Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılırUkraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb, 74 nəfər məsuliyyətə cəlb olunub.

Bundan əvvəl Ali Rada Qumar və Lotereya Oyunlarının Tənzimlənməsi və Qumar Oyunlarına Nəzarətin Gücləndirilməsi üzrə Komissiyanın ləğvini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsi qumar oyunlarının reklamının məhdudlaşdırılmasını, internetdə qumar oyunlarının qadağasına dair tədbirləri nəzərdə tutur.

Qeyd edək ki, aprelin 20-də Ukrayna Prezidenti Vladimir Zelenski internetdə qumar oyunlarının məhdudlaşdırılmasına dair fərman imzalayıb. Bununla da Milli Təhlükəsizlik və Müdafiə Şurasının onlayn kazinoların reklamının məhdudlaşdırılması, həftəlik oyun limitlərinin müəyyən edilməsi, xərcləmə limitlərinin müəyyən edilməsi, hərbçilər üçün məhdudiyyətlərin tətbiqi ilə bağlı qərarı qüvvəyə minib. Ukrayna Təhlükəsizlik Xidmətinə qumar oyunlarının təşkilatçıları ilə bağlı yoxlama aparmaq tapşırılıb.

Xatırladaq ki, Ukraynada oyun biznesi 2020-ci ilin avqustunda leqallaşdırılıb. Ötən müddət ərzində ölkədə qumar oyunları geniş yayılıb. Ölkədə hərbi vəzyiyət şəraitində Kiyev və ətraf qəsəbələrdə onlarla kazino fəaliyyət göstərib. 2023-cü ildə oyun biznesindən büdcəyə daxilolma 272,5 milyon dollar olub. Ukraynada kazinolarda gündəlik uduş məbləği 10,18 milyon dollar olub. Hərbçilər arasında qumar oyunlarından asılılıq da ciddi problemlərdən biri kimi qeyd edilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 317   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qadın zirzəmidə uyğunsuz şəkildə tutduğu cütlüyün hücumuna məruz qalıb - VİDEO

Türkiyədə qadın zirzəmidə uyğunsuz şəkildə tutduğu cütlüyün hücumuna məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, İstanbulun Bayrampaşa qəsəbəsində zirzəmiyə girərək uyğunsuz hərəkətlər edən cütlüyə evdən çıxmaları barədə xəbərdarlıq etdiyi iddia edilən qadına hücum edilib. Qadının evi cütlü

13 may
.

11 saat ac qalmaq üçün 2500 ödədi

Məşhur model Çağla Şıkel yeni addımı ilə diqqət çəkib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, o Kırklareli ərazisində yaşadığı maraqlı təcrübəni izləyiciləri ilə bölüşüb. Model meditasiya növlərindən birini sınayaraq 11 saat qaranlıq otaqda tək qalıb. Bu müddətdə nə yemək yeməyib, nə də su içməyib

13 may
.

Psixoloji problemləri olan şəxsin etdikləri dəhşətə GƏTİRDİ - VİDEO

Psixoloji problemləri olan şəxs avadını öldürüb, oğlunu və kürəkənini isə ağır yaralayıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, Türkiyənin Qaziantep şəhərində ailədaxili mübahisə faciə ilə nəticələnib. Mübahisə zamanı psixoloji problemləri şəxs arvadını tüfəngl

13 may
.

Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib

Gürcüstanda bloqer Uça Abaşidze və həyat yoldaşı Mariam Yaşvili barəsində həbs qətimkan tədbiri seçilib. "Report"un yerli bürosu xəbər verir ki, məhkəmənin hazırlıq iclası iyulun 2-nə təyin edilib. İclasda hər iki təqsirləndirilən şəxs iştirak edib. U.Abaşidzenin sözlərinə görə, o, axtarı

12 may
.

İsrail ordusu yenidən Cəbaliyə şəhərində əməliyyata başladı

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalındakı Cəbaliyə şəhərində yenidən hərbi əməliyyata başlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. İsrail ordusu keçən ilin payızında Cəbaliyədə əməliyyat aparıb. İsrail Ordusunun yaydığı məlumata görə, HƏMAS-ın Cəbaliyədə yeni hərbi infrastruktu

12 may
.

Deputatın maşınını partlatdılar - VİDEO

Həştərxan Vilayət Dumasının deputatı Denis Xaritonovun avtomobili "Donets Xalq Respublikası"nda partladılıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentari öz məlumat yayıb. "Bu gün növbəti tapşırığı yerinə yetirərkən deputtın döyüş maşını partladı, – o yazıb. Xaritonovu

13 may
.

Bu ölkədə kişilərdən hamiləlik testi tələb olunacaq

Yeni qaydalara əsasən, bundan sonra Böyük Britaniyada cərrahi əməliyyat etdirməyə hazırlaşan kişilərdən hamiləlik testi tələb olunacaq. -ın xarici mediaya istinadən xəbərinə görə, buna səbəb transgenderlərdən birbaşa onun əvvəllər hansı cinsə mənsub olmasını soruşmağın etiketdən kənar hesab edilməsidir

13 may
.

KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İsrailə hərbi yardım göndərməkdə davam edir. "Report" xəbər verir ki, bu barədə "NBC" televiziyası Amerika rəsmilərinə istinadən məlumat yayıb. Onlar bildiriblər ki, son günlər İsrailə həm hücum, həm də müdafiə silahları, o cümlədən atıc

11 may
.

Makedoniyalı İsgəndərin hamamı tapıldı

Makedoniyalı İsgəndərin hamamı tapılıb. -ın -a istinadən verdiyi xəbərə görə, Makedoniya çarlığının Ayqay şəhərində yerləşən, sarayının daxilində mərasim mərkəzi, dini abidə, teatr, gimnastika məktəbi və qəbirlər aşkarlanıb. Arxeoloqlar sahəsi 15 min kvadrat metr olan sarayda yeniyetmə İsgəndərin həmyaşıdlar

13 may