Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə! - Tarif Şurasından QƏRAR

Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə! - Tarif Şurasından QƏRARElektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri və bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyindən Musavat.com-a verilən xəbərə görə, istehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdən istifadəsinə, vaxt və xərclərin optimallaşdırılmasına istiqamətlənmiş tədbirlər həyata keçirilir. Şəbəkələrə qoşulma ilə bağlı xərclərin qarşılanmasında vahid yanaşmanın, istehlakçı xərclərinin əvvəlcədən proqnozlaşdırılmasının zəruriliyi və digər bu kimi səbəblər bu sahədə yeni tənzimləməni zəruri edirdi.

Bununla əlaqədar olaraq, Tarif (qiymət) Şurasının 3 may 2024-cü il tarixində keçirilmiş iclasında Energetika və İqtisadiyyat nazirliklərinin, Dövlət Neft Şirkəti, "Azərişıq" ASC-nin təklifləri əsasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib.

Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib:

- 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt;

- 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt;

- 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt;

- Orta gərginlik üzrə 170 manat/kVt.

Yeni tənzimləməyə əsasən məişət abonentləri üzrə 1 fazlı təchizatda qoşulma tələb olunan gücdən asılı olaraq 1 kVt-dan da başlaya bilər. Bu halda tələb olunan güc 3 kVt-dək olduqda xərc enir, 4 kVt olduqda xərc sabit qalır, 5 kVt və ondan artıq olduqda isə xərc artır. Qeyd edək ki, tələb olunan gücdən asılı olmayaraq əhali üzrə bu vaxta qədər xərc 160 manat təşkil edirdi. Əhali isteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar 97,4% təşkil edir ki, bu da böyük istehlakçı qruplarının xərclərindəki azalmanın əhatə dairəsini göstərir.

Həmçinin yeni ödəmə məbləğlərinə əsasən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində 1 fazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri 60-76% azalır.

3 fazlı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqda elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ də azalır. Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğ artır.

Eyni zamanda, 3 fazlı və yuxarı güc qoşulmalarında şəbəkənin gücləndirilməsi ilə əlaqədar əlavə tələblər aradan qaldırıldığı üçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edəcək. Bu da şəbəkənin gücləndirilməsi ilə bağlı sahibkarların xərclərini aradan qaldırmaqla ümumi xərclərinin azalmasına səbəb olacaqdır.

Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib:

- Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrə birlikdə - 271 manat;

- Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə - 160 manat.

Yeni tənzimləmələrə qədər qazpaylayıcı şəbəkəyə qoşulma işləri istehlakçılarla podratçılar arasında razılaşmaya uyğun qiymətlə həyata keçirilirdi. Yəni, tənzimləmədən əvvəl istehlakçılara şəbəkəyə qoşulmaq üçün müxtəlif podratçılar tərəfindən fərqli qiymətlər təklif olunurdusa, artıq tənzimləmədən sonra vahid və optimal qiymətlər müəyyənləşib.

Qeyd edək ki, illik qoşulmaların 99%-i məişət qaz qurğularını təşkil edir ki, onun da 96%-i əhali abonentlərinə aiddir. Beləliklə, böyük çoxluqda istehlakçıların qazpaylayıcı şəbəkəyə qoşulması prosesi optimallaşdırılıb və bu sahədə xərclərin azalmasına imkan yaranıb.

Lakin, ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə və sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması ilə bağlı tikinti obyektləri tənzimlənmiş tariflərlə yalnız fiziki qoşulmaya görə ödəniş edəcəklər. Qoşulma ilə əlaqədar digər işlər, yəni, layihə smeta sənədlərinin hazırlanması, tikinti obyektindən qoşulma nöqtəsinə kimi olan hissədə işlərin görülməsi tənzimlənmədiyi üçün icraçı ilə bağlanmış müqavilələr əsasında sifarişçinin vəsaiti hesabına həyata keçiriləcəkdir.

Elektrik və təbii qaza qoşulmayla bağlı həyata keçirilən yeni tənzimləmələr bu sahədə şəffaflığı artıracaq, istehlakçıların keyfiyyətli xidmətlərdən faydalanmaqla vaxt və xərclərinin optimallaşdırılmasına imkan yaradacaq, enerji təchizatı müəssisələrinin dayanıqlı və keyfiyyətli xidmət göstərməsinə töhfə verəcək.

Qərarlar 3 iyun 2024-cü il tarixindən qüvvəyə minəcək.

Həmçinin iclasda yeni dövlət qeydiyyatına alınan 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 505   Tarix: 04 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq mayın 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar

17 may
.

Bakıda 15 yaşlı qız özünü binadan atdı - VİDEO

Paytaxtın Nizami rayonunda yeniyetmə qız özünü binadan ataraq intihar edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -in sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 2009 təvəllüdlü G. Quliyeva (ad şərtidir) özünü binadan ataraq həyatına son qoyub. Hadisə baş verən ərazidən görüntülər

17 may
.

"Molokan" bağına giriş bağlandı

Bir müddət əvvəl ətrafı avtomobillər üçün bağlanan, Bakının "Molokan" bağı kimi tanınan Xaqani parkı hasarlanıb. Bağa giriş-çıxış bağlanıb, ərazidə təmir işlərinə başlanılıb. Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan "Qafqazinfo"nun sorğusuna cava

17 may
.

Bakıda sakinlər kafelərdən narazıdırlar: "Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər" - VİDEO

Bakının Xəzər rayonunda sakinlər bir sıra kafelərin fəaliyyətindən narazıdırlar. Bu barədə -a vətəndaşlar tərəfindən daxil olan şikayətdə qeyd edilib. Daha dəqiq desək, söhbət Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivindən gedir. Sakinlər iddia edirlər ki, kafelərdə qeyri-etik davranışlar

17 may
.

5 nəfərin xəsarət aldığı dəhşətli qəzadan GÖRÜNTÜLƏR - VİDEO

Ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə dünən axşam saat 18 radələrində, Lökbatan-Heybət avtomobil yolunda qeydə alınıb. Qəza zamanı KamAZ markalı yük avtomobili "Toyot

17 may
.

93,5 balla ölkə birincisi oldu - FOTO

Magistraturaya qəbul imtahanlarının II cəhdinin esse nəticələri açıqlanıb. -in "Qaynar xətti"nə daxil olan məlumata görə, nəticələrə görə Günay Quliyeva 93,5 balla ölkə birincisi olub. Məlumat üçün bildirək ki, Günay Quliyeva Bakı Dövlət Universitetinin tələbəsidir

18 may
.

Sabiq deputat Mahir Aslanova aid olan "Kəpəz" MTK vətəndaşları belə ALDATDI- İDDİA/FOTOLAR

"Sabiq deputata Mahir Aslanovun aid olan "Kəpəz" MTK vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satıb". Bu sözləri -a müraciət edən vətəndaş Heydərov Hüseynağa deyib. Vətəndaş bildirib ki, aldığı evlər eyni vaxtda başqa şəxsə də satılıb:. "Kəpəz" MTK-a aid olan Xırdala

17 may
.

Hacıqabulda vəzifəli şəxsin qəzada ölməsi barədə AÇIQLAMA - YENİLƏNİB + FOTO

"Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb". Bu barədə məlumat -ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib. Məlumatda qeyd olunub ki, 17.05.2024-cü il tarixində saat 02:35-d

17 may
.

Bir neçə gün əvvəl vəfat edən övladından yazdı - Fotolar

Xəbər verdiyimiz kimi, ARB telekanalında çalışan aparıcı Aynur Bağırova bir neçə gün əvvəl övladını itirib. Axşam.az-ın məlumatına görə, A.Bağırova sosial şəbəkə hesabında övladından yazıb. "Heç ağlıma gəlməzdi ki, səninlə sonuncu şəklim çəkilir. Qardaşın getmişdi, səninlə təskinlik tapdım, toparlandım

17 may