Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİLErmənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digər bölgələrdə yolları kəsməklə məşğul olur. Bununla da Koçaryan ölkədəki qarışıqlıqdan, xaosdan istifadə etmək, xalqı küçələrə tökmək, hakimiyyəti devirmək üçün növbəti dəfə şansını sınamaq qərarına gəlib.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Kilsə ilə ittifaq

Tavuş rayonunun kəndlərində davam edən etiraz aksiyalarının rəhbərinin Baqrat olması diqqətdən yayınmayıb. Uzun müddətdir baş nazirə qarşı kəskin çıxışlar edən din xadiminin Robertlə də əlaqəsi üzə çıxıb. Bir neçə il əvvəl Paşinyanın təqiblərindən qurtulmaq üçün kilsəyə sığınan və bu vasitə ilə ölkəni tərk etməyə çalışan eks-prezident 2021-ci il 17 fevral tarixində keçirilən mətbuat konfransında bəyan etdi ki, prezidentliyə namizəd irəli sürmək üçün ən yaxşı variant Erməni Apostol Kilsəsinin ruhani liderlərindən biri ola bilər, çünki o, qərəzsiz və ümumbəşəri hörmətə malik olacaq. Bu açıqlama bəzi ruhaniləri həvəsləndirmişdi. Bir sıra siyasətçi və şərhçinin də bu məsələdə Barqat Srbazanın adını hallandırması, sonuncunun iştahasını əməlli-başlı artırmışdı. 2021-ci ildə Robert Koçaryan tərəfdarları da ölkədəki xaosdan istifadə edərək, hakimiyyətə qayıdacaqlarına ümid edirdilər. Bu səbəbdən də tərəflər arasında gizli görüş keçirilir və razılaşdırılır ki, əgər Koçaryan hakimiyyətə qayıtsa, Baqrat katalikos postuna yiyələnəcək. Amma tərəflərin planı suya düşdü. Görünür, gizli ittifaq bu dəfə də vəzifə və mövqe uğrunda "döyüşə atılıb".

Srbazanın iç üzü

Srbazanın ən böyük arzusu isə katolikos olmaqdır. Bu səbəbdən din xadimi baş nazirə və siyasi elitaya qarşı hücumlarını daha da kəskinləşdirir, lider olmaq, özünü xalqın atası kimi aparmaq üçün dəridən-qabıqdan çıxır. Tavuş hadisələri isə məsələnin duz-istiotu olub. İş o həddə çatıb ki, Baqrat artıq terrora da əl atacağının işarəsini verib və "Yerkrap"ın rəhbəri Sasun Mikaelyana səslənib. Bu isə güc strukturları ilə könüllü dəstələri arasında ciddi qarşıdurma yaratma həvəsindən xəbər verir. Tavuş yeparxiyasının rəhbəri artıq yaxın çevrəsinə bəyan edib ki, bu aksiya uğursuz olsa, nəticə əldə edilməsə də, özünü yaxşı reklam edə bilib.

Koçaryanın dəstəsi iş başında
Koçaryan texnoloqları hakimiyyəti devirmək üçün "dahiyanə" üsula əl atmaq qərarına gəliblər. "Ermənistan" bloku və Daşnaksütyun fəalları ilə gizli razılaşmadan sonra kiçik qruplarla yolları bağlamaq, ölkədə xaos yaratmaq ideyası ortaya atılıb. Maraqlıdır ki, hər qruplaşmaya müxalifətin iki deputatı rəhbərlik edib və sayı 10-20 nəfər arası olan şəxslər müxtəlif üsullarla yolları bağlamağa cəhd göstəriblər. Hədəf İrəvanın mərkəzi küçələri və dövlətlərarası şose yolları olub. Bununla da şəbəkə və təşkilatlanmış etiraz aksiyası görüntüsü yaradılmağa çalışılıb. Maraqlıdır ki, bütün xəbərlər əsasən müxalifətin KİV-lərində yayımlanıb və küçələrə cəmi 10-20 nəfər çıxsa da, sayı izdiham kimi qələmə vermək siyasəti yürüdülüb. Təşkilatçılar bununla evlərində oturan sadə erməni vətəndaşını təxribatlara cəlb etmək, aksiyanın miqyasını böyütmək niyyəti güdüblər. Amma plan əks-effekt verib.

Koçaryan "komandası"nın ifşası

Fraksiyanın təşkil etdiyi aksiyalarda Karen Koçaryan da gözə dəyib. Bu şəxs 2021-ci il parlament seçkilərində Robert tərəfindən işə götürülüb və seçkiöncəsi kampaniyanı idarə edib. Onun yanında isə David Saakyants olub. Bu şəxs isə Koçaryan komandası üçün hökumət əleyhinə kampaniyaya rəhbərlik edir və bu işdən külli miqdarda pul qazanır. Noyemberyan-Baqratşen yolunda təxribata cəhd edən və polis tərəfindən saxlanılan şəxsin axtarışda olan cinayətkar olduğu üzə çıxıb. İki istiqamətdə aksiyaçılara qoşulan, özünü general kimi təqdim edən şəxsin hərbçi olmadığı da məlum olub. Başqa bir fakt: İrəvan küçələrinin birində yolu bloklamağa çalışan kiçik qrupun fotoları növbəti gün başqa rakursdan başqa bir aksiya kimi müxalif KİV-də təqdim edilib.

Bir neçə gün əvvəl Ermənistan parlamentinin qarşısında baş verən kiçik aksiya isə elə erməni KİV tərəfindən ifşa edilib və lağa qoyulub. Məlum olub ki, etiraza rəhbərlik edən Ovanes Şaqinyan İrəvanın Ərəbkir rayonunun keçmiş icra başçısı, eyni rayonun keçmiş polis rəisi və Milli Olimpiya Komitəsinin keçmiş üzvüdür. Bu şəxs bu vəzifələrdə Koçaryanın hakimiyyəti illərində çalışıb.

Paşinyan hərəkətə keçdi

Təbii ki, bu hadisələrin Koçaryan tərəfindən idarə olunması hakimiyyət tərəfindən cavabsız qala bilməzdi. Elə bu səbəbdən də Ermənistanın baş prokuroru Anna Vardapetyan bəyan edib ki, ikinci prezident Robert Koçaryan və "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın onlarla daşınmaz əmlakı və yüz milyonlarla dollar vəsaiti qanunsuz olduğu üçün müsadirə ediləcək. Təkcə Koçaryan və onun ailəsinin yeddi üzvünün 25 daşınmaz əmlakı, beş nəqliyyat vasitəsi, dörd milyon dollarlıq səhmi əlindən alınmalıdır. Prokurorluq Koçaryanın Ermənistanda və xaricdə 16 hüquqi şəxsin fəaliyyətində iştirakına xitam verməyə çalışır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2293   Tarix: 05 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aptekə gedəndə bildi ki, sən demə ÖLÜB

Türkiyədə dərman almaq üçün aptekə gedən şəxs "öldü"yünü öyrənib. xarici mediaya istinadən xəbər verir ki, aptek işçiləri tərəfindən 67 yaşlı şəxsin sənədlərdə ölü kimi qeyd edildiyi deyilib. 67 yaşlı qoca şoka düşüb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onunla eyni adlı daha bi

16 may
.

Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsddə şübhəli bilinən yazıçı Yuray Tsintula məhkəmədə günahını etiraf edib. "Report" xəbər verir ki, bu barədə RTVS xəbər portalı məlumat yayıb. Bildirilib ki, prokurorluğun təqsirləndirilən şəxsin həbsi ilə bağlı vəsatətinə baxan məhkəmə iclasınd

18 may
.

Hindistanda azı 12 nəfər ildırım vurması nəticəsində həyatını itirib

Hindistanın şərqindəki Qərbi Benqal ştatında ildırımın vurması nəticəsində azı 12 nəfər həyatını itirib. Qeyd olunur ki, həyatını itirən şəxslər ştatın paytaxtı Kolkatadan 327 kilometr şimalda yerləşən Malda rayonunun sakinidirlər. Hadisə sakinlər tarlada işləyərkən baş verib

17 may
.

"Arsenal" Arda Güler üçün 45 milyon avro təklif etdi, "Real Madrid" qəbul etmədi

"Arsenal" klubu Arda Güler üçün 45 milyon avro təklif etsə də, "Real Madrid" klubu qəbul etməyib. Məlumata görə, İngiltərə klubu 19 yaşlı yarımmüdafiəçi üçün 45 milyon avro təklif göndərsə də, "Kral" klubu futbolçunun satılmadığını bildirib. Arda Gülerin transferini gerçəkləşdirmə

17 may
.

Vladimir Putin: "Xarkovu ələ keçirməyi planlaşdırmırıq"

"Rusiyanın hazırda Xarkovu ələ keçirmək planı yoxdur". Bu sözləri Çində səfərdə olan Rusiya Prezidenti Vladimir Putin deyib. V.Putin əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin Xarkov istiqamətində həyata keçirdiyi əməliyyat Ukrayna hakimiyyətinin günahıdır. "Bu, Rusiya regionlarının atəş

17 may
.

Artıq "Tiktok"da bir saatlıq videolar yüklənə biləcək

"Tiktok" vətəndaşlara proqrama 60 dəqiqəlik video yükləməyə imkan verən variantı sınaqdan keçirirlər. xəbər verir ki, bu barədə "TechCrunch" portalı məlumat yayıb. Ancaq bu bəzi istifadəçilər üçün xoşagəlməz bir yenilikdir. Çünki hazırda istifadəçilər uzun videoları fraqmentlərə bölü

17 may
.

Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?

Dəhşətli cinayətlər çox vaxt insanlar üçün maraqlı olub. Kişi seriyalı qatillər və cinayətkar dəstələri tez-tez xatırlansa da, tarixdə qadın mafiyaları da az deyil. Bəs bu qadınların hansı cinayətlərdə əli olub?. tarixin ən məşhur 6 qadın mafiyasını təqdim edir. 1. Milyarder statusu alan ilk qanqste

17 may
.

Məsciddə partlayış: 11 nəfər öldü

Nigeriyada məsciddə baş verən partlayış baş verib. xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 11 nəfər ölüb, 17 nəfər yaralanıb. Müalicəsi davam edən bəzi yaralıların vəziyyətinin ağır olduğunu bildirilib. Ölənlərin sayının artacağı bildirib. Yaralılar xəstəxanaya aparılarkən, benzi

17 may
.

"Mona Liza"nın sirlərindən biri AÇILDI

İtaliyalı alim Enn Pizzorusso sənət tarixinin ən sirli rəsmlərindən biri olan Leonardo da Vinçinin "Mona Liza" əsəri ilə bağlı unikal tapıntılarını təqdim edib. -ın xarici mediaya istinadən xəbərinə görə, alim "Mona Liza" əsərinin fonunda təsvir edilmiş mənzərənin harada yerləşdiyin

16 may