Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...Pandemiyanın ən çox ziyan vurduğu sahələrdən biri də turizm sektorudur. Bu dövrdə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlamışdı. Hələ quru sərhədlər açılmasa da, ölkəmizə turist axını yenidən bərpa olunur. Lakin Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedirlər. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 8.8 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, xarici turistlərin 3,1 faizi Naftalanda, 2,9 faizi Qubada, 2,5 faizi Qəbələdə, 0,4 faizi Şabranda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Göründüyü kimi, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda, bu normal qarşılansa da, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.

Bu barədə turizm məsələləri üzrə ekspert Əziz Şiriyev Publika.az-a açıqlama verib.

O qeyd edib ki, gələn turistlərin Bakıda qalmasının bir neçə səbəbi var:

"Bunlardan biri Bakının həqiqətən də çox gözəl olmasıdır. Gələn turistlərin əksəriyyəti 3 gecə/4 gün, 4 gecə/5 gün gəldiyinə görə, o vaxt ərzində Bakı, Qobustan, palçıq vulkanı, Abşeron, Yanardağ, Qala muzeylərinə səfərlər edirlər. Bəzən alış-veriş də edirlər. Amma bu da işin əsas səbəblərindən biri olmamalıdır. Ümumiyyətlə, regionlardakı hava limanları gücləndirilmiş iş rejiminə keçməlidir Daha da münasib qiymətlərlə geniş imkanlar yaradılmalıdır. Məsələn, Qəbələdə bu prosesi keçdik. Ərəb və Körfəz ölkələrindən gələn turistlərin 90 % birbaşa uçuşlarla Qəbələyə gəlirdilər. Həm orada qalırdılar, həm də gəzirdilər. Həmçinin Qəbələ ilə yanaşı oradan da Şəki, Zaqatala, Qax və Balakənə gedirdilər".

2024-cü ilin ilk rübündə hotellərdə qalanların sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 41,9 faiz artaraq 779,4 min olub. Yerli və xarici turistlər daxil olmaqla gecələmələrin ümumi sayının 64,7 faizi Bakıda, 9,3 faizi Qusarda, 4,0 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Şabranda, 3,0 faizi Qəbələdə, 1,8 faizi Lənkəranda, 1,1 faizi Gəncədə, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 7,6 faizi digər şəhər və rayonlardakı hotellərdə qeydə alınıb.

Ekspert əlavə edib ki, turistlər üçün yeni imkanlar yaradılmalıdır:

"Qərb və cənub bölgələrində hava limanları var. Ona görə də həmin istiqamətlər üzrə reyslər həyata keçirmək olar. Daha çox turistləri cəlb etmək üçün gələn qonaqları Gəncə hava limanından ödənişsiz olaraq Naftalana aparmaq olar. Bu da sağlamlıq turizminə öz töhfəsini verəcək. Bakıya gələn turistlərin əksəriyyəti ya Qubaya, ya da Qəbələyə gedir. Bölgələrdə festivallar keçirsək, daha maraqlı olar. Bizim çox gözəl toy adət-ənənələrimiz, milli mətbəximiz var. Hər bir bölgənin öz mətbəxi var. Beləliklə, fərqli yanaşsaq, bölgələri daha da maraqlı edə bilərik. Xüsusən 44 günlük zəfərdən sonra ölkəmizin nüfuzu dünyada daha da artmışdır. Buna görə də daha çox turisti cəlb etmək imkanımız var. Xüsusən Qarabağ bölgəsinə yaxın gələcəkdə minlərlə turisti cəlb etmək imkanımız olacaq. Digər bölgələrin potensialı olduqca yüksəkdir. Sadəcə xüsusi proqramlarla həmin yerləri daha da əyləncəli etmək lazımdır".

Turizm eksperti Ceyhun Aşurov deyib ki, Bakıda hotellər daha çoxdur, bu da turistlər üçün əlverişlidir:

"Ölkəyə giriş-çıxış yalnız Bakıdan, yəni Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir. Statistikaya görə uçuşların 90%-dən çoxu yalnız bu hava limanından baş tutur. Bu həm də o deməkdir ki, əcnəbilər Bakıya gəlməklə bir neçə gününü burada keçirirlər. Rayona gedənlərlə yanaşı, getməyənlər də olur. Rayona gedənlər də orada uzunmüddətli qalmırlar. Çünki qayıdanda yenə Heydər Əliyev Beynəlxalq Aeroportundan qayıdacaqlar. Bütün bunlar əlavə xərc və enerji itkisidir. Turistdə istirahətə gəlib, yorulmaq istəmir. Həm büdcəsinə, həm də əlçatanlığına görə Bakını seçir. 4-5 günlük gələn turist rayonlara gedərsə, günün çox hissəsini yolda itirmiş olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 707   Tarix: 09 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güney Azərbaycanda "Ana dilində danışaq" aksiyasına başlanılıb - VİDEO

Güney Azərbaycanda milli fəallar aksiyaya başlayıblar. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib. Məlumata görə, aksiya Azərbaycan dilini fars ifadələrindən təmizləməyə və Ana dilini inkişaf etdirməyə çağırmaq üçün keçirilir

18 may
.

Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR

Polşanın Baş naziri Donald Tusk Slovakiyanın Baş naziri Robert Fikoya qarşı sui-qəsd cəhdindən sonra hədələr almağa başlayıb. xəbər verir ki, bu barədə Polşa hökumətinin başçısı "X" sosial şəbəkəsində danışıb. Polşalı siyasətçi təhdidlərdən birini göstərərək, belə mesajların çox olduğunu qey

17 may
.

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları rəsmən TƏSDİQLƏNDİ

İranda prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin cəsədlərinin tanınması prosesinə başlanılıb. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Öz növbəsində İranın vitse-prezidenti Möhsün Mənsuri prezident İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzasınd

20 may
.

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları bildirildi

İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopterin qalıqları tapılıb, ancaq qəzadan sağ çıxan olmayıb. Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivand deyib. "Qəzaya uğramış helikopter qalıqlarının tapıldığı yerdə sağ qalmış sərnişin olmayıb"

20 may
.

Bələdiyyələr ləğv edilərək prezidentin xüsusi nümayəndəlikləri ilə BİRLƏŞDİRİLSİN - TƏKLİF

Bu gün Azərbaycanda bələdiyyələr ilə bağlı vətəndaşlar tərəfindən ciddi narazılıqlar var. Belə yerli özünüidarəetmə orqanı kimi özünü doğrultmadı. Rayon bələdiyyələri hətta vətəndaşların problemlərini belə həll etmir yaxud maraqlanmır. Bu yaxınlarda bələdiyyələrin sayının endirilməsi ilə bağlı xəbərlə

17 may
.

Qurban bayramına qədər veteranlara verilən pul 150 manata QALDIRILIR? - AÇIQLAMA

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və rəsmi laraq "Müharibə veteranı" statusu almış şəxslərlə bağlı ən son statistika məlum olub. Hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfə

17 may
.

Mustafa Ceceli azərbaycanlı jurnalistdən üzr istədi - VİDEO

Türkiyəli müğənni Mustafa Ceceli Xəzər TV-nin müxbirindən üzr istəyib. Bu barədə "Xəzər axşamı" verilişində məlumat verilib. Qeyd olunub ki, ötən il sözügedən jurnalistlə ifaçı arasında yanlış anlaşılmadan dolayı problem yaşanmışdı. Onlar bir il sonra yenidən bir araya gəliblər və Ceceli bunlar

18 may
.

Zibilyığan olmaq üçün hər şey edilən, qeyri-adi vergiləri olan şəhər - VİDEO

Baku TV-nin efirində Gülnar Muradovanın təqdimatında yayımlanan "Oralarda necədir?" rubrikasının yeni buraxılışı efirə gedib. Bu dəfə okean sahilindəki çimərliklərinə, hündürlüyü 38 metr olan Korkovado dağından qollarını açmış İsa Məsih heykəlinə və məşhur karnavallarına görə adı dillər əzbər

17 may
.

Tehran Birjası Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırdı

Tehran Birjası fəaliyyətini dayandırıb. Bu barədə birjanın Direktorlar Şurasının üzvü Reza Eyvazlu məlumat verib. Məlumata görə, Tehran Birjası İran Prezident İbrahim Rəisinin vəfatı barədə məlumat yayıldıqdan sonra fəaliyyətini dayandırmaq qərarına gəlib. "Birja bu gün və rəsmi bildiriş gələn

20 may