Hədəfdə yeni "44" var: Azərbaycana qarşı planın GİZLİNLƏRİ

Hədəfdə yeni "44" var: Azərbaycana qarşı planın GİZLİNLƏRİABŞ Konqresinin üzvü, ermənipərəst və erməni lobbisinin sifarişlərinin icraçısı Dina Titus Azərbaycana qarşı qanun layihəsini Nümayəndələr Palatasına təqdim etdiyini bildirib. Onun sanksiya siyahısına 44 nəfəri daxil etməsi xüsusi diqqət çəkib və Ordumuzun tarixi Zəfəri ilə bitən 44 günlük müharibəyə eyham olduğu deyilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq deputat, "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, ABŞ Konqresində erməni qrupu var:

"Erməni lobbisi tərəfindən maliyyə, siyasi və digər sahələrdə dəstək verilir. Bu qrupun prioriteti anti-Azərbaycan, anti-Türkiyə siyasəti aparmaqdır. Onlar daha çox Ermənistanın vəkili kimi fəaliyyət göstərirlər".

Sabiq deputatın fikrincə, ABŞ konqresmenləri zaman-zaman ölkəmizə qarşı belə qətnamə layihələri irəli sürüb:

"1992-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizə qarşı 907 nömrəli akt qəbul edildi. Halbuki o vaxtlar bizim torpaqlarımız Ermənistan tərəfindən işğal olunmuşdu. Buna baxmayaraq ermənilərin maraqları Azərbaycana qarşı belə aktın qəbul edilməsinə səbəb oldu. Bununla da ölkəmizə yardımı dayandırdılar. Uzun müddətdən sonra aktın mənasızlığı meydana çıxdı və qüvvədən düşdü, lakin 3 ildir, bu akt yenidən qüvvədədir".

Əliməmməd Nuriyev qeyd edir ki, ABŞ Konqresinin 3 senatorunun hazırladığı siyahıda azərbaycanlılardan ibarət şəxslərə sanksiyanın tətbiq olunması nəzərdə tutulub:

"Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Sanksiyalara səbəb kimi də bunu göstərirlər. Belə qərarın qəbul olunması Cənubi Qafqazda sülh prosesinə mane olar. Hətta yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq. Həmin deputatların dünyada baş verən soyqırımlara cavabsız qalmasının səbəbi nədir bəs?"

Sabiq deputatın sözlərinə görə, bu qətnamənin qəbul olunması ABŞ-ın dövlət maraqlarına da ciddi təsir edəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 727   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb - FOTO

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün "Xəzər" markalı avtomobilin sürücüsünə "saxla" işarəsi veriblər. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Məlumata görə

15 may
.

Ət bahalaşacaq? - VİDEO

Hər il yaz mövsumündə ucuzlaşan ətin bu dəfə qiyməti enmir. -ın məlumatına görə, hazırda bazarlarda quzu əti 18-19 manata, dana əti isə 14-15 manata təklif olunur. Satıcılar deyirlər ki, ətin qiyməti qalxmaqda davam edəcək, çünki yem bahadır, mövsümi ucuzlaşma isə gözlənilmir. Onların sözlərinə görə

15 may
.

Xalq artisti: "Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim"

"Azərbaycan kinosu hələ istiqamətini axtarmağa çalışır. Addımlayırıq, amma sürətlə yox. Düzdür, son vaxtlar beynəlxalq arenaya çıxır, mükafat da qazanırıq. İşləyən gənclər çoxdur. İndi dövlət sifarişi və kommersiya məqsədli filmlər rəqabətə girib. Çox istərdim ki, dövlət sifarişi ilə çəkilənlə

14 may
.

Ermənistanda vətəndaş itaətsizliyi aksiyası yenidən alovlandı: Saxlanılanlar var - YEBİLƏNİB + VİDEO

Ermənistan polisi baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəallarını saxlamağa başlayıb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Hələlik qeyri-rəsmi informasiyaya görə, bu gün saxlanılanların sayı 50 nəfərə yaxındır. 09:26. Bu gün səhər saatlarından etibarən Ermənistanda vətənda

14 may
.

Bu ərazidə çirkab sular dənizə axıdılır: "40 ildir bu iy var" - VİDEO

Artıq bir neçə ildir bahar fəslində təbiət sanki insanları sınağa çəkir. Bir qəsəbə var ki, deyilənlərə görə 40 ildir Bahar gəlmir. Xəzərə axıdılan tullantı sularına laqeyd qala bilməyən Bahar qəsəbəsinin sakinləri problem həll olsun deyirlər. Axan suyun tərkibi bilinməsə də, görüntü hər şeyi izah edir

15 may
.

Məşhur "Top Gun" filmindəki səhnəni canlandırmaq istəyən pilot xətası CANI İLƏ ÖDƏDİ - VİDEO

Banqladeşdə dünyaca məşhur "Top Gun" filmindən ilhamlanaraq keçirilən nümayişdə dəhşətli hadisə baş verib. xarici mənbəyə istinadən xəbər verir ki, Yakovlev Yak-130 tipli döyüş təyyarəsi aşağı hündürlükdə üç dəfə yuvarlanıb. Təyyarə uçuş-enmə zolağına çırpılıb və sürükləndikdən sonra alovlanıb

14 may
.

Elmar Məmmədyarov: "Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?" - VİDEO

"Aldığım maaşa əlavələr də olunurdu". xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Elmar Məmmədyarov İTV-də yayımlanan verilişlərin birində deyib. O bildirib ki, aldığı pul onu qane edirdi:. "Mənim səfir diplomatik rütbəmə, həm də nazir kimi digər xərclərə görə əməkhaqqıma oluna

14 may
.

"Bakıxanov" qəbiristanlığına kameralar quraşdırılacaq - VİDEO

"Bakıxanov" qəbiristanlığı yenilənir. Belə ki, əraziyə 16 kamera quraşdırılacaq. Giriş hissədə isə qəbiristanlığın iş qrafiki barədə lövhə yerləşdiriləcək. İşlərin bu ayın sonuna kimi yekunlaşacağı planlaşdırılır. Daha ətraflı "ATV Xəbər"in süjetində:

15 may
.

Yaxın saatlarda şad xəbərlər eşidə bilərik – ANONS

Qazaxın anklav olmayan 4 kəndinin bu gün (mayın 15-də) Azərbaycanın tam nəzarətinə keçəcəyi ilə bağlı məlumatlar yayılıb. Hazırda bu ərazilərdə hansı prosesin baş verdiyi isə maraq doğuran məqamlardandır. -a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Qazaxın 4 kəndinin bu gün tam şəkildə Azərbaycanı

15 may