DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Bunu etsəniz, 400 manat CƏRİMƏ OLUNACAQSINIZ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Bunu etsəniz, 400 manat CƏRİMƏ OLUNACAQSINIZSpirtli içki istifadə edərək avtomobil idarə edən sürücülərə hələ də rast gəlinir. Həm öz, həm də digərlərinin həyatlarını təhlükəyə atmalarına rəğmən bəzi sürücülər sərxoş halda sükan arxasına əyləşirlər.

BAKU.WS xəbər verir ki, sərxoş halda avtomobil idarə etmək ən yaxşı halda qayda pozuntusu, ən pis halda isə ağır qəzalar və insan ölümləri ilə nəticələnir.

Spirtli içki istifadə edərək avtomobil idarə edən sürücüləri müəyyən etmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları mütəmadi olaraq reydlər keçirirlər. Bəzi sürücülər sərxoş halda avtomobil idarə etdikləri müəyyən olunduğu halda onları hansı cəzanın gözlədiyindən xəbərsizdir.

Baş DYP İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, edilən xəbərdarlıqlar və görülən tədbirlərə baxmayaraq bəzi sürücülər yol hərəkəti qaydalarına qarşı hələ də biganə yanaşırlar və bu da sonda xoşagəlməz hadisələrin baş verməsi ilə nəticələnir:
DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Bunu etsəniz, 400 manat CƏRİMƏ OLUNACAQSINIZ"Bəzi sürücülər spirtli içkinin təsiri altında avtomobil idarə edilər ki, bu da həm sürücü, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün birmənalı olaraq potensial təhlükədir. Dövlət Yol Polisi əməkdaşları tərəfindən sürücünün nəqliyyat vasitəsini idarə edərkən şübhə doğuran hal aşkar olunan zaman sürücü yoxlanılır. Həmin sürücü əgər nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə edirsə, onun barəsində ciddi intizam tədbiri görülür.

Əgər sürücünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etməsi aşkarlanarsa, İnzibai Xətalar Məcəlləsinin 333.1 maddəsinə əsasən onu 400 AZN cərimə və 5 cərimə balı gözləyir, və ya 6 aydan 12 aya qədər sürücülük vəsiqəsi məhdudlaşdırılır".

Qeyd edək ki, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi zamanı nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 504   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18 may
.

Yaşlı qadını döyüb pulunu əlindən aldılar -Saxlanılan var

Oğuzda quldurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, hadisə rayonunun Qumlaq kəndində baş verib. Belə ki, gecə saatlarında naməlum şəxs yaşlı qadını döyərək onun üzərində olan pul vəsaitini ələ keçirib. Rayon polis şöbəsini

18 may
.

İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB+FOTO

Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Bu barədə AZƏRTAC məlumat yayıb. 11:01. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlə

19 may
.

"Bəlkə də Yaşar Nuri məni həqiqətən sevirdi"

"Elə bilirlər paxıllıqdan deyirəm, amma Azərbaycan serialına baxmıram. Türk seriallarına baxıram. Türkiyədə qayda var ki, bir serialda oynayan aktyor ikinciyə gedə bilməz. Bizdə isə açırsan ki, indi buradadı, sonra başqasında. Deyirəm, başımı niyə yoruram". Axşam.az xəbər verir ki, bu sözlər

18 may
.

Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?

Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin helikopteri qəzaya uğrayıb. İRNA prezidenti daşıyan helikopterin Şərqi Azərbaycan əyalətinin Brazin kəndi ilə Ərdəşiri arasındakı mərkəzi Dizmar meşəsində qəzaya uğrayıb. Helikopterdə Prezident İbrahim Rəisi ilə birgə Təbrizin cümə imamı Höccətülisla

19 may
.

Bu il ali məktəblərə qəbul balı arta bilər?

"Builki keçid balları ümumi nəticələrə əsasən formalaşacaq". Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib. "Eləc

18 may
.

Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Mayın 18-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb

18 may
.

Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"

"Qız Qalası" hidroqovşağının açılışı və "Xudafərin" hidroqovşağının istismara verilməsi, hesab edirəm ki, tarixi hadisədir". AZƏRTAC xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası"

19 may
.

"Mehr" agentliyi İran Prezidenti ilə bağlı məlumatı SİLDİ

"Mehr" agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı məlumatı silib. Bu barədə TASS məlumat yayıb. Bundan əvvəl "Mehr" agentliyi bildirib ki, helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahia

19 may