"Ermənistan Naxçıvana gedən yolu və Başkəndi Azərbaycana güzəştə getməlidir" - ŞƏRH

"Ermənistan Naxçıvana gedən yolu və Başkəndi Azərbaycana güzəştə getməlidir" - ŞƏRHBeynəlxalq Ədalət məhkəməsində Azərbaycan Ermənistan tərəfindən torpaqlarımıza dəymiş maddi və mənəvi ziyanın qarşılanmasını, yəni təzminatını tələb etdi. Amma bir məsələ var ki, Ermənistanın büdcəsi ortadadı. Qərbdən hər nə qədər maliyyə yardımı alsa da, bunu təzminat olaraq bizə yönləndirməz. Kompensasiyanı, dəymiş ziyanı Ermənistan torpaqla ödəyə bilər? Söhbət burada kompensasiyanın Qazaxın 3 kəndi və Kərkinin qaytarılmasından gedir. Qeyd-şərtsiz təzminat kimi bu torpaqlar bizə verilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turab Rzayev deyib ki, burada bir neçə sual yaranır. Burada Azərbaycana saysız-hesabsız zərərlər dəyib. İnfrastruktur dağıdılıb və milyon dollardan artıq zərər yaranıb. 30 il ərzində həmin ərazidən minerallar, materiallar çıxarılıb və meşələr kəsilib. Bu Azərbaycan üçün milyardlarla dollar itirilmiş itki hesab olunur:

"Bütün bu amillər Azərbaycana Ermənistandan təzminat almağa imkan verir. Bu fərqli hallarda ola bilər. Amma böyük ehtimalla Ermənistan büdcəsi Azərbaycana böyük vəsaitdə ödəniş etməyə imkan verməyəcək. Bu baxımdan Azərbaycan Ermənistandan böyük məbləğdə vəsait tələb edə bilməz. Bu baxımdan Azərbaycan qalib və Ermənistan müharibəyə səbəbkar dövlət olduğu üçün ən azından 4 kəndi qaytarılanda biz Başkənd məsələsinin üstündən keçə bilərik. Bu məsələdə Ermənistan ən azından güzəştə getməlidir. Çünki Ermənistan bilməlidir ki, Başkənd Azərbaycan ərazisidir. Ermənistan Azərbaycana sülh təklif edərkən bir sıra məsələləri irəli sürdü. Qarabağın müstəqilliyi tanınsın və Laçın, Kəlbəcər isə Ermənistana verilsin. Digər rayonların isə qaytarılması təklif edildi. Bizim ərazimizin yarısını işğal ediblər. Yarısını isə digərləri ilə dəyişməyi təklif edirdilər. İndi isə üstünlük Azərbaycanın əlindədir. O zaman tələb olaraq bizim Qazaxın 3 kəndi və Kərki qaytarılmasını, o cümlədən bizdə Başkəndin qalmasını tələb edə bilərik. Çünki bütün sülh şərtlərini Ermənistana əvəzsiz verməliyik. Çünki Naxçıvana maneəsiz nəqliyyat məsələsi və Başkənd Azərbaycana güzəştə gedilməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2225   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA - VİDEO

Ötən gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu iddia edilən təcili tibbi yardım maşınının yararsız halda olması və içərisində pasiyentə tibbi xidmət göstərildiyinə dair yayılan görüntülər sosial şəbəkələrdə diqqət çəkib. TƏBİB -ın sorğusuna cavab olaraq yaranmış məsələyə aydınlıq gətirib

16 may
.

Azərbaycanda hüquq məsləhətçisi vəfat edib

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti tərkibində "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun əməkdaşı Samir Nizami oğlu Hüseynov 46 yaşında qəfildən vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, o, institutd

16 may
.

Qaxda 32 yaşlı kişi intihar etdi

Qaxda 32 yaşlı kişi intihar edib. "Qafqazinfo"nun məlumatına görə, Qax şəhər sakini, 1992-ci il təvəllüdlü Rzayev Ağanir Aydın oğlu özünü həyətdəki yardımçı tikilidən asıb. A.Rzayevin hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır

16 may
.

Azərbaycanda vəzifəli şəxs cinayət başında YAXALANDI

Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsind

16 may
.

Nazirliyin sabiq xanım əməkdaşı yüksək vəzifəyə təyin olundu

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsindən azad edilən Aynur Sabitova fəaliyyətini Azərbaycan Dillər Universitetində davam etdirir. xəbər verir ki, o, universitetin Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri vəzifəsini icra edir. Qeyd edək ki, A.Sabitova 2018-c

16 may
.

"Qazaxın 4 kəndinin azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan mühüm tarixi addımdır" - DEPUTAT

Xəbər verdiyimiz kimi mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikas

16 may
.

Azərbaycanda qaz bahalaşır? - AÇIQLAMA

Son olaraq 2021ci ildə Tarif (Qiymət) Şurasının qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpik hesabların. Hazırkı vəziyyətdə yaxın zamanlarda qazın qiymətin artım ola bilərmi? . Məsələ ilə bağlı iqtisadçı Emin Qəribli -a açıqlama verib. O bildib ki

16 may
.

Vardanyanın həbs müddəti uzadıldı - YENİLƏNİB

Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan barəsində seçilmiş həbsqətimkan tədbirinin müddəti uzadılıb. xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbsqətimkan tədbiri daha 5 ay uzadılıb. 11:12. Qarabağdakı keçmiş qondarma qurumun "dövlə

16 may
.

Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO

Sabirabad Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu iddia edilən təcili tibbi yardım maşını sosial şəbəkələrdə diqqət çəkib. xəbər verir ki, yayılan görüntülərdə xəstələrin istifadəyə yararsız hala gəlmiş avtomobildə müayinə olunması əks olunub. Təcili tibbi yardımın həkimi də şəraitdən gileylənərə

15 may