Aytən Kərimovaya 7 il həbs istənildi

Aytən Kərimovaya 7 il həbs istənildiAzərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

O, A.Kərimovanın külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirli bilinməsini, 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Kərimovanın vəkilinə müdafiə çıxışına hazırlanması üçün vaxt verilib.

Əvvəlki prosesdə prokuror xanım müttəhimə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə verilmiş ittihamdan imtina etmişdi.

Qeyd edək ki, A.Kərimova 2019-cu ildən 2023-cü ilə kimi sözügedən teatrın mühasibi işləyib. Cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Kərimova işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Onun fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Müəyyən edilib ki, təqsirləndirilən şəxsin qanunsuz əməli nəticəsində dövlətə 327 min manat ziyan dəyib. Həmin ziyanın 27 min manatı ödənilib.

İstintaqla A.Kərimovaya mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 939   Tarix: 15 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mirdaməd Əzizovun işi məhkəmədə: Özünü general kimi təqdim edərək...

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) adından dələduzluq etməkdə təqsiləndirilən Mirdaməd Əzizovun cinayət işi ilə bağlı ibtidai istintaq yekunlaşıb. "Qaynarinfo"nun əldə etdiyi məlumata görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İyunun 26-na iş üzrə məhkəmə hazırlı

14 may
.

Keçmiş arvadı və onun sevgilisi ilə bir evdə yaşayan kişi qatil oldu - VİDEO

Keçmiş arvadı və onun sevgilisi ilə eyni evdə yaşayan kişi qatil oldu. Şaiqlə Rəna (Adlar şərtidir) ailə həyatı qurduqdan iki il sonra aralarındakı məişət mübahisələri səbəbindən boşanıblar. Onlar rəsmi olaraq ayrılsalar da, bir evdə yaşayırdılar. Nikah müddətində şəxsi pulla aldıqları əmlakı bölüşdürmə

12 may
.

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər. yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. Sərnişinlər Zina Mareseva küçəsində 1

27 aprel
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

3 may
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23 aprel
.

Azərbaycanda məktəblinin mübahisədən sonra ölməsi ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + VİDEO

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb. Bu barədə "Qafqazinfo"ya İdarədən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığ

7 may
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

3 may
.

"Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim"

Məlum olduğu kimi, ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən 24 yaşlı Azay Qaraşova 1 ay əvvəl 10 il həbs cəzası verildi. Lakin hadisənin dəqiq necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də məhkəmə dövründə məlumat yayılmasına imkan verildi. İş

2 may
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel