Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI

Bakının məşhur bazarı söküləcək – AÇIQLANDIBakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir.

AAYDA-dan verilən xəbərə görə, layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.

Belə ki, layihənin keçəcəyi ərazi Nərimanov rayonundakı "Keşlə bazarı" ilə kəsişmədə yerləşir. Belə olan halda sözügedən bazarın sökülmə ehtimalları da artıb. Layihəyə əsasən, Bakıda metronun "Koroğlu" metrostansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə əlaqədar paytaxtın Nərimanov rayonunda yerləşən "Keşlə bazarı"nın sökülməsi gözlənilir. Məlumat hələ təsdiqini tapmasa da, bazrın sökülmə ehitmalının olduqca böyük olduğunu vurğulamaq istərdik.

"Keşlə Bazarı"nın söküləcəyi ilə bağlı məlumatlar yeni deyil. Belə ki, paytaxtın bu məşhur bazarının sökülməsi ilə bağlı xəbər hələ 2015-ci ildə elə məhz sözügedən yolun çəkilməsi ilə bağlı məlumat verildikdən sonra aktuallaşmışdı. Lakin sözügedən yolun tikintisi həmin il təxirə salındı və keçdiyimiz günlərə qədər də bir xəbər yox idi. Lakin AAYDA metronun "Koroğlu" stansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə bağlı qərarı açıqlandıqdan sonra yenidən bu məsələ gündəmə gəlidi.

"Keşlə bazarı"nın sökülməsinin artıq plana salınacağı gözlənilir və buna səbəb yolun bazarın ərazisindən keçəcək hissəsinin olmasıdır.

Mövzu ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı refereans.az-a açıqlamasında bildirdi ki, bu günə qədər bir çox dövlət layihələrinin icrasına görə Bakıda onlarla bazar və ya böyük obyektlər sökülüb:

"İstənilən halda hər hansı obyekt söküləcəksə, deməli bunun öncədən planlaşdırılması aparılıb. "Keşlə bazarı"nın sökülməsi uzun zaman tələb edir ki, bunu la bağlı ciddi araşdırmalar aparılsın və təxminən nə qədər infrastruktur lazımdır və s. Binə və Sədərək vaxtilə hava limanının yanında yerləşirdi. Amma söküldü və Qaradağ rayonuna köçürüldü. "Təzə Bazar"ın özü də söküldü və yox elədilər".

Ekspert qeyd edib ki, əsas məqsəd yol nəqliyyat ifrastrukturunun təşkili məsələsidir. Bu məsələnin özü AAYDA tərəfindən araşdırılıb və ciddi nəticələrinin olacağı gözlənilir.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli referans.az-a bildirib ki, hazırda ərazidə profilaktik işlər aparılır və hansı obyektlərin sökülüb-sökülməyəcəyi araşdırılır.

"Bununla bağlı hazırda, həmin ərazidə qiymətləndirmə işləri aparılır. Hansı ərazidə hansı obyektlərin söküləcəyi dəqiqləşdirilir. Bununla bağlı öncədən hər hansı dəqiqləşdirilməmiş məlumat vermək düzgün olmaz. Yekun nəticə əldə olunsun, həmin zaman ictimaiyyətə məlumat veriləcək"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1776   Tarix: 07 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda sevgilisi ilə hotelə gedən qadın uşaqlarını da özü ilə aparıb - TƏFƏRRÜAT

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını hotelin binasından atan şəxsə hökm oxunub. -ın məlumatına görə, 1995-ci il təvəllüdlü Şükür Qəmbərov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlə

17 may
.

Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO

Paltarı kimisi tikdirməyin, kimisi isə almağın tərəfdarıdır. Xüsusən də, bu məsələ abituriyent və tələbələr üçün daha aktualdır. Paltarı tikdirməyə üstünlük verənlər deyirlər ki, bu, əsasən almaqdan daha baha başa gəlir. Satıcıların sözlərinə görə, parça bazarı may ayında daha çox canlanır. Buna səbə

18 may
.

Bu Amerika ölkəsində müsəlmanlar az qala hakimiyyətə gələcəkdi - TARİX

Bu dəfə qeyri-adi bir hadisədən – Karib dənizinin cənubunda yerləşən ada dövləti Trinidad və Tabaqoda radikal müsəlman dindarların hakimiyyətə gəlmək cəhdindən danışacağıq. Həmin hadisə 1990-cı il iyulun 27-də baş verib və 24 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə başa çatıb. Trinidad v

16 may
.

Elza: "Məni tənqid edənlər ailə tərbiyəsi görməyən, dişini yumayanlardır" - VİDEO

"Tənqid üçün ürəyim gedir. Çünki tənqid insanı inkişafa aparır. Ölməz bəstəkarımız Qara Qarayev deyib ki, "Tənqid edənləri mən qızıl axtaranlara bənzədirəm. Tənqidçilər sübut edəcək dərəcədə tənqid etməyi bacarmalıdırlar". Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyini

16 may
.

Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?

1993-cü ildə yayımlanan "Yuranın Parkı" filminə baxıb, "Bu, həqiqətən də baş verə bilərmi? Dinozavrlar nə vaxtsa geri qayıda bilərmi?" deyə düşünmüsünüzmü? Elm adamları bu mövzuda müxtəlif açıqlamalar veriblər!. Dinozavrların aramıza qayıtması ideyası bəziləri üçün çox valehedic

16 may
.

Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO

Avtomobili və sürücülük vəsiqəsi olmayan Ağdaş sakininin yaşadığı ünvana radara düşməsi ilə bağlı cərimə protokolu gəlib. -ın məlumatına görə, Ağdaş rayonu, Qolqəti kənd sakini 17 yaşlı Orxan Həsənov deyir ki, hazırda adında radara düşməsi ilə bağlı iki cərimə protokolu var. Orxan Həsənov bildirib ki

18 may
.

ŞOK: "Paşinyan öldürüləcək! Putin son görüşdə deyib ki…" – VİDEO

"Nikol Paşinyan hakimiyyətdə qalsa da, getsə də, KQB (Rusiya Federal Təhlükəsizlik Xidməti – red.) onu öldürəcək". xəbər verir ki, bu iddia ilə Ermənistanın "Tseqakron" partiyasının rəhbəri Şant Arutyunyan çıxış edib. Ətraflı videoda:

17 may
.

Zibilyığan olmaq üçün hər şey edilən, qeyri-adi vergiləri olan şəhər - VİDEO

Baku TV-nin efirində Gülnar Muradovanın təqdimatında yayımlanan "Oralarda necədir?" rubrikasının yeni buraxılışı efirə gedib. Bu dəfə okean sahilindəki çimərliklərinə, hündürlüyü 38 metr olan Korkovado dağından qollarını açmış İsa Məsih heykəlinə və məşhur karnavallarına görə adı dillər əzbər

17 may
.

"Azərbaycanda kağız sənədləri QR kod əvəzləyəcək" - İDDİA - VİDEO

Azərbaycanda kağız sənədləri Qr kod əvəzləyəcək. Bu sözlər teleqramdaki xəbər kanallarının birində paylaşılıb. Qeyd olunub ki, bu ilin sonuna qədər doğum, nikah və ölüm şəhadətnamələri, şəxsiyyət vəsiqələri elektronlaşdırılacaq. Yəni sənədlər olunaraq Qr kod ilə göndərilə biləcək. Bəs vətəndaşlar üçü

17 may