Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib.

Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında, teatrlarda, idman zallarında və sürücülük məktəblərində 10-15% civarında endirimlərdən yararlanırlar. Ölkənin bəzi universitetlərinin ərazilərində tələbələr üçün velosiped kirayəsi pulsuzdur. Rusiya isə tələbələri üçün ictimai nəqliyyatda gediş haqqını azaltmaqla yanaşı, muzey, teatr və kinoteatr biletlərində böyük endirimlər tətbiq edir. Yayda isə onlar tələbə düşərgələrində ödənişsiz dincələ bilərlər. Yaponiyada tələbələrə onların ali məktəbdə oxuduqlarını təsdiqləyən biletlə yanaşı ikinci bir kart verilir: onun vasitəsilə gənclər universitetin yerləşdiyi prefekturanın fərqli məkanlarında güzəştlər əldə edə bilirlər.

Azərbaycanda isə tələbələr üçün təhsil haqqında müəyyən güzəştlər tətbiq olunur. Şəhid ailəsi statusunu almış ailənin üzvü, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, I və II dərəcə əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud tələbələr dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil haqqından azad olunurlar.

Tələbələrdən daha hansı güzəştlərin tətbiq olunmasını istədiklərini soruşduqda isə onlar ictimai nəqliyyatda gediş haqqında, idman zallarında, təhsil müəssisələrinin yeməkxanalarında endirimlər edilməsini, həmçinin maarifləndirici tədbirlərin, layihələrin, alimlərlə və ixtiraçılarla görüşlərin ödənişsiz təşkil olunmasını məqbul saydılar.

Maraqlıdır, ölkəmizdə tələbələr üçün başqa hansı güzəştlər tətbiq oluna bilər?

Təhsil eksperti Məzahir Məmmədli Oxu.Az-a açıqlamasında bildirib ki, tələbələrimiz bu məsələ ilə bağlı təhsil aldıqları universitetlərin rəhbərliyinə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, təəssüf ki, cavab ala bilməyiblər:

"Düşünürəm ki, universitet tələbələrini ictimai nəqliyyatda gediş haqqında güzəştləri ehtiva edən kartlarla təmin etməlidir. Həmçinin, həftədə bir neçə dəfə fərqli muzeylərimizdə "açıq qapı" günləri təşkil olunmalıdır ki, tələbələr bunlardan rahatlıqla yararlana bilsinlər".

Ekspert sovet vaxtı tələbələr üçün tətbiq olunan sistemin (ildə bir dəfə 2 manat 50 qəpik ödəniş etməklə bütün nəqliyyat vasitələrində ödənişsiz istifadə hüququ) müəyyən dəyərlər nisbətini nəzərə alaraq yenidən nəzərdən keçirilməsi fikrini irəli sürüb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da bu fikirdədir ki, tələbələrin ən çox ictimai nəqliyyatda güzəştlərə ehtiyacı var:

"Bir çox Avropa ölkələri tələbələrini müəyyən güzəştli kartlarla təmin edirlər. Bu kartlar vasitəsilə tələbələr, xüsusən ictimai iaşə və digər müəssisələrdə endirimlərdən yararlana bilirlər.

Ölkəmizdə tələbələr üçün təhsil haqqı ilə əlaqədar müəyyən güzəştlər tətbiq edilsə də, ictimai nəqliyyatda heç bir güzəşt yoxdur. Düşünürəm ki, ictimai nəqliyyatda endirimli kartların tətbiqi yaxşı olardı".

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGT) mətbuat katibi Fidan Həsənova isə Oxu.Az-a açıqlamasında bildirib ki, orta statistik tələbənin birgünlük xərci təxminən 10 manat təşkil edir:

"Bu məbləğin də əsas hissəsini yol və qidalanma xərcləri təşkil edir. ATGT Bakı Nəqliyyat Agentliyi, "Bakı Metropoliteni" QSC-yə yol xərcinin yarıya endirilməsi istiqamətində layihə təklifləri göndərib. Layihəyə görə, tələbə biletini təqdim etməklə endirimdən yararlana bilməlidir. Həmçinin, bəzi təhsil müəssisələri ilə danışıqlar aparılıb və onların bufetlərində satılan qidalara endirim edilməsinə nail olunub".

F.Həsənova qeyd edib ki, tələbələr asudə vaxtlarını səmərəli keçirməli, əyləncəyə də zaman ayırmalıdırlar, buna görə də müvafiq məkanlarda onlara endirimlər edilməsi arzuolunandır:

"Gənclərin bəyəndikləri ulduzların Bakıdakı konsertlərində, müxtəlif festivallarda tələbələrə özəl promokodlar vasitəsilə endirimlər etmək olar. Düzdür, bəzi kinozallarda, muzeylərdə, kitabxanalarda onlara müəyyən güzəştlər edilir. Ancaq təəssüf ki, ölkəmizdə hətta ödənişsiz fəaliyyət göstərən bəzi muzeylərə maraq göstərilmədiyinin şahidi oluruq. Düşünürəm ki, bunun da səbəbi həmin məkanlarla bağlı tələbələrin məlumatının olmamasıdır. Bu xüsusda təklif edə bilərəm ki, ölkədə tələbələr üçün yaradılan güzəştlər barədə informasiyaları onların ən çox istifadə etdikləri platformalarda mütəmadi işıqlandırmaq faydalı olar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 374   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021