Kadırovun xəstəliyi də, varisi də bəllidir

Kadırovun xəstəliyi də, varisi də bəllidirMədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?
Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. Musavat.com xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərinin xəstəliyi və onun mümkün varisi haqda geniş araşdırma dərc edib.

İddia olunur ki, həkimlər hələ 2019-cu ildə Kadırova mədəaltı vəzin xərçəngi- pankreas nekrozu diaqnozu qoyub.

O zamandən bəri Kadırov "müvəqqəti əmək qabiliyyətinin itirilməsi" səbəbindən tez-tez məzuniyyətə getməyə məcbur olub. Ramzan Kadırovun tez bir zamanda arıqlaması nəzərdən qaçmayıb. Bunun yaxşı balanslaşdırılmış pəhrizin nəticəsi olması ehtimalına kimsə inanmayıb. Bildirilir ki, aktiv şəkildə inkişaf edən pankreas nekrozunun ilk simptomu məhz kəskin çəki itkisidir, bu son dərəcə ciddi, ağrılı və müalicəsi çətin olan xəstəlikdir.

Məhz bu səbəbdən 2019-cu ildən Kadırov Rusiya Prezidentinin Mərkəzi Klinik Xəstəxanasında ildə ən azı iki dəfə müntəzəm müalicə, o cümlədən cərrahi əməliyyat keçirib. 2020-ci ilin yayında Çeçenistan rəhbəri koronavirusa yoluxması Kreml həkimlərinin inkişafını dayandırmağa çalışdığı əsas xəstəlikdən əlavə səhhətində ciddi problemlər yaradıb. 2022-ci ilin yazında Kadırovun səhhəti sürətlə pisləşməyə başlayıb. Bu dəfə isə onun sifətində şişkilər olması diqqət çəkdi ki, bu da həm böyrək çatışmazlığı, həm də əsas xəstəliyin fəsad yaratdığı ağciyərlərdə mayenin yıgılmasının nəticəsi olduğu iddia edildi. Beləliklə, Kadırıvun qarının forması dəyişməyə başladı, onda nəfəs darlığı yarandı, çətinliklə danışdı, yavaş-yavaş yeridi və çeçen iqlimi üçün çox isti geyindi.

Putinin 2023-cü ilin fevralında Federal Məclisə müraciətində Kadırovun gözə dəyməməsi şayiələrə səbəb oldu. Amma gərgin iş qrafikini maniyaya çevrilmiş Kadırov hələ də səhhətinin normal olduğunu sübut etmək üçün yenə gərgin iş qrafikinə keçir. Nəticədə səhhətində böhran baş verdi və dəqiqləşdirilməmiş məlumata görə, Kadırov komaya belə düşüb. Kadırov faktoru əlbəttə ki, Çeçenistan üçün mühümdür. Amma xəstəlik artıq Kadırovun əvvəlki kimi enerjili rəhbər olmağa imkan vermir. O səbəbdən Kreml Kadırovun yerinə varis axtarışındadır.

Nəşr yazır ki, Kadırovun yerinə ən şanslı namizəd Apti Alaudinovdur. O, 2006-cı ildə Ramzan Kadırovun komandasına qoşulub. Stavropol diyarında sovet hərbçisi ailəsində anadan olan Apti Alaudinov Birinci Çeçen müharibəsində iştirak etməyib. Amma onun atası və böyük qardaşı Dudayev əleyhinə Moskvanın dəstəklədiyi və silahlandırdığı müxalifətin tərəfində olublar. Alaudinovun müsahibələrinin birində deyib ki, qardaşı və atası 1994-cü ilin oktyabrında "Dudayev, Məshədov və digər içkeriyalılarla ilk döyüşdə" həlak olublar. Alaudinovun sözlərinə görə, onun 20 qohumu Çeçenistan müharibələrində həlak olub.

Qeyd edək ki, Ramzan Kadırovun atası Axmat Kadırov birinci Çeçen müharibəsi zamanı respublikada Çeçenistanın müstəqilliyi uğrunda silahlı mübarizənin ən məşhur tərəfdarlarından biri olub. Gənc Ramzan Kadırov Şamil Basayevin pərəstişkarı idi, baxmayaraq ki, nə özü, nə qardaşı o vaxt əlinə silah alıb döyüşməyib. Yəni birinci çeçen kampaniyası zamanı Alaudinovlar və Kadırovlar prinsipcə, barrikadaların əks tərəfində olublar.

İkinci Çeçen münaqişəsi zamanı Apti Alaudinov Rusiyanı dəstəklədi, əvvəl rayonlaerın birində prokuror köməkçisi, sonra isə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə məşğul olduğu Daxili İşlər Nazirliyində işə düşəldi. Ramzan respublikanın rəhbəri olanda (2007-ci ildə) Aptiyə təşəkkür etdi. Cəmi dörd ildən sonra Alaudinov DİN-də nazir müavini vəzifəsinə qədər yüksəldi və Rusiyanın ən gənc polis generalı oldu.

Martın 17-də isə Ramzan Kadırov uzun illərdən sonra ilk dəfə gözlənilmədən Apti Alaudinovla birgə fotosunu dərc etdi və onu aşağıdakı şərhlə müşayiət etdi: "Çeçenistan Respublikası rəhbərinin güc bloku üzrə köməkçisi, mənim qardaşım Apti Alaudinov. Çeçenistan Respublikasından olan minlərlə könüllünün başında Ukraynanın denazifikasiyası və demilitarizasiyası üzrə xüsusi əməliyyatda iştirak etmək üçün göndərilir".

ci ilin yayın ortalarında Kadırovun güc strukturunun bütün nüvəsi Ukraynadı "müqəddəs müharibədən" evə qayıtdı. Onların hamısı mükafatlara layiq görüldü. Adam Delimxanov Rusiya Qəhrəmanı oldu, Danil Martınov Rusiya fövqəladə hallar nazirinin müşaviri, Apti Alaudinov isə respublika Təhlükəsizlik Şurasının katibi təyin edildi.

İki aydan sonra Alaudinov yenidən Ukraynaya getdi və "Axmat" könüllülərinin xüsusi təyinatlı dəstəsinin ömürlük komandiri təyin edildi. 2009-cu ilin martında Alaudinov Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Çeçenistan Respublikası üzrə İdarəsinin rəisi təyin edildi və həmin ilin aprelində Çeçenistan Respublikası üzrə Daxili İşlər Nazirliyinin kriminal polisi rəisinin müavini oldu.

Rusiya Prezidentinin 13 iyun 2011-ci il tarixli fərmanı ilə Aptı Alaudinov Çeçenistan Respublikası daxili işlər nazirinin müavini - polis rəisi vəzifəsinə təyin edildi. Sonradan Alaudinova polis general-mayoru rütbəsi verildi.

Çeçenistan rəhbəri Ramzan Kadırov "Luqansk Xalq Respublikasının" azad edilməsində fəal iştirakına görə Rusiya Qəhrəmanı ulduzunu Aptı Alaudinova təqdim edib. 2024-cü ilin aprelində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini təyin edilib.

Musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 4141   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyada ilk dəfə donuz böyrəyi köçürülən xəstə ÖLDÜ

ABŞ-da donuz böyrəyi köçürülən 62 yaşlı xəstə dünyasını dəyişib. xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da bir xəstəxanada geni dəyişdirilmiş donuz böyrəyi nəqli edilən 62 yaşlı xəstə əməliyyatdan təxminən 2 ay sonra dünyasını dəyişib. Massaçusets Xəstəxanasından verilən açıqlamada dünyada il

13 may
.

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var

İsrailin cənubundakı Aşkelon şəhərinə raket hücumu nəticəsində 3 nəfər yaralanıb. "Report"un məlumatına görə, bu barədə "Times of Israel" nəşri şəhərdə fəaliyyət göstərən "Barzilay" Tibb Mərkəzinə istinadən xəbər yayıb. Qeyd edilir ki, Qəzzadan atılan raket şəhərdəki ev

12 may
.

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

İsveçrə Federal Şurasının (hökumət) sədri və vitse-kansleri Andre Simonatsi dağlara yürüyüş zamanı keçinib. "Report" xəbər verir ki, bu barədə hökumət portalında məlumat verilib. Məlumata görə, siyasətçi dağlarda dincəlməyi çox sevirmiş. Cümə günü, mayın 10-da o, yürüyüş zamanı huşunu itiri

12 may
.

Qadın zirzəmidə uyğunsuz şəkildə tutduğu cütlüyün hücumuna məruz qalıb - VİDEO

Türkiyədə qadın zirzəmidə uyğunsuz şəkildə tutduğu cütlüyün hücumuna məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, İstanbulun Bayrampaşa qəsəbəsində zirzəmiyə girərək uyğunsuz hərəkətlər edən cütlüyə evdən çıxmaları barədə xəbərdarlıq etdiyi iddia edilən qadına hücum edilib. Qadının evi cütlü

13 may
.

Zurabişvili "xarici təsirin şəffaflığı haqqında" qanunun icrasını noyabra qədər təxirə salmağı təklif edib

Mən "xarici təsirin şəffaflığı haqqında" qanuna mütləq veto qoyacağam, amma heç bir manipulyasiyaya getməyəcəyəm. "Report"un yerli bürosu xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. Gürcüstan Prezidenti bu qanunun qüvvəyə minmə tarixini noyabrın 1-n

12 may
.

Çexiya Rusiya xüsusi xidmət orqanlarının generalını axtarışa verib

Çexiyada polis Rusiya vətəndaşı Andrey Averyanovu 2014-cü ildə ölkənin şərqindəki Vrbetice kəndindəki silah-sursat anbarlarında törədilən partlayışlarda əli olduğu iddiası ilə axtarışa verib. "Report" xəbər verir ki, bu barədə "Сeske noviny" qəzeti yazıb. "Polis Baş Kəşfiyya

11 may
.

İsrail ordusu yenidən Cəbaliyə şəhərində əməliyyata başladı

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalındakı Cəbaliyə şəhərində yenidən hərbi əməliyyata başlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. İsrail ordusu keçən ilin payızında Cəbaliyədə əməliyyat aparıb. İsrail Ordusunun yaydığı məlumata görə, HƏMAS-ın Cəbaliyədə yeni hərbi infrastruktu

12 may
.

Polşa paytaxtında iri ticarət mərkəzi yanaraq külə dönüb

Polşanın paytaxtı Varşavanın şimalındakı ticarət mərkəzində yanğın baş verib. "Report" xəbər verir ki, bu barədə Polşa KİV-i yanğınsöndürənlərə istinadən məlumat yayıb. Yanğının söndürülməsinə 150 ​​yanğınsöndürən cəlb olunub. Alovun yayılması lokallaşdırılsa da, tamamilə yanan binaya hələli

12 may
.

İtaliyaya getməyə hazırlaşanlara 17 məsləhət: Bunları bilməlisiniz

İtaliya dünyanın ən məşhur turistik yerlərindən biridir. Lakin bu ölkəyə ilk dəfə səfər edən əcnəbi səyyahlar tətillərini poza biləcək xoşagəlməz halların qarşısını almaq üçün italyan mentalitetinin bəzi xüsusiyyətlərini nəzərə almalıdırlar. xarici KİV-ə istinadən xəbər verir ki, italyan dili və mədəniyyət

13 may