Ermənistan qarışdı, böyük son hazırlanır – "Sərhəddə təxribatlar ola bilər"

Ermənistan qarışdı, böyük son hazırlanır – "Sərhəddə təxribatlar ola bilər"Son günlər Ermənistanda başlayan aksiyalar, etirazçıların strateji yolları bağlaması və polislə vətəndaşlar arasında yaşanan gərginlik İrəvanda yeni inqilab ehtimalını gündəmə gətirib.

Bu etirazların böyüməsi Nikol Paşinyanın devrilməsinə səbəb ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, hazırda baş verən aksiyaların ciddi nəticəsi olmayacaq:

"Ermənistanda 2020-ci ildən bu tərəfə daha böyük aksiyalar olub. Öyrədilmiş bir qrup şəxsin müəyyən istiqamətlərdə yolu bağlaması nəticəsiz qalacaq. Əvvəldən Nikol Paşinyanı devirmək istəyirlər. Xüsusən də maraqları təmin edilməyən ölkələr buna çalışır.

Hərbi ekspertin sözlərinə görə, delimitasiya və demarkasiya prosesi bundan sonra da davam etdiriləcək:

"Proseslərə təsir göstərə biləcək təxribatların olması da istisna deyil. Lakin hazırda Ermənistanda baş verən aksiyaların delimitasiya və demarkasiyaya problem yaradacağını düşünmürəm. Ermənistan parlamentinin spikeri Alen Simonyan rəsmi İrəvanın Azərbaycanla iqtisadi əlaqələri normallaşdırmaq, rəsmi Bakıdan qaz alışını təmin etmək istədiyini bildirib".

Üzeyir Cəfərov Ermənistan Baş naziri Nikol Paşinyanın yaxın zamanda devriləcəyini düşünmür:

"O öz yolunu tutub və bu istiqamətdə fəaliyyət göstərir. Bu günə qədər Ermənistan rəhbərliyi arasında real düşünüb addım atan yeganə şəxs Paşinyandır. Onun hazırda devrilməsinin əleyhinəyəm. Türkiyə ilə bağlı da müsbət fikirləri var. Hətta Zəngəzur dəhlizi ilə əlaqədar da addımların atılması gözləniləndir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 629   Tarix: 26 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəngəzurda sensasion olaylar: ruslar çıxdı, ardınca isə… – Gözlənilməz addım

Ermənistanın Sünik (Zəngəzur – red.) vilayətində son günlər cərəyan edən sensasion proseslər mühüm önəm kəsb edir. Rusiya sərhədçilərinin razılaşmaya əsasən Zəngəzurdakı postlardan çıxması fonunda Ermənistanın sözügedən istiqamətdə yeni gömrük məntəqəsi inşa etməsi xəbəri dəhliz məsələsində yeni gəlişmələri

13 may
.

Mayın sonuna qədər Şuşaya neçə nəfər qayıdacaq? - RƏSMİ

"Bu gün şuşalıların xoşbəxt günüdür, sevincli günüdür". Bunu -a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva deyib. O qeyd edib ki, bu artıq ikinci yolasalma mərasimidir:. "May ayının sonu, iyun ayının əvvəllərinə qədər Şuşaya 370 ailənin, 1 450 nəfəri

14 may
.

"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam"

tanınmış radio və televiziya aparıcısı Yusif Ağayevin rəqs görüntülərini əldə edib. Maraqlısı burasındadır ki, 66 yaşı tamam olan Yusif Ağayev rəqsi ilə gənclərə meydan oxuyub. Saytımıza açıqlama verən məşhur rəqsini belə şərh edib. "Mən peşəkar rəqqas deyiləm. Amma gənc və yeniyetmə yaşlarımda

13 may
.

Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO

İki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işinin ilk məhkəmə baxış iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror Eldar Həmzə ittiham aktını elan edib. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəx

14 may
.

Putin Şoyqunu YOLA SALDI: Müdafiə naziri postuna onun namizədliyini irəli sürdü

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri postuna Andrey Belousovun namizədliyini irəli sürüb. xəbər verir ki, bu barədə Federasiya Şurasının "Telegram" kanalında məlumat verilib. Əvvəlki hökumətdə Belousov baş nazirin birinci müavini vəzifəsində çalışırdı. Qeyd edək ki, prezident seçkilərində

13 may
.

Azərbaycanda kimlər müdafiə sahəsinə rəhbərlik edə BİLMƏZ? - AÇIQLAMA

Bildiyimiz kimi, Vladimir Putin Sergey Şoyqunun yerinə yeni müdafiə nazirinin təyin edilməsini təklif edib. Şoyqunun yerinə vəzifəyə gələn şəxsin isə mülki şəxs olduğu bildirilir. Azərbaycanda isə vəziyyət fərqlidir. Müdafiə sənayesinə rəhbərlik edən şəxslərə diqqət yetirsək, əsasən hərbi müküləfiyyətl

14 may
.

Ermənistanda vətəndaş itaətsizliyi aksiyası yenidən alovlandı: Saxlanılanlar var - YEBİLƏNİB + VİDEO

Ermənistan polisi baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəallarını saxlamağa başlayıb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Hələlik qeyri-rəsmi informasiyaya görə, bu gün saxlanılanların sayı 50 nəfərə yaxındır. 09:26. Bu gün səhər saatlarından etibarən Ermənistanda vətənda

14 may
.

Paşinyana qarşı çıxarılmış Baqrat Qalstanyan kimdir? – Rusiyaya işləyən "kanadalı casus"

İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan əleyhdarlarının keçirdiyi aksiyalar davam edir. Kilsənin təşviqi ilə keçirilən mitinqlər son 2 gündə daha genişmiqyaslı xarakter almağa başlayıb. Etirazçıların başında isə Tavuş arxiyepiskopu Baqrat Qalstanyan dayanır. - Bəs Baqrat kimdir? Onun haqqınd

14 may
.

Ermənistanda vətəndaş itaətsizliyi: Paşinyan Azərbaycanla danışıqları DAYANDIRIR? - ŞƏRH

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Ermənistanda vətəndaş itaətsizliyi aksiyası başlayıb. Aksiya "Vətən üçün Tavuş" hərəkatına dəstək məqsədilə həyata keçirilir. Təkcə ötən gün keçirilən aksiyada 150-dən çox etirazçı saxlanılıb. Hələlik qeyri-rəsmi informasiyaya görə

14 may