İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizin fəallaşacağına ümidvar olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Malayziyanın beynəlxalq aləmdə Azərbaycana göstərdiyi dəstəyə toxunaraq həm torpaqlarımızın işğalı zamanı, həm də tarixi nailiyyətimiz olan ərazilərimizin işğaldan azad olunmasından, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasından sonra Malayziyanın ölkəmizə daim dəstək göstərməsini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti torpaqlarımızın ermənilər tərəfindən işğalı dövründə həmin ərazilərimizdə məhv edilmiş dini-tarixi abidələrimiz barədə məlumat verib.

Datuk Mutanq Taqalın ölkəmizə səfərinin münasibətlərimizin genişlənməsi, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişafı baxımından önəmini qeyd edən dövlətimizin başçısı bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

Datuk Mutanq Taqal ilk növbədə Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin salamlarını və yenidən prezident seçilməsi münasibətilə bir daha təbriklərini dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara və təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziyanın Kralına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkələrimizin bu hərəkatın gücləndirilməsi istiqamətində fəal birgə əməkdaşlıq həyata keçirdikləri, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında da Azərbaycan ilə Malayziyanın yaxından qarşılıqlı fəaliyyət göstərdikləri məmnunluqla qeyd olunub.

Ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycan ilə Malayziya arasında mövcud olan güclü siyasi əlaqələrin investisiya, ticarət sahələrində və biznes dairələri arasında əməkdaşlığın fəallaşması üçün yaxşı imkan yaratdığı bildirilib.

Görüşdə COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

11:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTOİlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTOİlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTOİlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTOİlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 480   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN

"Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini

13 may
.

TARİXİ GÜN: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi ilə bağlı tədbir keçirilir - FOTO/VİDEO

Bu gün Xocalıda Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə həsr olunmuş təntənəli tədbir keçiriləcək. Tədbirdə hər iki tərəfdən yüksəkrütbəli hərbi rəsmilərin iştirakı gözlənilir. Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənista

15 may
.

Prezident: "Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması növbəti zəfərimizdir"

"Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir". AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlər

10 may
.

"COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək"

"Bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində nəzərdə tutulmuş dünya dini liderlərinin zirvə görüşü, əminəm ki, qlobal iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərini

15 may
.

Prezident: "Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin"

"Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin". AZƏRTAC xəbər verir ki, bu sözləri Preziden

10 may
.

İlham Əliyev Şuşada ICESCO-nun baş direktorunu qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Şuşada keçirilən VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının əhəmiyyəti qeyd olunub. Söhbət zamanı bundan əvvəl keçirilə

11 may
.

Prezident və xanımı Şuşada Mamayı məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

10 may
.

"Gəlir gəlsin, gəlmir, heç lazım da deyil" - Prezidentdən sərt xəbərdarlıq

"Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı deyib

10 may
.

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

10 may