"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb
Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyi cərimə edilib.
Qaynarinfo xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti quruma İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələri ilə cərimə yazıb.
192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə, 198.1.5-ci maddə isə normal əmək və istirahət rejiminə riayət edilməməsi bağlıdır.
Birincidə, vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək, ikincidə isə 500 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
"Azərterminalkompleks" Birliyi dövlət xidmətinin qərarından məhkəməyə şikayət edib. Qurumun şikayətinə Sabunçu Rayon Məhkəməsində baxılacaq. Nigar İmanova iş üzrə hakim təyin edilib.
"Azərterminalkompleks" Birliyinin direktor vəzifəsinin icrası general-mayor Kənan Aşurluya həvalə edilib. O, 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 444 Tarix: 08 may 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİraq İran Prezidentinin helikopterinin axtarışına kömək edəcək
İraqın Baş naziri Məhəmməd əl-Sudani ölkənin Daxili İşlər Nazirliyinə İran Prezidenti İbrahim Rəisinin helikopterinin axtarışına kömək etməyi tapşırıb. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Agentlik qeyd edib ki, hazırda İranın bütün təhlükəsizlik qüvvələr
19 mayDİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc
18 maySabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında mayın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləy
18 mayTürkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) "X"dəki hesabında bildirib. Bu gün İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramas
19 mayBagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri ordunun bütün qüvvələrinin, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və polisin prezident İbrahim Rəisinin olduğu helikopterin axtarışına cəlb edilməsi barədə göstəriş verib. Bu barədə İRİB məlumat yayıb. Qeyd edək ki, İran Prezidenti İbrahi
19 may