ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdiAzərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) "İmprotex İndustries" MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərinin satın alınması üçün "İmprotex İndustries" MMC-yə 19 milyon 629 min 520 manat ödəyəcək.
Qeyd edək ki, "İmprotex İndustries" MMC 1 iyul 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Həzi Aslanov, ev 115, m. 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Mühəmməd Fərid Azər oğludur.
Məlumat üçün bildirək ki, ANAMA-dan 20 milyon manatlıq sifariş alan şirkət Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.

Sabiq nazir işğaldan azad olunan ərazilərdə yaradılan "Araz Vadisi İqtisadi Zonası"nda xüsusi təyinatlı texnika və metal məmulatları istehsal edən müəssisə açıb. Həmin müəsssiədə mexaniki minatəmizləyənlərin də hazırlandığı bildirilib.

Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
"Dövlət satınalmaları haqqında" Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, minatəmizləmə texnikasının satın alınması məxfi məlumat hesab oluna bilməz. Hətta ötən ilin oktyabr ayında mətbuatda "İmprotex İndustries" MMC-nin ANAMA-ya 4 ədəd "Revival P" mexaniki minatəmizləmə maşını təhvil verdiyi barədə məlumat yayılıb. Bu səbəbdən də, ANAMA-nın satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 296   Tarix: 23 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəngəzur dəhlizinin inşası artıq BAŞLAYIB? - İlin sonuna kimi AÇILIR? - ŞƏRH

Erməni politoloq Artur Xaçikyan Zəngəzur dəhlizi ilə bağlı bir sıra fikirlər səsləndirilib. O deyib ki, Qazaxın 4 kəndinin qaytarılmasından sonra, Vardenisdən (Basarkeçər) 10, Sünikdən (Zəngəzur) isə 8 kəndin Azərbaycana təhvil veriləcəyi barədə məlumatlar yayılır. Onun sözlərinə görə, Zəngəzur dəhliz

3 may
.

Yalnız qız övladları olan valideynlər 55 yaşında pensiyaya çıxa bilərmi? - AÇIQLAMA

Bildiyimiz kimi, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. Bu "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Lakin bel

3 may
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

3 may
.

Nazirlik "Hyundai"nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Hyundai" markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru "Auto Azərbaycan" MMC barəsində araşdırmaya başlayıb. xəbər verir ki, Dövlət Xidməti "Haqsız rəqabət haqqında" Qanunu

3 may
.

Braziliyada şəhərlər sel suları altında qaldı, onlarla insan həyatını itirdi

Braziliyanın Uruqvayla sərhədində yerləşən Rio-Qrandi-du-Sul ştatında daşqınlar nəticəsində azı 29 nəfər ölüb, 60 nəfər itkin düşüb. Bildirilib ki, ştat ərazisində yerləşən 150-dən çox şəhər təbii fəlakətdən zərər çəkib. Azı 10 min insan evini tərk etmək məcburiyyətində qalıb. 500 mindən çox ev su infrastrukturunu

3 may
.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

3 may
.

Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? (VİDEO)

Yeni qaydaların qəbulundan sonra taksi xidməti göstərən sahibkarların qaz balonu ilə işləyən avtomobillərə üstünlük verdikləri deyilir. Səbəb kimi isə mavi yanacağın daha sərfəli olması göstərilir. Bəs belə nəqliyyat vasitələri taksi sürücülərinin özləri üçün də əlverişlidirmi?. Çünki, fikirlərini öyrəndiyimi

3 may
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

3 may
.

Bakı həbsxanasında ÖLÜM

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Mirəli Bəşirov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

3 may