Azərbaycanda onlayn oyunlara qoşulan istifadəçilərin kart hesabları oğurlanıb

Azərbaycanda onlayn oyunlara qoşulan istifadəçilərin kart hesabları oğurlanıbSosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara istifadəçilərin kart hesabından 30 min manat oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının paytaxt ərazisində həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Zaur Teymurxanov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdəki qanunsuz fəaliyyəti nəticəsində 19 nəfərin kartını taladığı məlum olub. Z.Teymurxanov bu yolla 30 min manata yaxın maddi vəsaiti dələduzluq yolu ilə ələ keçirərək öz kart hesabına köçürüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Məlumatda vurğulanıb ki, Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

"Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, tanımadıqları şəxslərə, etibar etmədikləri səhifələrə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşən şəxslər bu barədə polis orqanlarına məlumat verə bilərlər", - deyə qeyd edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 682   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA

Xaçmazda erkən nikah qeydə alınıb. Hadisə Qusarçay kəndində qeydə alınıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 17 yaşlı qızın 37 yaşlı oğlanla toyu olub. Bizim.Media məsələni Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədovla dəqiqləşdirib. Direkto

5 may
.

Masallıda nənə nəvəsinin asılmış meyitini tapdı

Masallıda intihar hadisəsi baş verib. -ın xəbərinə görə, hadisə rayonun Səmidxanlı kəndində qeydə alınıb. Kənd sakini, 19 yaşlı Əli Quliyev nənəsinin evində özünü asıb. Onun asılmış meyitini nənəsi tapıb. İntiharın səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır

14 may
.

Qırmızı bülletenlə axtarışda olan cinayətkar Yunanıstanda saxlanıldı

"Cinayət törətmək üçün təşkilat yaratmaq" maddəsi ilə qırmızı bülletenlə axtarışa verilən cinayətkar təşkilatın rəhbəri Ramazan Bayğara Yunanıstanda saxlanılıb. Bu barədə Türkiyənin Adana valiliyi tərəfindən məlumat verilib. Bununla bağlı verilən yazılı açıqlamada Bayğaranın Yunanıstanda Beynəlxal

11 may
.

Meksika sahillərində 6,4 maqnitudada zəlzələ baş verib

Meksika sahillərində 6,4 maqnitudada zəlzələ baş verib. "Report" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri 14,6 min nəfərin yaşadığı Syudad Hidalqo şəhərindən 34 km cənub-qərbdə olub. Zəlzələ ocağı 75 km dərinlikdə yerləşib. Tələfat və dağıntıla

12 may
.

"Milyarderlərin ən ağıllısı" vəfat etdi

Sağlığında "investisiya əfsanəsi" kimi qəbul edilən "Renaissance Technologies hedcinq" fondunun təsisçisi Ceyms Simons 86 yaşında vəfat edib. Yaratdığı fond onun ölüm xəbərini rəsmi olaraq bildirir. xarici mediaya istinadla bildirir ki, təşkilatın saytında deyilir: "Biz həmtəsisçimi

11 may
.

Azərbaycanda yenidən zəlzələ oldu - RƏSMİ + YENİLƏNİB

Lənkəranda gün ərzində ikinci dəfə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, rayonda 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Təbiət hadisəsi yerli vaxtla saat 20:23-də qeydə alınıb, zəlzələ ocağını

11 may
.

Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ

Bu gün Zaqatalada baş verən dəhşətli qəzada ölənlərdən biri qazi olub. -ın məlumatına görə, qəzada həlak olan Samir Həsənov həm də Zaqatala rayonu, Bəhmətli kənd orta məktəbində hərbi hazırlıq müəllimi vəzifəsində çalışırmış. Qeyd edək ki, VAZ-21013 markalı avtomobilin "Chevrolet" markalı avtomobil

13 may
.

Bakıda 15 yaşlı məktəbli bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib. Belə ki, 17 nömrəli məktəbin qarşısında 2007-ci il təvəllüdlü Rəsul Anar oğlu Hüseynov tanışı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Yaxınlarının verdiy

12 may
.

Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyənin Kütahya şəhərinin Çavdarhisar rayonunda avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Yaralı Kütahya Şəhər Xəstəxanasına çatdırılıb. Nəqliyyat vasitəsindəkilərin mərmər zavodunu

5 may