İşdən çıxarılan məşhur cərrahdan AÇIQLAMA

İşdən çıxarılan məşhur cərrahdan AÇIQLAMATibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib.

Bu barədə BakuPost.az-a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb.

"Hakim Fuad Talışınskinin sədrliyi ilə məhkəmə birinci qərarı qüvvədə saxladı. Hər iki tələbim təmin edildi. Mən 2017-ci ildən bəri çalışdığım xəstəxanaya qayıtmağa hazırlaşıram. Mayın sonu işə çıxmaq istəyirəm.

Mənim direktorla heç bir şəxsi qərəzliyim yoxdur. Sübut etdim ki, peşəmi şərəflə icra etmişəm və müharibədə can qoyan cərrahı 70Ç bəndi ilə işdən belə çıxarmaq hörmətsizlikdir".

Anar Mehdiyev səkkiz aydır işsiz olduğunu bildirib, bu müddət ərzində yığılmış 9600 manat əmək haqqının da ödənilməsini tələb edib.

Qeyd edək ki, A.Mehdiyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. O, 2005-2007-ci illərdə Rusiyanın Moskva şəhəri NV Sklifasovski adına Elmi Tədqiqat Təcili Yardım İnstitutunda ümumi cərrahiyyə üzrə klinik ordinatura keçib. 2008-ci ildə Moskva şəhəri RUDN hospital cərrahiyyə kafedrasında, 12 barmaq bağırsaq, mədə və mədə-bağırsaq anastomozlarının postvaqotom residiv xoralarının cərrahi müalicəsi və profilaktikası mövzusunda dissertasiyasını bitirərək tibb elmləri namizədi alimlik dərəcəsini alıb. 2012-ci ildə Almaniyada, 2014-cü ildə isə Türkiyədə təkmilləşmə kursu keçib. Bir çox elmi məqalələrin müəllifidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 489   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Slovakiya Baş nazirinə sui-qəsd cəhdində "Rusiya izi" ortaya çıxdı...-FOTO-FAKT

Robert Fitsonu güllələyən şəxs əvvəllər Kremlin təbliğatını təkrar edən yarımhərbi qrupa dəstək verib. Slovakiyanın baş naziri Robert Fitsonun həyatına sui-qəsd cəhdinə görə saxlanılan 71 yaşlı Yuray Çintula əvvəllər rusiyayönümlü "Slovensky Branci" yarımhərbi dəstəsini vəsf edib və üzvlər

16 may
.

Paşinyan Azərbaycana gəlsin? - Paytaxt sakinlərindən maraqlı cavablar - Video

Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə Ermənistanın baş naziri Nikol Paşinyan da nümayəndə heyəti ilə gələ bilər. Siyasi şərhçilər bildirir ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi müqabilində Ermənistanın da bu təşkilatın büro üzvlüyünə seçilməsinə razılıq verilib. Belə olan hald

17 may
.

Azərbaycanda doğulan uşaqların sayı niyə azalıb? * VİDEO

Son illər ölkəmizdə doğulan uşaqların sayında azalma müşahidə edilir. Bu barədə Dövlət Statistika Komitəsi məlumatında qeyd olunub. Bəs bir zamanlar çoxuşaqlı ailələrin az qala bəhsə girdiyi ölkəmizdə hazırda uşaq sayının azalması hansı səbəblərdən qaynaqlanır. xəbər verir ki, "Xəbər Ertəsi"

17 may
.

Tehran metrosunda dəhşət: "Repressiv qüvvələr gənci güllələdilər" - VİDEO

Tehran metrosunun ikinci xəttində yerləşən "Fədək" stansiyasında gənc güllələnib. Bu barədə "Azad İran" "Telegram" kanalı sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən xəbər yayıb. Videogörüntüdə güllələnən gənc stansiyanın döşəməsində qan içində qalıb. Məlumata görə

16 may
.

Bu Amerika ölkəsində müsəlmanlar az qala hakimiyyətə gələcəkdi - TARİX

Bu dəfə qeyri-adi bir hadisədən – Karib dənizinin cənubunda yerləşən ada dövləti Trinidad və Tabaqoda radikal müsəlman dindarların hakimiyyətə gəlmək cəhdindən danışacağıq. Həmin hadisə 1990-cı il iyulun 27-də baş verib və 24 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə başa çatıb. Trinidad v

16 may
.

"Niyə boğazına qədər qan içində?": III Çarlzın yeni portreti sosial şəbəkəni dəhşətə gətirdi - FOTO/VİDEO

Britaniya kralı II Çarlzın tacqoymasının birinci ildönümü münasibətilə Bukingem Sarayı onun monarx kimi ilk rəsmi portretini təqdim edib. Rəsmin müəllifi Conatan Yeo olub. Yeni portretdə Əlahəzrət 1975-ci ildə polkovnik olduğu Uels Qvardiyasının geyimində göstərilir. Rəsm Londondakı "Drapers Hall"d

16 may
.

Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO

Avtomobili və sürücülük vəsiqəsi olmayan Ağdaş sakininin yaşadığı ünvana radara düşməsi ilə bağlı cərimə protokolu gəlib. -ın məlumatına görə, Ağdaş rayonu, Qolqəti kənd sakini 17 yaşlı Orxan Həsənov deyir ki, hazırda adında radara düşməsi ilə bağlı iki cərimə protokolu var. Orxan Həsənov bildirib ki

18 may
.

Elza: "Məni tənqid edənlər ailə tərbiyəsi görməyən, dişini yumayanlardır" - VİDEO

"Tənqid üçün ürəyim gedir. Çünki tənqid insanı inkişafa aparır. Ölməz bəstəkarımız Qara Qarayev deyib ki, "Tənqid edənləri mən qızıl axtaranlara bənzədirəm. Tənqidçilər sübut edəcək dərəcədə tənqid etməyi bacarmalıdırlar". Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyini

16 may
.

Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?

1993-cü ildə yayımlanan "Yuranın Parkı" filminə baxıb, "Bu, həqiqətən də baş verə bilərmi? Dinozavrlar nə vaxtsa geri qayıda bilərmi?" deyə düşünmüsünüzmü? Elm adamları bu mövzuda müxtəlif açıqlamalar veriblər!. Dinozavrların aramıza qayıtması ideyası bəziləri üçün çox valehedic

16 may