Araikin açdığı mühüm sirr üzə çıxdı – İki ay sonra sərhəddə nələr olacaq?

Araikin açdığı mühüm sirr üzə çıxdı – İki ay sonra sərhəddə nələr olacaq?Ermənistanın "Qara pantera" terror qruplaşmasının rəhbəri Serob Qasparyan Qarabağın keçmiş "rəhbəri" Araik Arutyunyanın iki il əvvəl ona bir sirri etiraf etdiyini deyib.

Sitat:

"Mən kartları açmaq istəyirəm. Qarabağın keçmiş "rəhbəri" Araik Arutyunyan iki il əvvəl mənə bir sirri etiraf etmişdi. Bildirmişdi ki, Ermənistan ordusu patrul xidməti ilə əvəz olunacaq. Yəni Ermənistanda ağır hərbi texnika olmayacaq, sərhədi tüfənglə – avtomatla silahlanmış patrul xidməti qoruyacaq. İyun ayı sonuncu vaxtdır, ondan sonra ordunun patrul xidməti ilə əvəzlənməsi prosesi həyata keçiriləcək".

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, sərhədlərin patrul xidməti tərəfindən qorunması fikri yeni deyil:

"Azərbaycan-Gürcüstan sərhədində, İranda da bu xidmət mövcud idi. İndi isə sərhədlərin qorunması ilə bağlı əsas güc Azərbaycanın üzərinə düşür.

Ümumiyyətlə, sərhəd xətti müəyyən edildikdən, zolaqlar çəkilib kamera sistemi qurulduqdan sonra patrul xidməti həyata keçirilir. Sərhədin pozulub-pozulmadığını görmək üçün torpağın müəyyən hissəsi qazılır, hansısa formaya gətirilir, burada insan ayaq izləri, hərəkətliliklə bağlı müşahidə aparılır.

Bunun Azərbaycanın tələbi olub-olmadığı ilə bağlı rəsmi məlumat yoxdur. Bir sözlə, patrul xidmətində sərhədlərə qoşun yığmaq əvəzinə kamera yerləşdirirlər".

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan sərhədi böyük ərazini təşkil edir və onun qorunması üçün kifayət qədər çox şəxsi heyətə ehtiyac var:

"Azərbaycan bunu özü təmin edə bilər, amma Ermənistanda bu qədər şəxsi heyət olduğunu düşünmürəm. Ona görə də rəsmi İrəvanın patrul xidmətindən istifadə etməsi gözlənilən idi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1574   Tarix: 01 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasınd

16 may
.

Həyat yoldaşını itirmiş 1 uşaq anaları 51 yaşında PENSİYAYA ÇIXSIN - TƏKLİF

Qadınlar və kişilər üçün pensiya yaşının hesablanması ölkələr və qanunlara görə dəyişir. Azərbaycanda pensiya məsələsi öz həllini tapmayan aktual məsələlərdən biridir. Bu gün ölkəmizdə vətəndaşlar pensiya yaşına çatmadan vəfat edir. Buna rəğmən ölkədə pensiyanın yaşının artırılması lə bağlı təkliflə

16 may
.

"Karta səhvən gələn pulu xərcləsək NƏ OLAR? - VİDEO

"Kartıma 4 min manat pul gəlib. Kimdən gəldiyini bilmədiyim üçün geri göndərə bilmirəm". Bu sözlər bir vətəndaşın"Facebook" hesabındaki paylaşımında qeyd olunub. Postda bildirib ki, kartına gələn pulu qaytarmaq üçün banka müraciət etsə də, pulu göndərən şəxs özü müraciət etmədən məluma

16 may
.

Azərbaycan ordusunun hərbçisi vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynovun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliy

16 may
.

DƏHŞƏT! İmtahanda köçürməyə çalışan şagird müəllimini BIÇAQLADI

Türkiyənin Elazığ bölgəsində tükürpədən hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, imtahan vaxtı köçürməyə yol verməyə çalışan şagird yanında gətirdiyi bıçaqla müəllimini ayağından yaralayıb. Hadisə baş verməzdən əvvəl müəllim imtahan kağızını əlindən almağa çalışıb. Həmin vaxt şgir

15 may
.

Bakıda güclü yanğın nəticəsində evlərə ZİYAN DƏYDİ

"Yanğın nəticəsində fərdi evlərə ziyan dəyib, xəsarət alan yoxdur". "Report" xəbər verir ki, bunu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib. Onun sözlərinə görə, artıq yanğının tam söndürülməsi üçün işlər görülür:. "Hadisə nəticəsində xəsarət ala

16 may
.

Rusiya MN-in idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı

Rusiya Federasiyası Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsovun işində iştirak edən ikinci şəxs - Leva Martirosyan həbs edilib. Basmannı məhkəməsi onu iyulun 12-dək həbsdə saxlamaq barədə qərar verib. Martirosyan xüsusilə külli miqdarda rüşvət verməkdə ittiham olunur. Məhkəmənin mətbua

15 may
.

Ölkədə adi bir gün: Motosikletdə əl sallayan AYI - VİDEO

Rusiya hər kəsi təəccübləndirən maraqlı bir hadisə baş verib. xarici mənbəyə istinadən xəbər verir ki, motosiklet səbətində ayı ilə səyahət edən iki kişi yoldan keçənlərə əl yelləyərək gündəmə gəlib. Sosial şəbəkələrdə yayılan bu görüntülər hər kəsi şoka salıb. Məsələ əlbəttə ki, iki nəfərin səyahə

16 may
.

"Ağ çiçəyim" gül mağazasında baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakıda "Ağ çiçəyim" gül mağazasında baş verən güclü yanğın söndürülüb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasın

16 may