumun nəşi bu gün Azərbaycana gətirilərək doğulduğu Zaqatala rayonund

14 may