Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"

Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"Azərbaycanın bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkədə aqrar və ekoloji siyasətin qabaqcıl beynəlxalq təcrübəyə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq.

"Report " xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bu gün Yevlaxda keçirilən "İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda respublika müşavirəsində bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək.

"Həmçinin, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkə Prezidentinin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub və bu məqsədlə ölkəmizdə bir sıra beynəlxalq və yerli tədbirlərin keçirilməsinə başlanılıb. Belə tədbirlərdən biri kimi bu gün burada Kənd Təsərrüfatı Nazirliyi "Azərşəkər" MMC ilə birlikdə respublika müşavirəsi keçirir. Bu baxımdan müşavirənin gündəliyinə uyğun olaraq müasir su ehtiyatlarına qənaət edən texnologiyalardan istifadə, eləcə də karbon emissiyasının azaldılması yollarına dair ediləcək təqdimatlarla yanaşı, qabaqcıl və innovativ texnologiyalar nümayiş etdiriləcək. Təqdim edilən bir sıra texnologiyaların respublikanın müəyyən bölgələrində sınaqları keçirilib. Bu texnologiyaların geniş ərazilərdə tətbiqi məhdud resurslar şəraitində torpaq və sudan daha səmərəli istifadəyə imkan verir", - deyə nazir müavini qeyd edib.

S.Cəfərov əlavə edib ki, ölkədə kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı artıq çoxsaylı təcrübələr yaranıb: "Belə ki, nazirliyin tabeliyində olan elmi-tədqiqat institutları təcrübə xarakterli, özəl şirkətlər isə kommersiya məqsədli "ağıllı istixana" və "ağıllı bağ"lar qurub, torpaq və su sensorları, "ağıllı" suvarma sistemləri, aqrodronlar, agrorobotlar, "dəqiq" əkin texnologiyaları tətbiq edilib. Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi aqrar sektor haqqında təsəvvürlərin dəyişməsinə səbəb olur və onu daha çox gəlirli, səmərəli bir sahəyə çevirir. Bu gün müasir təsərrüfatlar rəqəmsal texnologiyalarla böyük mənfəətlər əldə edirlər. Bu texnologiyalar kənd təsərrüfatı məhsul istehsalçılarına dəqiq əkinçiliyin həyata keçirilməsinə, sudan və gübrədən daha səmərəli istifadə etməyə, rəqabətqabiliyyətli məhsulun istehsalına, eləcə də ətraf ekosistemə mənfi təsirin aradan qaldırılmasına imkan verir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 258   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo"nun məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi Abel Məhərrəmov

13 may
.

Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb - FOTO

Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb. xəbər verir ki, bu barədə apa-ya Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən məlumat verilib. Məlumata görə, Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evində yaşayan Sənəm Həsənova ŞPİ-nin 3-cü PB-ə müraciət edərək bildiri

13 may
.

Əməkdar artistin 400 minə tikdirdiyi məscid - VİDEO

Əməkdar artist Yusif Mustafayev doğulduğu Cəlilabad rayonunun Hacıismayıllı kəndində yeni məscid tikdirib. İqtisadiyyat.az xəbər verir ki, məscidin inşasına bu günə qədər 400 min manat vəsait sərf olunub. Həmin məbləğin 50 min manatı kənd camaatı tərəfindən yığılıb. 350 min manatı isə Əməkdar artis

13 may
.

Deputat qadınları qınaq atəşinə tutdu: "Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!" - VİDEO

"Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, bacımdır". Bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində Milli məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib. O, müasir cəmiyyətdə bəzi qadınların övladlarını düzgün böyütmə

13 may
.

Azərbaycanda palçıq vulkanı aktivləşib - VİDEO

Ötən gecə Güzdəkdə palçıq vulkanı aktivləşib. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, vulkanda aktivləşmə gecə saat 2 radələrindən etibarən qeydə alınıb. Hadisə anı yerli sakinlər tərəfindən lentə alınıb. Sözügedən görüntüləri təqdim edirik:

13 may
.

Putin müdafiə və xarici işlər naziri postuna namizədlərini irəli sürüb - SİYAHI

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri postuna Andrey Belousovun namizədliyini irəli sürüb. "Report" xəbər verir ki, bu barədə Federasiya Şurasının teleqram kanalında məlumat verilib. Əvvəlki hökumətdə Belousov baş nazirin birinci müavini vəzifəsində çalışırdı. 65 yaşlı Belousov müxtəli

12 may
.

Rus sərhədçiləri Zəngəzurdakı postlarını yığışdırır

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Zəngəzur vilayətindəki postlarını bağlamağa başlayıblar. "Report" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Qeyd edilir ki, onlar 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında vilayətin Gorusl

12 may
.

Bakıda Türkiyə vətəndaşı ölüb

Bakıda Türkiyə vətəndaşı ölüb. APA xəbər verir ki, hadisə Səbail rayon, Üzeyir Hacıbəyov küçəsi, ev 7 mənzil 27-də qeydə alınıb. Türkiyə vətəndaşı, 1947-ci il təvəllüdlü Orhan Mustafa oğlu Yılmazın meyiti aşkarlanıb. İlkin məlumata görə, Orhan Yılmazın ürək çatışmazlığından ölməsi müəyyən edilib. Faktl

13 may
.

Azərbaycanda maaşlarla bağlı ŞOK YENİLİK

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. "Report"un əldə etdiyi məlumata görə, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyat

12 may