Müştərilər "AFB Bank"dan pullarını geri götürür – Bank zərərlə işləyir

Müştərilər "AFB Bank"dan pullarını geri götürür – Bank zərərlə işləyirXəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən 23 bankdan 19-u 2024-cü ilin 1-cü rübü üçün maliyyə hesabatını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, maliyyə hesabatını açıqlayan banklar arasında yalnız "AFB Bank" zərər edib.

Səhmlərinin 99,6%-i fiziki şəxs İsmayılov Hikmət Əbuzər oğluna məxsus olan "AFB Bank" rüb ərzində 458 min manat zərər edib.

Bankın açıqladığı hesabatda həmçinin göstərilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk rübündə fiziki şəxslərin bankdakı depozitləri 26% və ya 19,1 milyon manat, hüquqi şəxslərin bankdakı depozitləri isə 19% və ya 18,1 milyon manat azalıb.

Məlumat üçün bildirək ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb. Bankın əsas səhmdarı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan "Gilan Holdinq"ə məxsus olub. Daha sonra Bankın səhmlərinin 99,64 %-i Hikmət Əbuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı) satılıb.

Onu da bildirək ki, mətbuatda "AFB Bank" ASC-nin yeni səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bu günə kimi təkzib olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 345   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Trendyol Azərbaycan" daşıma qiymətlərini qaldırdı - Açıqlama

Türkiyənin nəhəng onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artdığını qeyd edirlər

14 may
.

Minimum əməkhaqqı nə qədər arta bilər?

Minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə, son 5 ildə minimum əməkhaqqı 2.7 dəfə artırılıb. xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. "Minimu

14 may
.

Vəfat edən şəxsin pensiya kapitalı övladına VERİLSİN - ARAŞDIRMA

Bildiyimiz kimi, Azərbaycanda vəfat edən ailə başçısının pensiya kapitalı yoldaşına verilir. Avropa ölkələrində şəxsin pensiyasını kimin alacağı pensiya müqaviləsi ilə müəyyən edilir. Lakin bəzi pensiya müqavilələr fərqli olur. Belə ki, sözügedən müqavilədə pensiya kapitalı ləğv oluna bilər. Eyni zamand

13 may
.

Cavid Qurbanovun oğlu vəzifəsindən getdi - Yeni təyinat

Baş Prokurorluqda yeni kadr dəyişikliyi olub. Manşet.az-ın əldə əldə etdiyi məlumata görə, müvafiq əmrlə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraat idarəsinin rəis müavini Şəmşir Şəmşirli öz istəyi ilə ərizə yazaraq vəzifəsindən ayrılıb. Baş prokuror Kamran Əliyevin digər əmri ilə həmin vəzifəy

14 may
.

İnstaqramda tanış olduğu qadın kişi çıxdı - Ağlagəlməz fırıldaq

Bakıda özünü qadın kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu şəxsə qarşı külli miqdarda dələduzluq etmiş kişinin məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Samir İsmayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi il

13 may
.

Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ

"Yaxın günlərdə Xocalı şəhərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur". Bunu "Report"un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəye

13 may
.

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bu gün Bakının Xətai və Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması

14 may
.

Əməkdar artistin 400 minə tikdirdiyi məscid - VİDEO

Əməkdar artist Yusif Mustafayev doğulduğu Cəlilabad rayonunun Hacıismayıllı kəndində yeni məscid tikdirib. İqtisadiyyat.az xəbər verir ki, məscidin inşasına bu günə qədər 400 min manat vəsait sərf olunub. Həmin məbləğin 50 min manatı kənd camaatı tərəfindən yığılıb. 350 min manatı isə Əməkdar artis

13 may
.

Ağcabədi rayonunda Hərbi Prokurorluq və Müdafiə Nazirliyi birgə tədbir keçirib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Ağcabədi rayonunda Hərbi Prokurorluğu

13 may