Xocalıda 6 nəfərə aid olduğu ehtimal edilən sümüklər tapıldı - Foto

Xocalıda 6 nəfərə aid olduğu ehtimal edilən sümüklər tapıldı - Fotoİşğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insan qalıqları aşkarlanıb.

"Qafqazinfo" xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasının İşçi qrupu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, ANAMA və Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitunun peşəkar mütəxəssis heyəti dərhal əraziyə ezam edilib.

İlkin araşdırma zamanı məlum olub ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış "Məhəllə" adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları tapılıb.

Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkarlanıb.

Hazırda ərazidə olan insan qalıqlarının tam aşkar edilməsi istiqamətində işlər davam etdirilməklə, sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, onların torpaqda qalma müddətinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə baxış davam etdirilir, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 746   Tarix: 25 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə necə təsir edir?

ABŞ alimləri tərəfindən aparılan bir araşdırmada, xəstələrin sağ qalması və remissiyasına həkimin cinsinin danılmaz təsiri olub. Nəticələrə görə, qadın həkimləri olan xəstələrdə sağ qalma və remissiya nisbətləri kişi həkimlərin müalicə etdiyi xəstələrə nisbətən daha yüksək olub. xarici KİV-ə istinadə

2 may
.

Ata 6 yaşlı oğlunu qaçmağa məcbur edərək ÖLÜMÜNƏ SƏBƏB OLDU - VİDEO

ABŞ-ın Nyu Cersi ştatında 6 yaşlı uşağın ölümü ilə bağlı dəhşətli görüntülər ortaya çıxıb. xarici mənbəyə istinadən xəbər verir ki, atası ilə Nyu-Cersidə idman zalına gedən 6 yaşlı uşağın bədənində müxtəlif dərəcəli bədən qançırları və göuyərmələr müşahidə edilib. Sosial işçilər uşağın həkimə aparılmasın

3 may
.

Bakıda azyaşlı ölümdən son anda xilas oldu - ANBAAN VİDEO

Bakıda azyaşlı özünü maşının altına atıb. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb. Bildirilib ki, sözügedən hadisə metronun "İnşaatçılar" stansiyası yaxınlığında baş verib. Belə ki, yolu keçmək istəyən azyaşlı son anda xilas olub. Həmin görüntüləri təqdim edirik:

3 may
.

Bakının bir yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa olunaraq, əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib

4 may
.

İlham Əliyevin ölkə liderlərinə ünvanladığı məktublar BMT-dəki daimi nümayəndələrə çatdırılıb - FOTO

Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkə liderlərinə ünvanladığı COP29-a dəvət məktubları dünya təşkilatındakı həmkarlarına çatdırıb. Bu barədə Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin mətbuat xidməti bildirib. "COP29-

4 may
.

Bakının parksız QƏSƏBƏSİ: Bakıda zibil qablarını magistral yolun ortasına kim yerləşdirib? - VİDEO

Bura Binə qəsəbəsidir. Böyüklər müəyyən qədər mövcud vəziyyətlə barışıblar. Amma onu uşaqlara izah etmək bir az çətin məsələdir. Söhbət bu boyda ərazisi olan Binədə heç bir parkın və istirahət yerinin olmamasından gedir. Həmin qəsəbənin dərdi bununla bitmir. Burada su, yol və kanalizasiya problemlər

2 may
.

Siqaret çəkən zaman saçları yanan qadın faciəvi şəkildə ÖLDÜ

ABŞ-də hər kəsi şoka salan hadisə baş verib. xarici mənbəyə istinadən xəbər verir ki, 46 yaşlı Treysi Enn Qardiner mətbəxdə siqaret çəkərkən parikini yandırıb. O, nə edəcəyini bilmədiyi üçün əvvəlcə yataq otağına doğru qaçıb. Çarpayısına və paltarına sintetik saç parçaları düşməsi nəticəsində evdə yanğı

4 may
.

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

ABŞ-nin Los-Anceles şəhərində mağazanın dayanacağında adamyeyən görüntülənib. 29 yaşlı evsiz Kolin Çex ərzaq mağazasının dayanacağında tanımadığı şəxsə hücum edib. O, kişinin başını asfalta çırpmağa başlayıb, sonra isə əyilib onun üzünü yeməyə başlayıb. Hadisənin şahidləri polisə müraciət ediblər. Poli

3 may
.

Rusiya - Ukrayna müharibəsi bu halda BİTƏ BİLƏR - ŞƏRH

Uzun müddətdir Rusya-Ukrayna müharibəsi davam edir. Bu ilin fevralından artıq sözügedən müharibənin iki ili tamam olub. Gedən proseslər onu deməyə əsas verir ki, hər iki tərəf arasında sülh müqaviləsinin imzalanması üçün bir zəmin görünmür. Kiyev administrasiyası beynəlxalq səviyyədə tanınmış sərhədləri

3 may