"Crocus" terror aktı ilə bağlı saxlanılan 12-ci şəxs barəsində qərar verildi
Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall"da terror aktı ilə bağlı iş üzrə 12-ci müttəhim - Tacikistan vətəndaşı Cumaxon Kurbonovu həbs edib.
Bu barədə məhkəmənin qərarından aydın olub.
"Kurbonov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatəti təmin edilsin", - deyə məhkəmənin qərarında bildirilib.
Kurbonov mayın 22-dək həbsdə olacaq. İstintaqın müraciətinə bağlı qapılar arxasında baxılıb. Açıqlanan materiallara görə, Kurbonov Rusiyada qeyri-qanuni yaşayıb işləyirmiş.
Məhkəmənin qərarı hələ qanuni qüvvəyə minməyib və ondan apellyasiya instansiyasına şikayət verilə bilər.
Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi "terror aktı" maddəsi ilə bağlı cinayət işi açıb.
Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak olub. Hadisəni törədən terrorçular Tacikistan vətəndaşları Şamsidin Fariduni, Saidakrami Murodali Raçabalizoda, Dalercon Mirzoyev və Muhammadsobir Fayzov həbs olunublar. Onlar istintaq təcridxanasına göndəriliblər. Onları ömürlük həbs gözləyir
İstintaq davam edir.(oxu.az)
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 485 Tarix: 27 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşGürcüstanda tələbələr tətilə və etiraz aksiyasına başlayacaqlar
Gürcüstanda tələbələr tətilə başlayacaqlar. "Report" un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Dövlət Universitetinin tələbələri birgə açıqlama ilə çıxış edərək bildiriblər. Onlar bildiriblər ki, hökumətin "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini qəbul etmək niyyətin
12 mayDayanacaqda dayanarkən avtomobil alışıb yandı
Türkiyədə məhəllədə park edilən avtomobil alışıb yanıb. xarici mediaya istinadən xəbər verir ki, avtomobil yanaraq yararsız hala düşüb. Xəbər verildikdən sonra əraziyə polis və yanğınsöndürmə briqadaları sövq edilib. Polis qrupları ətrafda təhlükəsizlik tədbirləri görərkən, yanğına xilasetmə qruplar
13 may11 saat ac qalmaq üçün 2500 ödədi
Məşhur model Çağla Şıkel yeni addımı ilə diqqət çəkib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, o Kırklareli ərazisində yaşadığı maraqlı təcrübəni izləyiciləri ilə bölüşüb. Model meditasiya növlərindən birini sınayaraq 11 saat qaranlıq otaqda tək qalıb. Bu müddətdə nə yemək yeməyib, nə də su içməyib
13 mayDünyada ilk dəfə donuz böyrəyi köçürülən xəstə ÖLDÜ
ABŞ-da donuz böyrəyi köçürülən 62 yaşlı xəstə dünyasını dəyişib. xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da bir xəstəxanada geni dəyişdirilmiş donuz böyrəyi nəqli edilən 62 yaşlı xəstə əməliyyatdan təxminən 2 ay sonra dünyasını dəyişib. Massaçusets Xəstəxanasından verilən açıqlamada dünyada il
13 mayPolis hicab taxmayan qadını döyə-döyə həbs etdi - VİDEO
İranda polis zorakılığını əks etdirən yeni görüntülər yayılıb. "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, polis hicab taxmayan qadını döyə-döyə həbs edib. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən qəzəblə qarşılanıb
14 may