Bakı-Quba yolunda "Shacman"ın körpüyə çırpılması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

Bakı-Quba yolunda "Shacman"ın körpüyə çırpılması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO"Bakı-Quba yolunda baş verən qəzada xəsarət alan yoxdur".

Bununla bağlı, Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məlumat verib.

Məlumatda qeyd olunur ki, hadisə Bakı-Quba yolunun 46-cı kilometrdə qeydə alınıb:

"Sürücü Həsən Muxtar oğlu Həziyevin idarə etdiyi 10-ZF-699 dövlət nömrə nişanlı "Shachman" markalı nəqliyyat vasitəsi körpüyə çırpılıb və üst hissəsi (kabinə) yerindən çıxıb. Hadisə yük maşınında yaranan nasazlıq səbəbindən baş verib. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilməsinə baxmayaraq, bəzi sürücülərin hələ də nəqliyyat vasitələrini nasaz vəziyyətdə idarə etməsinin və nəticədə bu cür arzuolunmaz hadisələrin baş verməsinin şahidi oluruq.

Bir daha bildirmək istəyirik ki, yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər yükdaşıma qaydalarına əsasən apardıqları yükün xüsusi şəkildə qablaşdırılmasına xüsusi diqqət göstərməli və nəqliyyat vasitələrini tam saz formada idarə etməlidirlər ki, sonda bu cür hadisələr baş verməsin".

09:00
Bakı-Quba yolunun Yaşma qəsəbəsindən keçən hissəsində "Shacman" markalı yük maşını qəza törədib.

Oxu.Az xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayımlanıb.

Qəza zamanı yük maşını körpüyə çırpılıb. Hadisəyə səbəb kimi sürücünün maşını yük yeri yuxarı vəziyyətdə idarə etməsi göstərilir.

Qəza nəticəsində körpüyə və yük avtomobilinə ciddi ziyan dəyib.
Videonu təqdim edirik:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 501   Tarix: 25 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakının bir yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa olunaraq, əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib

4 may
.

Siqaret çəkən zaman saçları yanan qadın faciəvi şəkildə ÖLDÜ

ABŞ-də hər kəsi şoka salan hadisə baş verib. xarici mənbəyə istinadən xəbər verir ki, 46 yaşlı Treysi Enn Qardiner mətbəxdə siqaret çəkərkən parikini yandırıb. O, nə edəcəyini bilmədiyi üçün əvvəlcə yataq otağına doğru qaçıb. Çarpayısına və paltarına sintetik saç parçaları düşməsi nəticəsində evdə yanğı

4 may
.

Bakının parksız QƏSƏBƏSİ: Bakıda zibil qablarını magistral yolun ortasına kim yerləşdirib? - VİDEO

Bura Binə qəsəbəsidir. Böyüklər müəyyən qədər mövcud vəziyyətlə barışıblar. Amma onu uşaqlara izah etmək bir az çətin məsələdir. Söhbət bu boyda ərazisi olan Binədə heç bir parkın və istirahət yerinin olmamasından gedir. Həmin qəsəbənin dərdi bununla bitmir. Burada su, yol və kanalizasiya problemlər

2 may
.

Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar: Qurum məsələyə qarışdı - VİDEO

Qazaxda tarixi abidənin üzərində restoran tikilir. Rayonun Xanlıqlar kəndindəki 6-7-ci əsrlərə aid ölkə əhəmiyyətli Didivan qülləsinin ərazisindəki tikinti işi sakinlərin narazılığına səbəb olub. Məlum olub ki, tikili yaxınlıqda fəaliyyət göstərən başqa bir restoranın sahibinə məxsusdur. Sahibkar əllərind

3 may
.

Övladının gözü qarşısında bıçaqlanan Vətən müharibəsi iştirakçısının GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + VİDEO

Bu gün Abşeron rayonunun Masazır qəsəbəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub. Belə ki, "Bağçalı" yaşayış massivində 33 yaşlı Orxan İmanov həmyaşıdı, Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb. Məlumata görə, hadisəni törədən şəxs İkinci Qarabağ müharibəs

3 may
.

Bayquşunu banka girov qoymaq istədi, əlindən aldılar

Cənubi Afrikanın Xautenq əyalətində bank hesabı açmaq istəyən şəxs bayquşunu girov kimi istifadə etmək istəyib. xəbər verir ki, "Times Live" saytının məlumatına görə, Vestonaria rayonundakı bank filialında hesab açmaq istəyən şəxsin bu tələbi işçiləri təəccübləndirib. Onlar müştərinin tələbin

2 may
.

Bakıda azyaşlı ölümdən son anda xilas oldu - ANBAAN VİDEO

Bakıda azyaşlı özünü maşının altına atıb. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb. Bildirilib ki, sözügedən hadisə metronun "İnşaatçılar" stansiyası yaxınlığında baş verib. Belə ki, yolu keçmək istəyən azyaşlı son anda xilas olub. Həmin görüntüləri təqdim edirik:

3 may
.

Makron 76 yaşlı kişidən qorxdu: Qoca azadlıqdan məhrum edildi

Fransada məhkəmə Fransa Prezidenti Emmanuel Makron və onun həyat yoldaşı Briciti hədələdiyi üçün 76 yaşlı ölkə sakinini 6 ay müddətinə azadlıqdan məhrum edib. Həbsə səbəb kişinin şəhər mərkəzindən sosial işçiyə göndərdiyi məktub olub. Bu məktubda o, prezidentin və həyat yoldaşının boğazını kəsməyə çağırıb

2 may
.

Bakıda bu məkana gələnlər "Çort Poberi" DEYİR - VİDEO

"Briliant turlar"ı 1968-ci ildə Bakı İçərişəhərdə əsası qoyulub. Məşhur rus rejissoru Leonid Qayda belə qərara gəlib ki, öz ssenarisini Bakıda çəksin. Burada filmin baş qəhrəmanı Semyon Semyonoviç ayağı sürüşərək o məşhur ifadəni səsləndirib: "Çort Poberi". Filmin üzərindən 36 i

3 may