Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİBErmənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb. Hərbi qulluqçular əraziyə çatdıqdan sonra onlara təhkim olunmuş silahları yerə qoyublar, yəni hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etdiklərini bildiriblər.

"Həmin vaxt onlar, əslində, xidməti dayandıraraq nümayişçilərə qoşulublar", - deyə məlumatda vurğulanıb.

Qeyd olunur ki, cinayət işi üzrə istintaq qrupu yaradılıb, əldə olunan faktların hərtərəfli araşdırılması üçün zəruri əməliyyat-istintaq və digər inzibati tədbirlər həyata keçirilir.

Ermənistan İstintaq Komitəsi həmçinin hərbçilərin əməllərindən peşman olduqlarını və vəziyyəti siyasiləşdirməməyi xahiş etdikləri barədə video yayımlayıb./Oxu.az

11:50
Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində keçirilən etiraz aksiyalarına müqaviləli hərbi qulluqçuların qoşulması barədə məlumatın yayılmasından sonra tədbirlər görməyə başlayıb.

Bu barədə Ermənistanın hərbi qurumundan xəbər verilib.

"İnternetdə hərbi geyimli insanların Kirantsda siyasi mitinqə qatıldığı video yayılıb. Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi hərbi geyimli şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və yayılan məlumatların qiymətləndirilməsi üçün tədbirlər görür", - deyə məlumatda bildirilib.

Eyni zamanda, Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, silahlı qüvvələrin siyasi proseslərə cəlb edilməsinə yönəlmiş istənilən cəhdə mütənasib hüquqi qiymət veriləcək./Oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 767   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətin

14 may
.

"Sülh müqaviləsi Xankəndidə imzalana bilər" - Açıqlama

Xəbər verdiyimiz kimi, Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıdakı danışıqları iki gün davam edəcək. İki ölkə arasında növbəti görüş Xankəndidə baç tuta bilərmi. Məsəl

10 may
.

Xankəndidəki Qarabağ Universiteti yeni tədris ilinə hazırdır - VİDEO

Xankəndidəki Qarabağ Universiteti yeni tədris ilinə hazırdır. xəbər verir ki, bu barədə görüntülər İTV-nin efirində yayımlanıb. Kadrlarda son tamamlanma işlərinin getdiyini görmək mümkündür. Qeyd edək ki, Qarabağ Universiteti 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələd

13 may
.

Aqil Abbas: "Yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır"

Son günlər gündəmi zəbt edən əsas mövzulardan biri də Azərbaycanda yeni parlament seçkisinin nə vaxt keçiriləcəyidir. Yayılan məlumatlar bu prosesin çox da uzaqda deyil, yaxın 2-3 ay ərzində baş tutacağını söyləməyə əsas verir. İddialara görə, hakimiyyət yeni parlamentin daha gənc və dinamik şəxslərdə

14 may
.

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndərin Fəxri xiyabanda məzarını ziyarə

10 may
.

İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 79 il ötür. AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarın

9 may
.

Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar. Bununla bağlı AZƏRTAC məlumat yayıb

10 may
.

İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb, "AzərEnerji" ASC-nin "Zabux" və "Qarıqışlaq" Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib. Bununla bağlı AZƏRTA

10 may
.

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE + FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Xıdır oğlu Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub. yeni təyin olunan rəisin dosyesini təqdim edir:. Müşfiq Məmmədov Hərbi Akademiyanın məzunudur. Əslən Laçın rayonundan olan M.Məmmədo

13 may