Nazir oliqarxın oğlunu yüksək vəzifəyə gətirmək istəyir - İddia (Foto)

Nazir oliqarxın oğlunu yüksək vəzifəyə gətirmək istəyir - İddia (Foto)Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri indiki vəzifəsini trampilin kimi görür.

Keçən ilin son ayında Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat alan, keçmiş məmur oğlu Coşqun Əliyevlə bağlı xəbər var.

AzFakt.com-un əldə etdiyi məlumata görə Coşqun Əliyev qısa müddətdən sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirliyindən daha yüksək vəzifəyə təyinat alacaq.

Bildirilir ki, əslində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsi Coşqun Əliyev üçün trampilin rolu oynayır. Həmçinin Quba-Xaçmaz Regional Təhsil İdarəsi müdiri vəzifəsinin ciddi və məsuliyyətli bir iş olduğu və hər an gündəmə gəlmə ehtimalının yüksək olması Coşqun Əliyevi narahat edir.

Qeyd edək ki, Coşqun Əliyev ilk əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra atasının parking və istixana biznesinə nəzarət edən Coşqun əliyev, qəflətən Xızı-Abşeron Regional Təhsil İdarəsinin müdiri müavini vəzifəsinə təyinat alıb.

Mətbuata təkzib edilməyən məlumatlara görə Coşqun Əliyevin atası, sabiq məmur Vidadi Əliyev Azərbaycanda ən böyük pomidor istixanalarına sahibdir. Zirədə yerləşən bu istixanalarda yetişdirilən pomidorlar əsasən Rusiyaya ixrac edilir.

Eyni zamanda onların yanacaqdoldurma məntəqələrinin və xeyli sayda kirayə verilən obyektləri də var.

Bu obyektlərdən biri Yasamal rayonunda klinika kimi fəaliyyət göstərir.

Coşqun Əliyevin mərkəzdə -Bakıda daha yüksək vəzifəyə gəlməkdə məqsədi həm də bizneslərinə ciddi nəzarət etməkdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Nazir oliqarxın oğlunu yüksək vəzifəyə gətirmək istəyir - İddia (Foto)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7143   Tarix: 01 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Afaq Bəşirqızından nəvəsi ilə bağlı paylaşım

Xalq artisti Afaq Bəşirqızı nəvəsi Bəşirlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa birlikdə çəkilən fotolarını yayımlayaraq, onu ad günü münasibətiylə təbrik edib. "Əziz balam, sevimlim, ilkim, mənə nənə ləzzətini daddıranım, ad günün mübarək" deyə, A.Bəşirqızı paylaşımında yazıb

15 may
.

Azərbaycanda hüquq məsləhətçisi vəfat edib

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti tərkibində "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun əməkdaşı Samir Nizami oğlu Hüseynov 46 yaşında qəfildən vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, o, institutd

16 may
.

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ

Bakıda vətəndaş dələduzluq edərək kirayə qaldığı evləri sahiblərinin xəbəri olmadan satıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) "Qafqazinfo"nun sorğusuna cavab verib. "Bakı şəhər sakini Leyla Nəbiyevanın müraciəti əsasında polis orqanında müvafiq araşdırma aparılıb, istintaq hərəkətlər

16 may
.

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Sabah güclü külək olacaq. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Sarı xəbərdarlıq yayıb. Xəbərdarlıqda qeyd edilib ki, küləyin sürəti 13,9-20,7 m/san (7-8 bal) gücündə olacaq. Bu cür külək ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlak

16 may
.

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİ

Bu ilin sonunadək Qubadlı rayonunun 2 kəndinə ilk köç nəzərdə tutulub. Bu barədə "Report"un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib. Onun sözlərinə görə

16 may
.

Bakı metrosu TƏHLÜKƏ SAÇDI - YENİLƏNİB + VİDEO

Bakıda metronun stansiyalarından birində yaşanan təhlükəli anla bağlı rəsmi açıqlama verilib. Məsələ ilə bağlı -a açıqlama verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, vaqonlararası keçid qapılarına, eləcə də kənar əşyala

15 may
.

Şahdağ Milli Parkında nəcib marallardan birinin balası dünyaya gəlib - FOTO

Şahdağ Milli Parkına reintroduksiya edilmiş nəcib maralların sayında artım qeydə alınıb. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən nadir v

16 may
.

İnsanlarda travma yaradan psixoloqlar: Onların fəaliyyətini tənzimləyən qanun yaradılmalıdır" - Açıqlama

Bu gün Beynəlxalq ailə günündə Sosial Tədqiqatlar Mərkəzində "Azərbaycan ailəsi əyişən və dəyişməyən dəyərlər" mövzusunda konfrans təşkil olunub. Konfransda STM-in 2023-cü il ərzində həyata keçirdiyi sorğular əsasında tərtib olunan "Müasir Azərbaycan ailəsi" analitik hesabatının birinc

15 may
.

May ayında Azərbaycana qar yağdı - VİDEO

Son bir neçə gündür ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. xəbər verir ki, hər zaman isti hava ilə müşahidə edilən may ayında bu dəfə də qar yağıb. Naxçıvan rayonun Şərur rayonu ağ örpəyə bürünüb. Bu barədə "Günə son" proqramında kadrlar nümayiş olunub. Görüntülərin Şərurun Kərimbəyl

16 may