ƏHALİNİN NƏZƏRİNƏ! Tibbi arayışlarla bağlı YENİLİK, mayın 1-dən...

ƏHALİNİN NƏZƏRİNƏ! Tibbi arayışlarla bağlı YENİLİK, mayın 1-dən..."Beynəlxalq təcrübə göstərir ki, arayışların əldə edilməsi üçün tələb olunan tibbi xidmətlər tibbi göstəriş əsasında olmadığı və profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil edilmir. Bu baxımdan, sürücülük vəsiqəsi əldə etmək üçün arayış, sağlamlıq haqqında tibbi arayışlar, obliqat qrupların peşə ilə bağlı xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmə ilə bağlı arayışlar və s. ödənişli əsasla icra edilir".

Musavat.com xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov keçirilən təqdimat mərasimində deyib. Vüqar Qurbanov qeyd edib ki, may ayının 1-dən etibarən Sağlamlıq haqqında arayış və Sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq: "Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, Bakı şəhərindəki 14 tibb müəssisəsində və 56 rayon mərkəzi xəstəxanasında elektron arayışları almaq üçün zəruri infrastruktur yaradılıb, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlərə cəlb olunub, prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb və vətəndaşların xidmətinə təqdim olunub. İcbari tibbi sığorta sosial yönümlü layihə olduğundan 18 yaşa qədər uşaqların, hərbi xidmətə çağırılanların, xüsusi müəssisələrdə (məntəqə tipli cəzaçəkmə müəssisələrində) yaşayan şəxslərin sağlamlığı haqqında arayışlar, habelə övladlığa götürmə və himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan arayışlar icbari tibbi sığorta təminatına daxil edilməklə vətəndaşlara ödənişsiz əsaslarla təqdim edilir. Habelə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi hissə və orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin birinci dərəcəli ailə üzvləri üçün bütün tibbi arayışlar ödənişsiz əsaslarla təmin edilir. Sağlamlıq haqqında arayışların verilməsi üçün bir çox ixtisaslı həkim müayinələrindən, laborator-instrumental müayinə və analizlərdən keçmək vacibdir. Bu baxımdan da arayışlar üçün tariflər müəyyən olunarkən tibbi xidmətlərin maya dəyəri, ixtisaslı həkim baxışı, instrumental-laborator müayinələrin həcmi nəzərə alınıb".

Vüqar Qurbanov əlavə edib ki, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq, sağlamlıq haqqında arayışın rüsumu şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması tədbirləri çərçivəsində ödəniş terminalları vasitəsilə həyata keçirilir.

TƏBİB sədri hər bir tibb müəssisəsində ödəniş terminallarının quraşdırıldığını, ödənişlər terminallar vasitəsilə rahat formada həyata keçirildiyini bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2433   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qabyuyan işlədiyi deyilən şəhid anası ilə bağlı - Rəsmi açıqlama

Vətən müharibəsi şəhidi Coşqun Orucovun anası Fərqanə Bağırovanın qabyuyan kimi çalışması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan informasiyada ananın Bakıdakı çay evlərindən birində işlədiyi bildirilir. Şəhid C.Orucovun anasının saat 12:00-00:00-də

14 may
.

Tələbəni öldürən həmyaşıdına hökm oxundu

İdman Akademiyasının tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Fateh Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, F.Məmmədov qəsdən adam öldürməkdə təqsirl

14 may
.

Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO

Son günlər ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. xəbər verir ki, ötən gün Göyçay rayonunda çaydan sel keçib. Nəticədə çay yatağını zibil və məişət tullantıları tutub. Həmin görüntüləri təqdim edirik:

14 may
.

Sürücülərin DİQQƏTİNƏ: İyunun 1-dən sonra maşınların qiyməti ARTACAQ? - Açıqlama

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılacağı deyilir.Belə ki, bununla bağlı layihənin iyunun 1-dək Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri və Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanması tapşırılıb. Bəs bu maşın bazarın

13 may
.

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo"nun məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi Abel Məhərrəmov

13 may
.

Azərbaycanda vulkan püskürdü - 15 il sonra

13 may 2024-cü il tarixində yerli vaxtla saat 02:13-də Güzdək qəsəbəsindən altı kilometr qərbdə yerləşən Güzdək Bozdağı palçıq vulkanında növbəti püskürmə baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən -a verilən məlumata görə, püskürmə 9 dəqiqə davam edib. Vulkan pükürməsindən əvvəl alov sütün

13 may
.

İnstaqramda tanış olduğu qadın kişi çıxdı - Ağlagəlməz fırıldaq

Bakıda özünü qadın kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu şəxsə qarşı külli miqdarda dələduzluq etmiş kişinin məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Samir İsmayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi il

13 may
.

Binə çörək zavoduna məxsus çörəyin içərisindən taxta parçası ÇIXDI

Binə çörək zavoduna məxsus çörəyin içərisindən taxta qırıntısının çıxması haqqında məlumatlar yayılıb. Belə ki, aprelin 30-da Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan vətəndaş həmin ərazidəki marketdən çörək alıb. O, evdə çörəyi kəsən zaman içərisində qaraltı gördüyünü və sonra onun taxta qırıntıs

14 may
.

"Trendyol Azərbaycan" daşıma qiymətlərini qaldırdı - Açıqlama

Türkiyənin nəhəng onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artdığını qeyd edirlər

14 may