Bu tikinti materialları bahalaşacaq

Bu tikinti materialları bahalaşacaqRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsi Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən Qabarit və Çəki Parametrləri" ilə müəyyən edilir.

Nazirlikdən bildirilib ki, qaydalara əsasən, yük avtomobilləri üçün maksimal uzunluq 12 metr, qoşqu üçün 12 metr, birləşdirilmiş nəqliyyat vasitəsi üçün 20 metr, avtoqatar üçün 20 metr, maksimal en bütün nəqliyyat vasitələri üçün 2,55 metr, nəqliyyat vasitələrinin izotermik kuzov banı üçün 2,60 metr, maksimal hündürlük 4,00 metr müəyyən edilib:

"Nəqliyyat vasitəsinin icazə verilən yüklə birlikdə ümumi çəkisi ikioxlu yük avtomobilləri üçün 18 ton, üçoxlu yük avtomobili üçün 25 ton, aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan yük avtomobili üçün 26 ton, dördoxlu - iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil üçün isə 32 ton müəyyən edilib.

Kombinə edilmiş nəqliyyat vasitəsinin bir hissəsini təşkil edən nəqliyyat vasitələri, yəhərli və qoşqulu avtoqatarlar, habelə avtobuslar üçün də müvafiq parametrlər adıçəkilən Qərarla müəyyən edilib".

Nazirlik sürücüləri xəbərdar edir ki, ümumi istifadədə olan avtomobil yollarına və yol qurğularına ziyan vurulmaması üçün nəqliyyat vasitəsinin icazə verilən qabaritləri, ümumi çəkisi, eləcə də oxa düşən yükün icazə verilən çəkisi müəyyən edilmiş hədləri aşmamalıdır.

Bəs bu qaydalar tikinti sektoruna necə təsir edəcək?

"Yeni Sabah" xəbər verir ki, suala iqtisadçı-ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, Bizim.media-ya açıqlamasında bildirib ki, hökumətin qərarı bütün hallarda alqışalayiqdir:

"Çünki zaman-zaman biz gileylənmişik ki, çoxtonnajlı yük maşınları yolları, körpüləri pis günə qoyur. Sonuncu fakt olaraq Bakı-Quba beton yolunu xatırlamaq kifayətdir. Doğrudan da avtomobillərə həddən artıq yükvurma hesabına yollara böyük ziyan vurulur. Amma bu məsələdə təkcə günahkar avtomobil sahibləri deyil. Yol inşaatçılarının da üzərinə bu məsələdə az məsuliyyət düşmür. İqtisadiyyatda belə bir aforizm var:

"Öz səviyyəni saxlamaq üçün sürətlə qaçmaq lazımdır".

Yəni bu gün avtomobil yollarımız ağır yüklərə davamlı inşa olunmalıdır. Məlumdur ki, dünyada körpülər artıq 35-40, yollarsa, hətta 50-55 ton yükə davamlı inşa edilir. Belə yollarda heç zaman daşımalara görə problem yaranmır. Amma biz neçə illərdir ki, bu problemdən qurtula bilmirik".

Fuad İbrahimov xatırladıb ki, ölkəmizdə tikinti bumu əsasən Abşeron yarımadasında cəmləşib:

"Amma mişar daşından və sementdən başqa digər tikinti məhsulları Abşeron yarımadasında istehsal olunmur. Ona görə də tətbiq edilən qaydalar inşaat sektorunda bahalaşmaya səbəb olacaq. Çünki sürücülər daha əvvəlki kimi bir dəfəyə 30-40 ton qum-çınqılı paytaxta gətirə bilməyəcək. Əvəzində bu qədər yük ən yaxşı halda iki maşına yüklənəcək. Bu da daşımalarda yükün maya dəyərini artıracaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 381   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah yenə yağış yağacaq

Mayın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gec

14 may
.

Azərbaycanda yüksəkvəzifəli şəxs işdən azad edildi

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov vəzifəsindən azad edilib. "Qafqazinfo"nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb. Məlumata görə, hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, V.Hüseyno

14 may
.

"Trendyol Azərbaycan" daşıma qiymətlərini qaldırdı - Açıqlama

Türkiyənin nəhəng onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artdığını qeyd edirlər

14 may
.

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının adı dəyişdirilir

"Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar verilib. "Qafqazinfo" xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbayca

14 may
.

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ

Anar Abel oğlu Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova ailə münasibətləri ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. "Unikal"ın əldə etdiyi məlumata görə, hakim Gülnar Babazadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçının iddiası rədd edilib. Sonuncu dəfə Azərbaycanı

14 may
.

Bloqer və influenserlərə xəbərdarlıq - Cərimə olunacaqlar

Sosial şəbəkə fenomenləri, influenser və bloqerlərə qumar oyunlarının, icazəsiz lotereyaların reklamı ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, bir sıra internet resurslarında, o cümlədən sosial şəbək

14 may
.

Yağıntılı və soyuq hava BU TARİXƏDƏK davam edəcək - Faktiki hava

Mayın 14-ü saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur, şimşək çaxır, arabir yağış yağır. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qa

14 may
.

Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ

"Yaxın günlərdə Xocalı şəhərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur". Bunu "Report"un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəye

13 may
.

Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO

Son vaxtlarda rəqsi viral olan azyaşlı azərbaycanlı qızın videosu xarici ölkələrdə də paylaşılıb. Ölkə.Az xəbər verir ki, Qərbi Afrika ölkəsi Qanada feysbuk səhifələrindən birində paylaşılan video 2 milyona yaxın baxış, 60 minə yaxın bəyənmə toplayıb. Sosial şəbəkələrin Qana seqmentində izləyiciləri

14 may