Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLARRespublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər.

Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, sanitariya-gigiyena xarakterli tədbirlərin icrası zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, o cümlədən hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə birgə kompleks tədbirlər həyata keçirilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Sanitariya-Karantin Mərkəzi" publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.

Fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.

İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Hazırda iş üzrə bütün qanunazidd hallar tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1878   Tarix: 01 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda qadını avtobusda izləyib əxlaqsız hərəkətlər etdi - ANBAAN VİDEO

Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində kişi qadını avtobusda izləyib və ona qarşı əxlaqsız hərəkətlər edib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməl

15 may
.

Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT

Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi vəzifəsindən azad edilib. xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb. Bildirilib ki, baş həkim Elgün Səmədov öz ərizəsi ilə işdən ayrılıb. Qeyd edək ki, E.Səmədov bu vəzifəyə ötən ilin noyabr ayında təyi

16 may
.

II və III qruplar üzrə qəbul imtahanlarının vaxtı AÇIQLANDI

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 26-da II və II ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. Bu barədə -a DİM-dən xəbər verilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay

16 may
.

Bu gün vəfat edən hərbçimizin FOTOSU

Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynov vəfat edib. Sənan Hüseynovun fotosunu əldə edib. Həmin fotonu təqdim edirik:

16 may
.

Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı

"May ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər". Bu barədə "Qafqazinfo"ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib

16 may
.

Baş verən yanğınların SƏBƏBİ NƏDİR?: Elektrik şəbəkələrindəki nasazlıqlara niyə BAXILMIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünən Bakıda "Ağ çiçəyim" gül mağazasında güclü yanğın baş verib. Hadisənin elektrik şəbəkəsindəki nasazlıq səbəbindən baş verdiyi bildirilir. Son zamanlar baş verən bu yanğınların çoxu elektrik şəbəkəsində baş verən nasazlıqlardan qaynaqlanır. Bəs obyektlərdə yanğın təhlükəsizli

16 may
.

May ayında Azərbaycana qar yağdı - VİDEO

Son bir neçə gündür ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. xəbər verir ki, hər zaman isti hava ilə müşahidə edilən may ayında bu dəfə də qar yağıb. Naxçıvan rayonun Şərur rayonu ağ örpəyə bürünüb. Bu barədə "Günə son" proqramında kadrlar nümayiş olunub. Görüntülərin Şərurun Kərimbəyl

16 may
.

Qaxda 32 yaşlı kişi intihar etdi

Qaxda 32 yaşlı kişi intihar edib. "Qafqazinfo"nun məlumatına görə, Qax şəhər sakini, 1992-ci il təvəllüdlü Rzayev Ağanir Aydın oğlu özünü həyətdəki yardımçı tikilidən asıb. A.Rzayevin hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır

16 may
.

Məhkum yoldaşının boğazını kəsib - Kitabçasına baxdığına görə...

Cəzaçəkmə müəssisəsində iki məhkum arasındakı dava birinin ağır xəsarət alması ilə sonlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə ötən il Qaradağ rayonu ərazisində yerləşən "zon"ların birində baş verib. İstintaq materiallarına əsasən, əlbəyaxa dava uzun illərdir həbsdə olan Azə

16 may