Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - Video

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VideoYaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənat edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsal edilməsi üçün bir çox ərazilərdə olduğu kimi işğaldan azad edilən Kəlbəcər rayonunda da "AzərEnerji" tərəfindən kompleks işlər həyata keçirilir.

"Qafqazinfo" xəbər verir ki, hazırda Kəlbəcər rayonunun ərazisində 4 yerdə su elektrik stansiyalarının tikintisi aparılır. 4,3 meqavat gücündə "Zar", 8,8 meqavat gücündə "Nadirxanlı", 8,6 meqavat gücündə "Aşağı Vəng" və 22,5 meqavat gücündə "Yuxarı Vəng" su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılır.

Onu da qeyd edək ki, 2020-2023-cü illər ərzində Kəlbəcər rayonunda "AzərEnerji" tərəfindən ümumi gücü 32 meqavat olan "Kəlbəcər-1", "Meydan", "Qamışlı", "Çıraq-1", "Çıraq-2" və "Soyuqbulaq" kiçik su elektrik stansiyaları yenidən qurularaq Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib. Məskunlaşma siyasətinə uyğun olaraq 20-dən artıq kəlbəcərli bu stansiyalarda daimi işlə təmin olunub. Bu günə kimi istismara verilən 6 kiçik su elektrik stansiyasında 70 milyon kilovat saata yaxın ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib.

Qeyd edək ki, cari ilin bolsulu olması və quraşdırılan turbinlərin səmərəlilik göstəricilərinin yüksək olması səbəbindn stansiyalar hazırda nominal gücdə işləyir.

Sonda xüsusi bir məqamı da diqətə çatdıraq ki, kiçik su elektrik stansiyalarına karbon sertifikatlarının alınması üçün rəsmi qaydada Qətərdə yerləşən "Qlobal Karbon Şurası" təşkilatına Kəlbəcərdə fəaliyyət göstərən kiçik su elektrik stansiyalarına görə müraciət olunub və stansiyaların qeydiyyatı proseduru üzrə növbəti mərhələyə keçidə müsbət rəy verilib. Bu təşəbbüs ardıcıllıqla digər su elektrik stansiyalarını da əhatə edəcək və Azərbaycan tarixində ilk dəfə bərpa olunan enerji mənbəli elektrik stansiyalarının karbon sertifikatları ilə təmin edilməsi məhz işğaldan azad edilən ərazilərdəki enerji obyektləri ilə bağlı olacaq.

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VideoBu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VideoBu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - Video


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 257   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq

Şair Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib, sabah əməliyyat olunacaq. Bu barədə APA-ya şair özü məlumat verib. Onun sözlərinə görə, bir neçə gün öncə yenidən müayinə edilib:. "Buna qədər belə hesab edilirdi ki, əməliyyat risklidir. Kimyəvi terapiya müalicəsi daha məqsədəuyğun hesab edilmişdi

14 may
.

Aparıcı Namidə İsayevaya vəzifə verildi

Aparıcı Namidə İsayeva Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri təyin edilib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ailəsində yola davam. Görüləcək işlə

14 may
.

Binə çörək zavoduna məxsus çörəyin içərisindən taxta parçası ÇIXDI

Binə çörək zavoduna məxsus çörəyin içərisindən taxta qırıntısının çıxması haqqında məlumatlar yayılıb. Belə ki, aprelin 30-da Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan vətəndaş həmin ərazidəki marketdən çörək alıb. O, evdə çörəyi kəsən zaman içərisində qaraltı gördüyünü və sonra onun taxta qırıntıs

14 may
.

Bloqer və influenserlərə xəbərdarlıq - Cərimə olunacaqlar

Sosial şəbəkə fenomenləri, influenser və bloqerlərə qumar oyunlarının, icazəsiz lotereyaların reklamı ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, bir sıra internet resurslarında, o cümlədən sosial şəbək

14 may
.

Qabyuyan işlədiyi deyilən şəhid anası ilə bağlı - Rəsmi açıqlama

Vətən müharibəsi şəhidi Coşqun Orucovun anası Fərqanə Bağırovanın qabyuyan kimi çalışması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan informasiyada ananın Bakıdakı çay evlərindən birində işlədiyi bildirilir. Şəhid C.Orucovun anasının saat 12:00-00:00-də

14 may
.

Çörək sexlərinə nəzarət edilir? "Bu sahədə nə qədər rahatçılıq olacaqsa, bir o qədər problem yaranacaq" - Eyyub Hüseynov

Binə çörək zavoduna məxsus çörəyin içərisindən taxta qırıntısının çıxması haqqında məlumatlar yayılıb. Belə ki, aprelin 30-da Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan vətəndaş həmin ərazidəki marketdən çörək alıb. O, evdə çörəyi kəsən zaman içərisində qaraltı gördüyünü və sonra onun taxta qırıntıs

14 may
.

Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır

Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyanın "OO Aeroekspress Media" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin ümumi dəyəri 484 min 501 manat 37 qəpik təşki edir. Müqavilənin şərtlərinə görə, "OO Aeroekspres

14 may
.

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Bu ilin ilk rübü ərzində Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib. Qeyd edilib ki, yanvar-aprel aylarında ümumilikdə 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

14 may
.

Bir zənglə kartdakı 7 min manatı ələ keçirdi

Daha bir Azərbaycan vətəndaşı kiberdələduzluğa məruz qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb. Qurum rəsmisi bildirib ki, Suriya nömrəsi ilə zəng edən naməlum şəxs qarşı tərəfə yalan vəd verməklə ban

14 may