Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıbSalyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-21063 markalı avtomobili oğurlamaqda şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Əliağa Həsənov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılan istintaq hərəkətləri zamanı onun fevral ayı ərzində yaşadığı kənd ərazisində iki təsərrüfatdan 3 xırdabuynuzlu heyvan oğurlayaraq, zərərçəkmişlərə ümumilikdə 1 000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, Ə.Həsənov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 309   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, avtomobil yolu keçən 1976-cı il təvəllüdlü Mərdəliyev Müqabil Yusif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zaman

12 may
.

Güclü yağış Daşkəsəndə fəsadlar törətdi: Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırıldı

Bölgədə müşahidə olunan yağıntılı hava şəraiti Daşkəsən rayonunda bəzi fəsadlar törədib. "Report"un məlumatına görə, yağan güclü yağış səbəbindən Daşkəsən şəhərinin və rayonun bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyət

12 may
.

Nohur gölündə suyun səviyyəsi təhlükəli həddə çatıb - VİDEO

Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması nəticəsində ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzini

11 may
.

Qırmızı bülletenlə axtarışda olan cinayətkar Yunanıstanda saxlanıldı

"Cinayət törətmək üçün təşkilat yaratmaq" maddəsi ilə qırmızı bülletenlə axtarışa verilən cinayətkar təşkilatın rəhbəri Ramazan Bayğara Yunanıstanda saxlanılıb. Bu barədə Türkiyənin Adana valiliyi tərəfindən məlumat verilib. Bununla bağlı verilən yazılı açıqlamada Bayğaranın Yunanıstanda Beynəlxal

11 may
.

Ağdaşda fərdi yaşayış evində yanğın baş verib - VİDEO

Ağdaşda fərdi yaşayış evində yanğın hadisəsi baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hadisə Ağdaş rayonu, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində baş verib. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağda

12 may
.

Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb

Rusiyanın Komi Respublikasının Peçora şəhərində beşmərtəbəli bina qismən çöküb. "Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional bölməsi məlumat yayıb. Məlumata görə, binanın bir blokunun bir neçə mərtəbəsi uçub. İtkilər barədə məlumat verilmir

11 may
.

Azərbaycanda ağır qəza: Sürücü hadisə yerindəcə həyatını itirdi - VİDEO

Azərbaycanın Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Hadisə Nohur göl adlanan ərazidə qeydə alınıb. "Hyundai Elantra" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Şahidlərin dediyin

7 may
.

Lənkəranda zəlzələ: Sakinlər 50 ildir belə yeraltı təkanlar görmədiklərini deyirlər - VİDEO

Lənkəranda gün ərzində iki dəfə zəlzələ baş verib. Birinci zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 3-5 bala qədər hiss olunub. Rayonda 4,4 bal gücündə ikinci zəlzələ qeydə alınıb. Lənkəran sakinləri təkanların çox güclü olduğunu deyirlər. Onlar çox qorxduqlarını bildiriblər. Bu səbəbdən ham

12 may
.

Meksika sahillərində 6,4 maqnitudada zəlzələ baş verib

Meksika sahillərində 6,4 maqnitudada zəlzələ baş verib. "Report" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri 14,6 min nəfərin yaşadığı Syudad Hidalqo şəhərindən 34 km cənub-qərbdə olub. Zəlzələ ocağı 75 km dərinlikdə yerləşib. Tələfat və dağıntıla

12 may