Deputat oğlunun Londondakı şirkəti aktivlərini artırıb
Millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadənin rəhbərlik etdiyi və 2007-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan "Ugano Limited" adlı şirkət maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Orxan Quluzadənin rəhbərlik etdiyi "Ugano Limited"in aktivləri son hesabat ilində 148 min funt-sterlinq (311 min manat) artaraq 2,9 milyon funt-sterlinqə (6,1 milyon manat) yüksəlib.
Məlumat üçün bildirək ki, Londonda "11 Larch Court Admiral Walk, Carlton Gate, London, W9 3UA" ünvanında qeydiyyatda olan "Ugano Limited" şirkətinə yarandığı gündən (28 avqust 2007-ci il) Orxan Quluzadə (18 yaşından) rəhbərlik edir. 2007-2010-cu illərdə Ahmad Han adlı Böyük Britaniya vətəndaşı, 2010-2020-ci illərdə isə Aynur Quliyeva adlı (millət vəkili Ülvi Quliyevin həyat yoldaşı) Azərbaycan vətəndaşı şirkətdə katib vəzifəsini icra edib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1400 Tarix: 08 may 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMərkəzi Bankda yeni TƏYİNAT
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub. xəbər verir ki, Məhəmməd Məhərrəmli Mərkəzi Bankın Risklərin İdarə Edilməsi Departamentinin direktoru təyin olunub. Qeyd edək ki, Məhəmməd Məhərrəmli 2008-2012-ci illərdə bakalavr təhsilini maliyyə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetini
20 mayAlça yığarkən öldü
Mayın 19-da saat 8 radələrində Göyçayda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, Ulaşlı-Şıxlı kəndində yerləşən bağ sahəsində 200-ci il təvəllüdlü İsmayıl Rafiq oğlu İsmayılov ağacdan alça yığarkən ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elektrik xəttin
20 may"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR
Azərbaycan Braziliya Cui Citsu İctimai Birliyinin təşkilatçılığı ilə Şuşanın 2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi və bir zamanlar Şuşanın işğal günü kimi qeyd etdiyimiz 8 may tarixinin məhz 2024-cü ildə Şuşaya köç tarixilə əvəz edilməsi münasibətilə "Şuşaya qayıdış"
20 mayTürkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) "X"dəki hesabında bildirib. Bu gün İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramas
19 may