Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram""Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu".

Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib.

Stella Assanj Londonda Belmarş həbsxanasında saxlanılan ərinin vəziyyəti və psixoloji durumu haqqında danışaraq deyib ki, Culian son aylarda çox çətin zamanlar keçirib:

"Həbsxanada hər gün fərqlidir, onun qaldığı həbsxana çox sərt rejimli həbsxanadır. O, gündə 21-22 saat təcrid olunur və xarici aləmlə çox məhdud əlaqəsi var. İnternet yoxdur. Radioya isə qulaq asa bilir. Mənə, ailə üzvlərinə, vəkillərinə zəng edə bilir. Lakin bu, çox məhdud əlaqədir. Artıq beş ildir ki, oradadır. Bu, onun üçün çox çətin hal alıb".

Stella Assanj qeyd edib ki, o, Culianın ABŞ-də ədalətli mühakimə olunacağına inanmır:

"Culianın ABŞ-də ədalətli mühakimə olunacağı ehtimalı yoxdur. Çünki o, jurnalist olduğuna, doğru olan məlumatı alaraq onu ictimai maraqlar naminə dərc etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilir. Buna görə də ona qarşı ittihamlar bütün dünyada jurnalistlərin fəaliyyətinə qarşı cinayət hesab edilir".

Müsahibimiz qeyd edib ki, hətta Culiana açılan işin müddəaları yanlışdır və Casusluq Aktı ilk dəfədir ki, bir naşirə qarşı istifadə olunur.
"Culianın bu informasiyaları hansısa xarici dövlətin adından nəşr etdiyinə dair heç bir iddia yoxdur. ABŞ özü etiraf edir ki, Culian bunları ictimaiyyət üçün nəşr edib. Ancaq o, bunları ictimai maraqlar naminə nəşr etdiyini iddia edə bilmir, öz müdafiəsini bunun üzərində qura bilmir. ABŞ onu Casusluq Aktı ilə 17 maddə və CFAA (Kompüter Fırıldaqçılığı və Sui-istifadə Aktı) üzrə bir maddə ilə ittiham edib və bu, 175 il həbs cəzası deməkdir", - deyə Stella Assanj bildirib.

Stella Assanj növbəti məhkəmə dinləməsinin mayın 20-də keçiriləcəyini deyib. O vurğulayıb ki, bu, Culianın İngiltərədə ekstradisiya mübarizəsinə son verə biləcək dinləmədir: "Əgər o, prosesdə uduzarsa, Böyük Britaniya onu ekstradisiya etmək üçün hərəkətə keçəcək. Əlbəttə ki, Culian Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək, lakin bu, heç bir zəmanət deyil. Əgər ekstradisiya qərarı çıxarsa, Culian bir neçə saat, bir neçə gün və ya həftə ərzində ekstradisiya edilə bilər".

Londonda özünü təhlükədə hiss edib-etmədiyi ilə bağlı sualı Stella belə cavablandırdı: "Mən Londonda, xüsusən də Culianın səfirlikdə təzyiqə məruz qaldığı və əziyyət çəkdiyi dövrdə özümü təhlükə altında hiss etmişəm. Məni izləyirdilər, mənə bir şey olardısa, bundan Culianı səfirlikdən çıxarmaq üçün təzyiq vasitəsi kimi istifadə edəcəkdilər. Əlimizdə bununla bağlı dəlillər də var idi".

Qeyd edək ki, 2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən yeddi il gizlənib. 2019-cu il aprelin 11-də Britaniya polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib.

Bu il martın 26-da Britaniya məhkəməsi Assanjı dərhal ABŞ-yə təhvil verməkdən imtina edib. Hakimlər bildiriblər ki, ABŞ səlahiyyətliləri onun ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə başına nə gələcəyinə dair əlavə zəmanət verməsələr, Assanj apellyasiya şikayəti verə biləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 297   Tarix: 04 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qarajdan 4 kişi meyiti tapıldı

Rusiyanın Çelyabinsk şəhərindəki qarajların birində 4 kişi meyiti tapılıb. Rusiya mediasına istinadla bildirir ki, onların meyitləri mayın əvvəlində aşkarlanıb. İlkin məlumata görə, kişilər dəm qazından zəhərlənərək ölüblər. İstintaq Komitəsinin Çelyabinsk vilayəti üzrə idarəsi bildirib ki, mütəxəssislə

17 may
.

Kişi 10 il həyat yoldaşından DƏHŞƏTLİ SİRRİ GİZLƏTDİ

Britaniyalı qadın anonim hekayəsində iddia edir ki, əri 10 illik münasibəti zamanı ona sistemli şəkildə yalan danışıb və o, həqiqəti öyrənəndə şoka düşüb. O, əri ilə 8 ildir evli olduğunu, lakin 10 ildən artıqdır birlikdə olduqlarını deyib. xarici KİV-ə istinadən xəbər verir ki, şiddətli mübahisə zaman

16 may
.

Qocanın dəhşətli ölümü: Pis qoxular 5 aylıq həqiqəti ortaya çıxardı

Türkiyədə təxminən 5 ay əvvəl öldüyü ehtimal edilən şəxsin cəsədi konteynerdə tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 71 yaşlı Həsən Çətinkayaya məxsus konteynerdən qoxuların gəlməsi ilə vətəndaşlar vəziyyət 112 Təcili Zəng Mərkəzinə bildirilib. Qısa müddətdə hadisə yerinə gələn qruplar apardıqlar

17 may
.

Əyləncə məkanında dəhşət: Biznes sahibi öldü - VİDEO

Türkiyənin paytaxtı Ankara şəhərində əyləncə məkanında bir qrup müştəri naməlum səbəbdən ofisiantlarla mübahisə edib. xarici mediaya sitinadən xəbər evrir ki, döyüşü sakitləşdirməyə gələn iş adamı qrupun atəş açması nəticəsində yaralanıb. Həmin anlar iş yerinin təhlükəsizlik kamerasına əks olunub. Xəbə

17 may
.

14 yaşlı uşağı sosial mediada tanış olduğu şəxs döydü, ürəyi dayandı

Türkiyədə davada döyülən 14 yaşlı uşaq ağır yaralanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı iki nəfər saxlanılıb. Hadisə saat 18:00 radələrində İstiqlal küçəsində baş verib. İddiaya görə, 14 yaşlı uşaq sosial şəbəkədə başqa bir şəxslə mübahisə edib. Onlar İstiklal küçəsində görüşüblər

18 may
.

26 yaşlı qadın 16 ildir yemək və su qəbul etmir

Efiopiyalı qadın 10 yaşında olarkən yemək və sudan imtina etdiyini və bunun onun sağlamlığına heç bir təsiri olmadığını deyib. xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı Muluwork Ambavın sözlərinə görə, bir səhər məktəbə getməmişdən əvvəl iştahını itirib. Valideynlərinə səhər yeməyi yediyi barəd

16 may
.

Küçədə çılpaq gəzən kişini güllələdilər

Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində 41 yaşlı Tacikistan vətəndaşı çılpaq halda yoldan keçənlərə sataşıb. yerli mediaya istinadla bildirir ki, yerli sakinlərdən biri onun cinsi orqanını güllələyib. Məlumata görə, hadisə mayın 11-də Nyu Pavlinoda baş verib. Əcnəbi cinsi orqanını göstərərə

15 may
.

Uşaq arabası ilə aptekə gələrək oğurluq edib

Uşaq arabası ilə aptekə gedən qadın günəş kremi oğurladı. istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, ötən həftənin cümə axşamı saat 14.24 radələrində aptekdə baş verib. Əldə edilən məlumata görə, uşaq arabası ilə aptekə dərman almaq üçün gələn qadın dərmanlarını aldıqdan sonra ödəniş

15 may
.

Məsciddə partlayış: 11 nəfər öldü

Nigeriyada məsciddə baş verən partlayış baş verib. xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 11 nəfər ölüb, 17 nəfər yaralanıb. Müalicəsi davam edən bəzi yaralıların vəziyyətinin ağır olduğunu bildirilib. Ölənlərin sayının artacağı bildirib. Yaralılar xəstəxanaya aparılarkən, benzi

17 may